Məhkəmə qərarları › İş №e-2-2(119)-96/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-96/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-96/2020 13.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi X1 Baş İdarəsinin Cavabdeh qarşı "aksiz markası olmayan malların müsadirə edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi X1 Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN **********) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 409,10 manat olan 230 qutu siqaretin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi X1 Baş İdarəsinin xx xxx 2019-cu il tarixli **********3346 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında Qərarına əsasən Sumqayıt şəhəri, 17-ci MKR, Məhəmməd Əsədov küçəsindəki ticarət cərgəsində yerləşən fiziki şəxs Cavabdeh (VÖEN **********) məxsus köşkdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 409,10 manat olan 230 qutu siqaret aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların markalanmadan və ya saxta markalarla markalanmaqla satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından çıxarılmasının aşkar edilməsi barədə” xx xxx 2019-cu il tarixli VN-2 № ******* nömrəli Akt tərtib edilmişdir. Həmin aşkar edilmiş məhsullar “Aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların vergi ödəyicisindən götürülməsi” haqqında xx xxx 2019-cu il tarixli VN-4 № 002512 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Buna görə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15 və 24.0.2.2-ci maddələrinin tələblərinə uyğun olaraq Cavabdeh (VÖEN **********) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 409,10 manat olan 230 qutu siqaretin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi X1 Baş İdarəsinin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabeh Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 409,10 manat olan 230 qutu tütün məmulatının, yəni siqaretin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “Operativ vergi nəzarətinin həyata keçirlməsi haqqında“ xx xxx 2019-cu il tarixli **********3346 nömrəli qərara əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) məxsus Sumqayıt şəhəri, 17-ci MKR, Məhəmməd Əsədov küçəsindəki ticarət cərgəsində yerləşən köşk-mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və həmin tədbir zamanı köşkdə dəyəri 409,10 manat olan 230 ədəd aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları aşkar edilərək, xx xxx 2019-cu il tarixli VN-2 № ******* saylı akt tərtib edilmişdir. Həmin Aktda göstərilən 409,10 manat dəyərində olan 230 ədəd tütün məmulatları (siqaretlər) vergi orqanının müfəttişləri tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli VN-4 № 002512 saylı Protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi” Qaydalarının 2.0.4-cü bəndinə əsasən tütün məmulatları aksiz markaları ilə markalanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinin tələblərinə görə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək (maddə 23.1.15) və aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək (maddə 23.1.15- 4) - vergi orqanının hüququdur. Həmin Məcəllənin 24-cü maddəsinin tələblərinə görə vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq (maddə 24.0.2-2) - vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) Sumqayıt şəhəri, 17-ci MKR, Məhəmməd Əsədov küçəsindəki ticarət cərgəsində yerləşən köşkdə aksiz markaları ilə markalanmalı olan tütün məmulatlarının satışını həyata keçirmək vəzifəsini lazımi qaydada həyata keçirmədiyindən, vergi əməkdaşları tərəfindən xx xxx 2019-cu il tarixli VN-4 № 002512 saylı Protokol əsasında götürülmüş 409,10 manat dəyərində olan 230 ədəd tütün məmulatlarının (siqaretlərin) qanunvericiliyə uyğun olaraq satışını həyata keçirmək üçün müsadirə edilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə Cavabdeh (VÖEN **********) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış cəmi 409,10 (dörd yüz doqquz manat 10 qəpik) manat dəyərində 230 (iki yüz otuz) qutu tütün məmulatları (siqaret) müsadirə edilməldir. Eləcə də, Cavabdeh dövlət nəfinə 10 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-230, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə Cavabdeh (VÖEN **********) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış cəmi 409,10 (dörd yüz doqquz manat 10 qəpik) manat dəyərində 230 (iki yüz otuz) qutu tütün məmulatları (siqaret) müsadirə edilsin. Cavabdeh Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar