Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-98/2021 14.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşmış açıq hərracda satılması tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 25.10.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 300552.44 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 311.44 manat, İşsizlikdən sığorta fonduna ödənilməmiş 12.46 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Novxanı şossesinə paralel “xxxx” MTK ünvanında olan dəyəri 130000 manat qiymətləndirilən 1 ədəd “TEMSA HDC12” markalı avtobusun, dəyəri 50000 manat qiymətləndirilən 1 ədəd “DONCEENGş/də XCMGQYSD” markalı avtokranın, dəyəri 35000 manat qiymətləndirilən 1 ədəd “SHACMAN SX3314DT366 YÜK” markalı özüboşaldan avtomobilin, dəyəri 110000 manat qiymətləndirilən 1 ədəd “MANTGS 33 3606X4BBWW YÜK” markalı özüboşaldan avtomobilin və dəyəri 50000 manat qiymətləndirilən 1 ədəd “KAMAZ 53229-1941-15 Ş-DƏ 58147C XÜS.TƏY.” markalı betonqarışdıran avtomobilin ixtisaslaşdırılmış açıq hərracda satılması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “xxxx” Məhzil Tikinti Kooperativinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-cimaddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 25.10.2020ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 25.10.2020-ci il tarixə yaranan 840796.47 manat borcuna görə dəyəri 130000 manat qiymətləndirilən 1 ədəd “TEMSA HDC12” markalı avtobus, dəyəri 50000 manat qiymətləndirilən 1 ədəd “DONCEENGş/də XCMG QYSD” markalı avtokran, dəyəri 35000 manat qiymətləndirilən 1 ədəd “SHACMAN SX3314DT366 YÜK” markalı özüboşaldan avtomobil, dəyəri 110000 manat qiymətləndirilən 1 ədəd “MANTGS 33 3606X4BBWW YÜK” markalı özüboşaldan avtomobil və dəyəri 50000 manat qiymətləndirilən 1 ədəd “KAMAZ 53229-1941-15 Ş-DƏ 58147C XÜS.TƏY.” markalı betonqarışdıran avtomobil siyahıya alınmış və bu barədə 09.10.2020-ci il tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqdən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 15.10.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 25.10.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 300552.44 manat, Dövlət Sosial Müdafiə Fonduna 311.44 manat, İşsizlikdən sığorta fonduna 12.46 manat ödənilməmiş borcu qalmışdır. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ödənilməmiş borc məbləğində azalma baş verdiyindən iddia ərizəsinin dəqiqləşdirilməsi zərurəti yarandığını, cavabdehin 25.10.2019-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 235856,88 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Novxanı şossesinə paralel “xxxx” MTK ünvanında siyahıya alınmış dəyəri 130000 manat qiymətləndirilən 1 ədəd “TEMSA HDC12” markalı avtobusun, dəyəri 110000 manat qiymətləndirilən 1 ədəd “MANTGS 33 3606X4BBWW YÜK” markalı özüboşaldan avtomobilin açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi B.Quliyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin vergi orqanına ünvanladığı zəmanət məktubu əsasında hər-hansı bir razılaşmanın olmadığını bildirdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi R.Rüstəmov “xxxx” MTK-nın vergi borcunun olduğunu qəbul etmiş, borcun hissə-hisə ödənilməsi üçün vergi orqanına zəmanət məktubu ilə müraciət edildiyini, həmin zəmanət məktubunun, habelə ona uyğun olaraq edilmiş ödənişlərin qəbzlərinin surətlərini məhkəməyə təqdim edərək iddiaçı ilə borcun ödənilməsi ilə bağlı razılıq əldə ediləcəyini bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehə iş üzrə sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, “Vergi borcunun ödənilməsinə dair” 15.10.2019-cu il tarixli, **********4 nömrəli bildirişdən görünür ki, ümumilikdə 840,796.47 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə cavabdeh “xxxx” MTK-ya xəbərdarlıq edilmişdir. İş materiallarında olan 24.10.2019-cu il tarixli **********5 nömrəli protokoldan görünür ki, vergi borcuna görə cavabdeh “xxxx” MTK-ya məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 09.10.2020-ci il tarixli **********1 nömrəli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 375000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MTK-nın şəxsi hesab vərəqəsindən görünür ki, həmin sənəd 30.09.2020-ci il tarixdən 02.04.2021-ci il tarixədək olan dövrü əhatə etməklə 02.04.2021-ci il tarixə həmin vergi ödəyicisinin cəmi ödənməli borcu 642.885,77 manat təşkil edir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş 09.04.2021-ci il tarixli borc qalığının tərkibi barədə məlumatdan və müvafiq qərarın təsdiq olunmuş surətindən görünür ki, hazırkı iddia tələbi üzrə cavabdehin 25.10.2019-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 235856,88 manat məbləğində borc qalığı cavabdehdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə əsasən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.09.2019-cu il tarixli**********189347 nömrəli qərara əsasən tətbiq edilən maliyyə sanskiyası məbləğindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, 235.856,88 manat məbləğində vergi borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə cavabdeh “xxxx” MTK-nın 240.000 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Belə ki, cavabdehin nümayəndəsinin izahatında göstırdiyi hallar, habelə təqdim etdiyi sənədlər hal-hazırda “xxxx” MTK-nın yuxarıda qeyd olunan məbləğdə vergi borcunun olmasını istisna etmir. Bundan əlavə, Mülki-Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və hazırki iş üzrə iddia təmin edildiyindən 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. 25.10.2019-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 235.856,88 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Novxanı şossesinə paralel “xxxx” MTK ünvanında siyahıya alınmış 1 ədəd “TEMSA HDC12” markalı avtobus (dəyəri 130.000 manat qiymətləndirilən), 1 ədəd “MANTGS 33 3606X4BBWW YÜK” markalı özüboşaldan avtomobil (dəyəri 110.000 manat qiymətləndirilən) ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdehdən 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-98/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-98/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver