Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-877/2024 31.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə və nümayəndəsi Zahit Karayolun iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “icarə müqaviləsi üzrə borcun tutulması və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun tutulması və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 01 fevral 2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın boşaldılmaqla 1200 (min iki yüz) manat məbləğində icarə haqqı borcunun, o cümlədən 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair kommersiya işi üzrə 31 may 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək ərizədə cavabdehin Göyçay rayonu üzrə rəsmi qeydə alındığı üçün hazırkı işə baxılmasının dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yeni nəsil şəxsiyyət vəsiqələrində şəxsin rəsmi qeydə alındığı barədə ünvan yazılmadığına görə, ünvan 1aması öyrəndiklərini, həmçinin VÖEN üzrə cavabdehin ünvanı Sumqayıt şəhəri qeyd olunduğundan, Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edildiyini bildirdi və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Təsvir edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ərizəsi əsasında İddiaçı MMC tərəfindən Cavabdeh qarşı verilmiş “icarə müqaviləsi üzrə borcun tutulması və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılaraq, geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “icarə müqaviləsi üzrə borcun tutulması və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-877/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-877/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübah
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver