Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-290/2021 30.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020 tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 10.151,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini büdcəyə ödəmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan vergi borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun dövlət büdcəsinə ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən vergi borcu ödənilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahat verərək iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əmlakının siyahıya alınması haqqında xx.xx.2020-ci tarixli, **********8 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, Cavabdeh əmlaklarının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan əmlakının siyahıya alınması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokolun və protokola əlavə edilmiş siyahının surətlərindən görünür ki, Cavabdehnə məxsus ünvan 1 ünvanında yerləşən ümumi dəyəri 10.000 manat olan dəmir konstruksiyalı mağaza siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, siyahıya alınmış əmlak Cavabdehnə məsul saxlanmaya verilmişdir. Cavabdeh nümayəndəsi X5 aktı və protokolu imzalayaraq, surətlərini almışdır. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********5 nömrəli bildirişin surətindən görünür ki, yaranmış borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi cavabdehdən tələb edilmişdir. Cavabdehin həmin müddət ərzində borcun ödənilməsini təmin etməsi iş materialları ilə müəyyən olunmur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********6 saylı sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh (VÖEN: **********) “xxxx” ASC-nin Lənkəran rayon filialında olan hesabından borcunun dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncam verilmişdir. İş materiallarında olan Cavabdehnə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, qanunverciliyin müddəalarını nəzərə alaraq, məsul saxlamaya qoyulmaq üçün Cavabdehnə təhvil verilmiş siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmiş, həmçinin əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli etirazda qeyd olunur ki, Liman şəhər X3 Cəmiyyətinin İdarə Heyəti hesab edir ki, borc məbləğinə iddia verilərkən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmiş X9 Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-2(086)-951/2008 saylı qətnaməsi nəzərə alınmamışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin Liman şəhər X3 Cəmiyyətinə qarşı qaldırdığı 10.478 manat 20 qəpik borc məbləğində borcun tutulması barədə tələbinə dair iddia ərizəsinə xx.xx.2008-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq iddianı qismən təmin etmiş, 10.478 manat 20 qəpik borc məbləğinin 7.478 (yeddi min dörd yüz yetmiş səkkiz ) manat 50 qəpik borc tələbi hissəsin rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Lakin DSMF-nin Lənkəran şöbəsi ötən müddət ərzində qətnaməni icra etməmişdir. DSMF-nin Lənkəran şöbəsi Liman İİKC-nin ünvanına göndərdiyi xx xxx 2008-ci il tarixli 54-326-37 saylı iddia məktubunda 2008-ci ilin 01 aprel tarixinə 10.478,2 manat borc məbləği olduğunu və 30 gün müddətinə ödənilməzsə iddia qaldırılacağı haqda məlumat vermişdir. Liman şəhər X3 Cəmiyyəti tərəfindən borc ödənilməmiş bu barədə məhkəmədə iddia qaldırılmış və qətnamə qəbul edilmişdir. 2009cu ilin yanvar ayınadək Liman İİKC-nin cari borcu yaranmış ödəniş edilmiş və qətnamədə rədd olunmuş borc məbləğinin silinməsi xahiş edilmişdir. DSMF-nin Lənkəran şöbəsi qətnaməni icra etmək əvəzinə xx.xx.2009-cu il tarixə 10.314 manat borc məbləğinin mərhələli şəkildə ödənilməsi barədə qrafik tərtib edərək Liman İİKC-nin ünvanına göndərmişdir. Liman İİKC-nin İdarə Heyəti qrafiki təsdiq etməmiş qətnamənin icra edilməsini tələb etmişdir. Bir müddət keçdikdən sonra DSMF-nin Lənkəran şöbəsi Liman İİKC-nin ünvanına xx.xx.2010-cu il tarixli 54/2493-20 saylı iddia bildirişi göndərərək xx.xx.2010-cu il tarixə 11.777,78 manat borc məbləğinin ödənilməsini tələb etmişdir. Liman şəhər X3 Cəmiyyəti tərəfindən cari borclar ödənilmiş, mübahisəli borc məbləği ödənilməmiş saxlanmışdır. Beləliklə DSMF-nin Lənkəran şöbəsi Liman İİKC-nin ünvanına xx xxxxxxx 2012-ci il tarixli 2287(14) saylı, xx xxxxxx 2015-ci il tarixli 1642/06 saylı iddia bildirişləri göndərərək borc məbləğinin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirməsinə baxmayaraq, məhkəməyə iddia göndərməmişdir. Sonuncu dəfə DSMF-nin Lənkəran şöbəsinin rəhbərliyi tərəfindən Liman şəhər X3 Cəmiyyətinə bildirilmişdir ki, qətnamə icra edilə bilməz, çünki qətnamədən Şirvan Apellyasiya məhkəməsinə şikayət verilməli idi ki, hazırda müddət ötürüldüyündən şikayət verilə bilməz. Ona görə də, bu borc məbləği Liman İİKC-nin şəxsi hesab vərəqindən silinməyəcək. Qeyd edilənlərdən göründüyü kimi X9 Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-2(086)-951/2008 saylı qətnaməsi hal-hazıradək icra olunmamışdır. Liman İİKC-nin İdarə Heyəti hesab edir ki, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 10.151,18 manat məbləğində borcun 7.478 (yeddi min dörd yüz yetmiş səkkiz ) manat 50 qəpik borc tələbi hissəsin rədd edilməli və X9 Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-2(086)-951/2008 saylı qətnaməsinin icrası 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tələb edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən Cavabdehnə qarşı iddia ərizəsi ilə X9 Məhkəməsinə müraciət edilərək, cavabdehdən 10.478,20 manat DSMF borcunun tutulması xahiş edilmişdir. X9 Məhkəməsinin 2(86)951/2008 saylı, xx.xx.2008-ci il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 2.999,70 manat məbləğində pul vəsaitinin tutularaq DSMFnin Lənkəran şəhər şöbəsinə verilməsi qət edilmiş, iddia 7.478,50 manat borc tələbi hissəsində rədd edilmişdir. Sözügedən Qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, X9 Məhkəməsinin 2(86)-951/2008 saylı, xx.xx.2008-ci il tarixli Qətnaməsi ilə cavabdeh Liman Şəhər İstehsal-lstehlak Kooperativ Cəmiyyətinin xx.xx.2008-ci il tarixə olan 10478,20 manat borcundan 2999,70 manat məbləğin (xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarıxınədək yaranan borc) tutulmasına, 7478,50 manat məbləğin isə (xx.xx.2005-ci il taixinədək yaranan borc) rədd edilməsinə dair qərar verilmişdir. Qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün xx.xx.2021-ci il tarixli **********229800 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 7 saylı regional ərazi filialına müraciət olunmuş, xx.xx.2021-ci il tarixli **********648500 nömrəli cavab məktubunda DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən X9 Məhkəməsinin 2(86)- 951/2008 saylı, xx.xx.2008-ci il tarixli Qətnaməsi ilə bağlı heç bir tədbir görülmədiyi bildirilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Cavabdeh xx.xx.2006-cı il tarixə olan 7140,74 manat MDSSH üzrə borcu, xx.xx.2015-ci il tarixədək olan 1.443,84 manat peniya və maliyə sanksiyaları üzrə borcu silinmişdir. Qeyd edildiyi kimi, qətnamə ilə rədd edilmiş məbləğ tam silinmiş, təmin edilmiş məbləğin (2.999,70 manat) isə yaranma dövrünün xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr olması nəzərə alınaraq iddia həmin hissədə təmin edilmişdir. Belə ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iddia ərizəsi ilə müraciət etdiyi iddia tələbi üzrə əks olunan 10.151,18 manat MDSS haqqı üzrə borcu xx.xx.2014-cü ildən xx.xx.2020-ci ilədək yaranmış borcdur və iddia ərizəsi ilə müraciət edilən 10.151,18 manat MDSS haqqı üzrə borcun X9 Məhkəməsinin 2(86)-951/2008 saylı, xx.xx.2008-ci il tarixli Qətnamə ilə rədd və təmin edilmiş məbləğlə heç bir əlaqəsi yoxdur. Həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, Cavabdehnə 2014-cü ilin 1-ci rübündən 2020-ci ilin 2-ci rübü daxil olmaqla, 9.295,35 manat MDSS üzrə əsas borc, 855,83 manat isə xx.xx.2020-ci il tarixədək olan cərimə (peniya) borcu vardır. Həmin məktuba əlavə edilmiş üzləşmə aktlarından görünür ki, Cavabdeh MDSS haqları üzrə 7.140,74 manat, 1.443,84 manat və 1.662,59 manat borc silinmiş, aktlar Cavabdeh nümayəndəsi tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 7 Saylı Regional Ərazi Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, Cavabdeh kağız daşıyıcılar üzərindən xx.xx.2014-cü il tarixədək təqdim etdiyi (hesabat forması B1) hesabatlar mövcuddur. Sonrakı dövrlərdə hesabatların işləndiyi elektron baza isə mövcud deyil. xx.xx.2008-ci il tarixə Cavabdeh DSMF Lənkəran şəhər şöbəsinə 10.102,70 manat borcu olmuşdur. xx.xx.2008-ci ildən xx.xx.2014-cü il tarixədək 13.902,26 manat sosial sığorta haqqı 1.488,88 manat peniya və maliyyə sanksiyası cəmi 15.391,14 manat hesablanmışdır. Həmin dövrdə Cavabdeh tərəfindən 15.225,28 manat sosial sığorta haqqı 772 manat peniya və maliyyə sanksiyası cəmi 15.997,28 manat köçürülmüşdür. xx.xx.2014-cü il tarixə Cavabdeh 9.496,56 manat borcu qalmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020 tarixə Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 10.151,18 manat borcu olmuş, borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də iddiaçı tərəfindən qərar qəbul edilərək, cavabdehin 10.000 (on min) manat dəyərində əmlakı siyahıya alınmışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək, X9 Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2- 2(086)-951/2008 saylı qətnaməsi ilə təmin edilməmiş 7.478,50 manat borcun silinməli olduğu halda, silinmədiyini və hazırda hesablanmış 10.151,18 manat DSMF borcunun tərkibinə daxil edildiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edtməyi zəruri hesab edir ki, cavabdehin etirazının dəlilləri məhkəmə tərəfindən araşdırılmış və həmin dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X9 Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-2(086)-951/2008 saylı qətnaməsi ilə təmin edilməmiş Cavabdeh 7.478,50 manat borcu üzləşmə aktlarına əsasən silinmiş, həmin aktlar Cavabdeh nümayəndəsi tərəfindən də imzalanmışdır. Hazırda cavabdehə xx.xx.2020-ci il tarixə hesablanmış 10.151,18 manat borc 2014-cü ilin 1-ci rübündən 2020-ci ilin 2-ci rübü daxil olmaqla, 9.295,35 manat MDSS üzrə əsas borcdan və həmin əsas borca xx.xx.2020-ci il tarixədək hesablanmış 855,83 manat cərimə (peniya) borcundan ibarətdir. Güründüyü kimi, X9 Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-2(086)-951/2008 saylı qətnaməsi ilə təmin edilməmiş 7.478,50 manat borcun hazırda cavabdehə hesablanmış 10.151,18 manat DSMF borcu ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda isə, məhkəmə hesab edir ki, iddia əsaslıdı və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsində vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbinə görə vergiləri və digər ödənişləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, borclarını ödəməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, borcun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, lakin borcun ödənilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Həmin Məcəllənin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında, həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh qanunla üzərinə düşən ödənişləri (borcları) tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən, borcların onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 10.151,18 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxxxx 2020-ci tarixli, **********8 saylı qərarına əsasən siyahıya alınmış 10.000 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən Dövlət Sosial Müdafiə Fonduna olan 10.151,18 manat borc və 10 manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 10.151,18 (on min yüz əlli bir manat, on səkkiz qəpik) manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxxxx 2020-ci tarixli, **********8 saylı qərarına əsasən siyahıya alınmış 10.000 (on min) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Dövlət Sosial Müdafiə Fonduna olan 11.797,54 (on bir min yeddi yüz doxsan yeddi manat, əlli dörd qəpik) manat borc və 10 (on) manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-290/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-290/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver