Məhkəmə qərarları › İş №e-2-2(121)-669/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-669/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-669/2020 01.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı 8 saylı X2 Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 8 saylı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Dövlət Sosial Müdafiə Fonduna 2.012,4 manat və işsizlikdən siğorta fonduna 15,32 manat olmaqla, ümumilikdə 2.027,72 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 3.200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdehdən xx.xx.2020-ci il tarixli qərar üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2.380,98 manat və işsizlikdən sığorta fonduna 15,32 manat olmaqla, ümumilikdə 2.396,3 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3.200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və işsizlikdən siğorta fonduna borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini büdcəyə ödəmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan vergi borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun dövlət büdcəsinə ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən vergi borcu ödənilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. İddiaçı 8 saylı X3 məhkəməyə ərizə ünvanlayaraq, iddiaya iş həcminin çoxluğu ilə əlaqədar olaraq onların iştirakı olmadan baxılmasını və təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçı 8 saylı X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarından görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh əmlaklarının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli, **********5 saylı qərar qəbul edilmiş, əmlakının siyahıya alınması haqqında xx xxxx 2020-ci il tarixli protokola və protokola əlavə edilmiş siyahıya əsasən, Cavabdeh məxsus Beyləqan rayonu, Qarallar kəndində yerləşən X1 3.200 manat dəyərində əmlak - 1 ədəd yanacaq dolduran aparat siyahıya alınmışdır. Cavabdeh protokolu və siyahını imzalayaraq, surətlərini almışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, siyahıya alınmış əmlak Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh aktı imzalayaraq, surətlərini almışdır. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar qrafası üzrə 1.290,3 (1.262,15+28,15) manat, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-rayon mərkəzləri qrafası üzrə 374,26 (354+20,26) manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) qrafası üzrə 15,32 (14,40+0,92) manat, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-kənd yerləri qrafası üzrə 433,08 (167,57+265,51) manat və muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) qrafası üzrə 382,94 (360+22,94) manat olmaqla, cəmi 2.495,9 manat borcu vardır. Daha sonra iddiaçı tərəfindən daxil olmuş yeni şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar qrafası üzrə 1.190,7 (1.162,55+28,15) manat (xx.xx.2020-ci il tarixdə 49,60 manat və xx.xx.2020-ci il tarixdə 50 manat olmaqla, cəmi 99,60 manat ödəniş aparılmşdır), ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-rayon mərkəzləri qrafası üzrə 374,26 (354+20,26) manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) qrafası üzrə 25,84 (21,90+3,94) manat, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-kənd yerləri qrafası üzrə 433,08 (167,57+265,51) manat və muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) qrafası üzrə 645,93 (547,50+98,43) manat olmaqla, cəmi 2.669,81 manat borcu vardır. İş materiallarında olan 8 saylı X3 tərəfindən elektron kabinet vasitəsilə daxil olmuş məlumatda qeyd edilmişdir ki, Cavabdeh (VÖEN **********) siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsi məqsədi ilə 8 saylı X3 tərəfindən iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Qeyd olunan iddia ərizəsi hazırlanarkən texniki səhv nəticəsində borc məbləği Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2.012,4 manat və işsizlikdən sığorta fonduna 15,32 manat olmaqla, ümumilikdə 2.027,72 manat qeyd olunmuşdur. Lakin cavabdehin xx.xx.2020-ci il tarixli Qərar üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2.480,58 manat və işsizlikdən sığorta fonduna 15,32 manat olmaqla, ümumilikdə 2.495,90 manat borc məbləği olmuşdur ki, bu məbləğdən də 99,60 manat ödənilərək hal hazırda 2.396,3 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarına olan Cavabdeh xx.xx.2020-ci il tarixli məktubuna 8 saylı X2 cavab məktubunda vergi ödəyicisinin sorğusuna əsasən, yalnız “Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan” vərəqə üzrə olan hissəsi, 1.290,30 manat borc qeyd olunmuşdur. Bu borcdan başqa cavabdehin xx.xx.2020-ci il tarixinə “Тicarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-rayon mərkəzlərin” vərəqə üzrə 374,26 manat, “Muzdla işləyənləri işə götürən sığortaedənlər(İşsizlik)” vərəqə üzrə 25,84 manat, “Тicarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-kənd yerlərində” vərəqə üzrə 433,08 manat və “Muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS)” vərəqə üzrə 645,93 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən daxil olmuş aydınlaşdırıcı məlumatda qeyd edilmişdir ki, onun 1.290,30 manat sosial sığorta üzrə borcu olub. Yenidən fəaliyyətə başladığı dövrdə də 569,40 manat əsas borc və ona hesablanmış 102,37 manat olmaqla cəmi 671,77 manat yeni borc yaranmışdır. Ümumilikdə sistemdə görünən borc cəmi 2.395,15 manatdır və onun da 99,60 manatı ödənilib. Təqdim edilən iddiaya əlavə olunan ərizədə isə 2.396,30 manat borcun ödənilməsi üçün 3.200 manat məbləğində əmlakın açıq hərracda satılması barədə qarar çıxarılması istənilir. Məlumat üçün bildirir ki, tələb olunan 2.395,15 manat borcun 99,60 manatı ödənilib və qalıq borc 2.295,55 manatdır ki, bunun da 396,03 manatı peniyadır. Çıxarışdan göründüyü kimi artıq borc ödənişi başlanıb. Sistemdən çıxarışdan göründüyü kimi sahibkarın vergi üzrə 15.815,40 manat büdcədən alacağı var. Əslində borclar va alacaq üzləşdirilərkən borc yoxdur. Artıq aylar üzrə ödənişlər da davamlı olaraq həyata keçiriləcəkdir. Ona göra də hesab edir ki, iddia ərizəsi üzrə tələb olunan 3.200 manat dəyərində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması burada qətnamə çıxarılmasına ehtiyac yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********6 saylı sərəncamın surətindən görünür ki, 8 saylı X3 tərəfindən Cavabdeh (VÖEN: **********) “Kapital Bank” SB-ın Beyləqan rayon filialında olan hesabından vergi borcunun dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncam verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, **********8 saylı bildirişin surətindən görünür ki, yaranmış borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi cavabdehdən tələb edilmişdir. Cavabdehin həmin müddət ərzində borcun ödənilməsini təmin etməsi iş materialları ilə müəyyən olunmur. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx xxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, qanunverciliyin müddəalarını nəzərə alaraq, məsul saxlamaya qoyulmaq üçün Cavabdeh təhvil verilmiş siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Cavabdeh muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar qrafası üzrə 1.290,3 (1.262,15+28,15) manat, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-rayon mərkəzləri qrafası üzrə 374,26 (354+20,26) manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) qrafası üzrə 15,32 (14,40+0,92) manat, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-kənd yerləri qrafası üzrə 433,08 (167,57+265,51) manat və muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) qrafası üzrə 382,94 (360+22,94) manat olmaqla, cəmi 2.495,9 manat borcu olmuşdur. Daha sonra cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 49,60 manat və xx.xx.2020-ci il tarixdə 50 manat olmaqla, cəmi 99,60 manat ödəniş aparılmş, onun muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar qrafası üzrə 1.190,7 manat, cəmi isə 2.396,3 manat borcu qalmışdır. Cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, Dövlət Sosial Müdafiə Fonduna və işsizlikdən sığorta fonduna olan borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Buna görə də iddiaçı tərəfindən cavabdehin 3.200 (üç min iki yüz) manat dəyərində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsində vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbinə görə vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, vergi borcunu ödəməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, borcun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, lakin borcun ödənilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Həmin Məcəllənin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2011-ci il tarixli Qərarında, həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh qanunla üzərinə düşən ödənişləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən, borcun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh qeyd olunan borcun düzgün hesablanmadığını, onun borcunun 8 saylı X2 xx.xx.2020-ci il tarixli məktubuna əsasən 1.290,3 manat olduğunu bildirmiş, sonradan yazılı şəkildə məhkəməyə müraciət edərək, ümumilikdə sistemdə 2.395,15 manat borcun olduğunu və bu borcun 99,60 manatını ödədiyini qeyd etmişdir. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir və bu dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, 8 saylı X2 xx.xx.2020-ci il tarixli məktubunda bütövlükdə deyil, yalnız muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar qrafası üzrə 1.290,3 manat borcun müəyyən edildiyi qeyd olunmuşdur. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, cavabdehin cəmi 2.495,9 manat borcu olmuş, onun tərəfindən xx.xx.2020-ci il tarixdə 49,60 manat və xx.xx.2020-ci il tarixdə 50 manat olmaqla, cəmi 99,60 manat ödəniş aparılmş, bundan sonra onun 2.396,3 manat borcu qalmışdır. Hətta iş məhkəmənin icraatında olan dövrdə onun borcu artaraq, xx.xx.2020-ci il tarixə 2.669,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna olan 2.380.98 manat borcun və işsizlikdən sığorta fonduna olan 15,32 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X2 xx.xx.2020-ci il tarixli, **********5 saylı qərarına əsasən siyahıya alınmış 3.200 (üç min iki yüz) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən Dövlət Sosial Müdafiə Fonduna olan 2.380.98 manat borc və işsizlikdən sığorta fonduna olan 15,32 manat borc və 10 manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna olan 2.380.98 manat borcun və işsizlikdən sığorta fonduna olan 15,32 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı X2 xx.xx.2020-ci il tarixli, **********5 saylı qərarına əsasən siyahıya alınmış 3.200 (üç min iki yüz) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Dövlət Sosial Müdafiə Fonduna olan 2.380.98 manat borc və işsizlikdən sığorta fonduna olan 15,32 manat borc və 10 (on) manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar