Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-877/2025 17.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 17 iyul 2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 nümayəndəsi Vəkil iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etməmişlər. Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda İddiaçı tərəfindən 28 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 100,6 (yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 28 aprel 2025-ci il, saat 13:51; Sumqayıt Kommersiya Məhkəməsi üçün) ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 28 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 100,6 (yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 28 aprel 2025-ci il, saat 13:51; Sumqayıt Kommersiya Məhkəməsi üçün) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: İslam Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-877/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-877/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver