Məhkəmə qərarları › İş №e-2-2(119)-982/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-982/2020

28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-982/2020 28.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X1 Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə olan 34.503,38 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90-cı maddəsinə əsasən Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vergi ödəyiciləri tərəfindən mübahisələndirilməyən vergi borclarının dövlət büdcəsinə alınması məqsədilə vergi orqanları tərəfindən qaldırılan iddialar vergilərin dövlət büdcəsinə ödənilməsi prosesinin müddətini lüzumsuz olaraq uzatdığından, bu qəbildən olan borcların tutulması məqsədilə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinin və “İcra haqqında” Qanunun 6.1.8-cı maddəsinin tələblərinə uyğun olaraq icra orqanına icra sənədinin verilməsi daha məqbuldur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. “İcra haqqında” Qanunun 6.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır və həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmçinin icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Göründüyü kimi, məhkəmənin yekun qərarı əsasında icra sənədi verilir və həmin icra sənədi icra orqanı tərəfindən icra edilir. Bununla yanaşı, “İnzibati icraat haqqında” 82.1 -ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda məhkəmə bildirir ki, iddiaçı tərəfindən verilmiş kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Belə ki, Mülki-Prosesual Məcəllənin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddiaçı tərəfindən cavabdehə qarşı 34.503,38 manat borcun tutulması tələbinə qanunvericiliyin tələblərinə uyğun olaraq sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263- 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X1 Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair ərizəsinin icraata qəbul edilməsndən iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar