Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-91/2020 10.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 399,69 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 2.500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin dövlət büdcəsinə vergi borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini büdcəyə ödəmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar çıxarılmış, həmin qərar əsasında 2.500 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun dövlət büdcəsinə ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixə həmin borc məbləğindən dövlət büdcəsinə 399,69 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixdə keçirilən iclasında cavabdeh “xxxx” MMCnin nümayəndəsi izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli protokoluna əsasən “xxxx” MMC-nin dövlət büdcəsinə vergi borcu yarandığından xx.xx.2019-cu il tarixdə “xxxx” MMC-yə məxsus olan 2.500 manat dəyərində əmlakı siyahıya alınmışdır və bildirilmişdir ki, 30 gün müddətində həmin vəsait dövlət büdcəsinə ödənilməlidir. Göstərilən müddət ərzində tərəflərindən dövlət büdcəsinə 1.800 manat məbləğində vəsait ödənilmişdir. Sənədlərlə də müəyyən olunur ki, onlar üzərlərinə düşən vəzifəni yerinə yetirmişdirlər. Lakin iddiaçının “xxxx” MMC-yə qarşı mövqeləri onlara aydın deyildir. Hesab edirlər ki, bu mövqe qərəzlidir və borc əsassızdır.Tərəflərindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına 399,69 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bu barədə qəbzi məhkəməyə təqdim edilmişdir.Odur ki, bütün bu göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə cavabdeh “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin dinləyib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarına, “Əmlakının siyahıya alınması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş siyahıya əsasən, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Masallı rayonu, H.Əliyev prospektində olan “Ozon” Klinikasında dəyəri 2.500 (iki min beş yüz) manat olan (“Armani” markalı Rentgen aparatı) əmlakı siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məsul saxlanmaya verilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X2 aktı və protokolu imzalayaraq surətini almışdır. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2019-cu il tarixə vergi borcu 2.435,19 manat təşkil etmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, **********0 saylı sərəncamdan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) “X5” ASC-nin Masallı filialında olan hesabından vergi borcunun dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncam verilmişdir. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair xx xxxxxx 2019-cu il tarixli, **********9 saylı bildirişdən görünür ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx xxxxxx 2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 356,99 manat (maliyyə sanksiyaları üzrə) məbləğində borcunun olması bildirilərək göstərilən borcların 5 gün müddətində ödəməsi təklif olunmuşdur. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, “xxxx” MMC- tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına 399,69 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Belə ki, cavabdehin şəxsi hesab vərəqəsində cəmi ödənilməli borc xx xxxx 2019-cu il tarixə vergi borcu 2.435,19 manat göstərilsə də, iddiaçı xx xxxxx 2019-cu il tarixə dövlət büdcəsinə olan borc məbləğinin 399,69 manat olduğunu qeyd etmiş və həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2.500 (iki min beş yüz) manat dəyərində əmlakı siyahıya alınmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra “xxxx” MMC- tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına 399,69 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbinə görə vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. İş materiallarında olan qəbzdən də göründüyü kimi “xxxx” MMC- tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına 399,69 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən borc ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qanunla üzərinə düşən vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini yerinə yetirdiyindən, yəni tərəflərindən xx.xx.2019-cu il tarixə olan 399,69 manat borc ödənildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-91/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-91/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver