Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-147/2020 05.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakim İsmayılov Rafiq Tofiq oğlu, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X1 Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iş üzrə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X1 iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 946,81 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1.200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X2 xx.xx.2020-ci il tarixdə məhkəməyə xx.xx.2020-ci il tarixli, **********725500 nömrəli ərizə göndərərək, Cavabdeh tərəfindən dövlət büdcəsinə olan vergi borcu tam ödənildiyindən iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, mübahisəyə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və iddiaçının ərizəsi nəzərə alınaraq iddia baxılmamış saxlanılmalıdır. Belə ki, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılan işlər üzrə iddia ərizəsinin qaytarılması qanunvericilikdə nəzərdə tutulmadığından iddia ərizəsinin qaytarılması barədə iddiaçının ərizəsinə hazırki icraatda qiymət verilməsi mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki işə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X1 Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair işə iddia icraatı qaydasında baxılmalı və iddiaçının ərizəsi nəzərə alınaraq, iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X1 Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair işə iddia icraatı qaydasında baxılsın. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X1 Cavabdeh qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın iddia ərizəsinin baxılmamış saxlanılması hissəsindən rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-147/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-147/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver