Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-1288/2022 02.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – iddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini (Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında) nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı cavabdehin 01.02.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 650 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş **********091400 saylı 20.04.2021-ci il tarixli bildirişdən görünür ki, X1 (yəni, iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh deyil) onun 20.04.2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 140,14 manat məbləğində borc məbləğinin 5 gün ərzində ödənilməsinin tələb edilməsi məqsədi ilə bildiriş göndərilmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş bütün sənədlər X2 (yəni, fiziki şəxs haqqında məlumat, sərəncam, əmlakın siyahıya alınması haqqında qərar, protokol, akt və s.) ilə əlaqədar sənədlərdir. Göründüyü kimi, iddiaçı Cavabdeh borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş olsa da, ona bu barədə müvafiq bildiriş göndərməmişdir. Belə ki, **********091400 saylı 20.04.2021-ci il tarixli bildiriş iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh deyil, başqa şəxsə, X1 göndərilməklə borcunun 5 gün ərzində ödənilməsinin tələb edilməsi ilə əlaqədardır. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Qeyd edilən Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Göstərilən Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş göndərməlidir. Bu, Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qeyd edilən kateqoriyaya dair işlər üçün qanunla müəyyən edilmiş qaydadır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərdən aydın olur ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı mövcud iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya tam əməl etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən bu qaydanı tətbiq etmək imkanı da hələ itirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 70-ci maddəsində sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmasının digər formaları da nəzərdə tutulmuşdur. Həmin Məcəllənin “Vergi ödəyiciləri ilə yazışma” adlanan 70-ci maddəsində sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmış sayılması formalarından biri kimi, onun elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. Odur ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci və 284-1ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı cavabdehin 01.02.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 650 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, sadələşdirilmiş qaydada verilən kiçik iddia ərizəsinin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1288/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1288/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver