Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-666/2020 23.04.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimiİsmayılov Rafiq Tofiq oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X2rşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X1 Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X3 kameral yoxlama nəticəsində 123298 (bir yüz iyirmi üç min iki yüz doxsan səkkiz) manat dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2020 96 qəpik məbləğində ƏDV üzrə vergi və 2594 (iki min beş yüz doxsan dörd) manat 80 məbləğində faiz, cəmi 125349 (bir yüz iyirmi beş min üç yüz qırx doqquz) manat 16 qəpik məbləğində ƏDV üzrə vergi hesablanmasına dair xx xxxx 2020- ci il tarixli **********566300 saylı və pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulmasına dair xx xxxx 2020-ci il tarixli **********114900 saylı qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən,mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu və 153.4-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X5 İddiaçı barəsində xx xxxx 2020-ci il tarixli **********566300 saylı və xx xxxx 2020ci il tarixli **********114900 saylı qərarlar qəbul etmişdir. Həmin qərarlar qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, inzibati aktdır və iddiaçı hazırda həmin qərarların ləğv edilməsini xahiş edir. Lakin mübahisələndirilən qərarlar inzibati akt olduğundan və hazırkı iddiaya mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olduğundan məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməli, iddiaçıya aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X2rşı xx xxxx 2020- ci il tarixli, **********566300 saylı və xx xxxx 2020-ci il tarixli, **********114900 saylı qərarlarının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-666/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-666/2020
23.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver