Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-906/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilədən əmələ gələn öhdəliyin icra edilməsi” tələbi barədə ilk, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia iddia ərizəsi üzrə kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, kuryer xidməti, qanunun analogiya üzrə tətbiqi, elektron qaimə, hüquqi yardım) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilədən əmələ gələn öhdəliyin icra edilməsi” tələbi barədə ilk, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Sifarişçi Cavabdeh QSC ilə icraçı İddiaçı MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli, DH-****/**-X nömrəli xidmət müqaviləsindən görünür ki, icraçı, sifarişçiyə hər bir sifariş üzrə ümumi tərkib hissəsi, dəyəri, icra müddəti və digər xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək qiymət razılaşdırılması protokolları və hesab fakturalar ilə müəyyən ediləcək müxtəlif növ malların qəbulu, toplanması, yüklənməsi, çeşidlənməsi, təhvil verilməsi və digər xidmətləri göstərməyi, sifarişçi isə tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində təqdim edilmiş xidmətlər qarşılığında icraçıya müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək qiymət razılaşdırılması protokolları və ya hesab fakturalar ilə müəyyən ediləcək xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin4.1-ci bəndinə əsasən, müqavilə üzrə hər bir sifariş əsasında təqdim ediləcək Xidmətlərin tərkib hissəsi və dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək qiymət razılaşdırılması protokolları və ya təhvil-təslim aktları ilə müəyyən ediləcəkdir.
2. Sifarişçi Cavabdeh QSC ilə icraçı İddiaçı MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli, DH-****/**-X nömrəli müqavilə üzrə ** nömrəli qiymətlərin razılaşdırma protokolundan görünür ki, tərəflər, Bakı daxili yüklərin daşınması və filialdan təhvili – 0,90+18%ƏDV, bölgələr üzrə daşınmaları və filialdan təhvilini 2,1+18%ƏDV olmasına razılaşmışlar.
3. 2023-2025-ci il tarixlərində xxxx tərəfindən xxxxya göstərilən xidmətlərin qarşılığında iş həcminin 2025-də azalmasını göstərən ardıcıllıq üzrə cədvəldən görünür ki, göstərilmiş xidmətin dəyəri 2023-cü il noyabr ayı üzrə 10296 manat, dekabr ayı 118251,3 manat, 2024-il üzrə yanvar ayı üzrə 59199 manat, fevral ayı üzrə 69291,1 manat, mart ayı üzrə 71550,6 manat, aprel 85877,40 manat, may ayı üzrə 77735,70 manat, iyun ayı üzrə 39745,80 manat, iyul ayı üzrə 37326,30 manat, avqust ayı üzrə 53817,90 manat, sentyabr ayı üzrə 62606,01 manat, oktyabr ayı üzrə 62881,50 manat, noyabr ayı üzrə 76939,50 manat, dekabr 88238,70 manat, 2025-ci il yanvar ayı üzrə 28193,70 manat, fevral ayı üzrə 11682,75 manat, mart ayı üzrə 11235,45 manat, aprel ayı üzrə 9393,50 manat, 13722,90 manat, iyun ayı 18064,02 manat, iyul 15554,82 manat, avqust ayı üzrə 5744,07 manat, sentyabr 3058 manat müəyyən edilmişdir.
4. Sifarişçi Cavabdeh QSC ilə icraçı İddiaçı MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli, DH-****/**-X nömrəli müqavilə üzrə ** nömrəli ##.##.2024-cü il tarixli razılaşmaya əsasən, müqavilənin 4.2-ci bəndinə aşağıdakı redaksiyada bəndlər əlavə olnmuşdur; -Sifarişçi icraçıya bu razılaşma imzalandığı həftə ərzində 100000 ABŞ dolları (ƏDV xaric), növbəti həftə ərzində 95000 ABŞ dolları (ƏDV xaric) məbləğində avans ödəməyi öhdəsinə götürür və müqavilənin qüvvədə olduğu müddət ərzində icraçı sifarişçidən əlavə avans məbləği tələb edə bilməz. Avans məbləği dolların manata olan məzənnəsinə uyğun olaraq manatla ödəniləcəkdir. -İcraçıya ödənilmiş avans məbləğinin qarşılığında icraçı sifarişçiyə müqavilə üzrə nəzərdə tutulmuş xidmətləri həyata keçirməyi və ödənilməsi gecikdirilən avans məbləğini gecikmə faizi ilə birlikdə sifarişçiyə geri ödəməyi öhdəsinə götürür. İcraçı hər gecikdirilmiş gün üçün gecikmiş avans məbləğinin 0,1 % həcmdə dəbbə pulu ödəyir. -2025-ci yanvar-iyun ayları müddətində icraçı tərəfindən göndəriləcək bütün hesabfakturalarda qeyd olunan xidmət haqqı məbləğindən 50% avans məbləği çıxarmaqla icraçıya ödəniş ediləcəkdir. Yerdə qalan avans məbləğinin ödənişi növbəti 6 aya mütənasib qaydada hesablanacaqdır. -İcraçı avans ödənişi ilə bağlı öhdəliyini müqavilənin icra müddəti ərzində iki dəfədən çox yerinə yetirmədiyi təqdirdə balansında olan əmlakı ilə məsuliyyət daşıyır. İcraçı müqaviləyə vaxtından əvvəl xitam verildiyi təqdirdə 3 ay əvvəlcədən sifarişçiyə yazılı bildiriş göndərməli və avans məbləğinin ödənilməmiş hissəsini birdəfəlik ödəməlidir. Həmin müqavilənin: 5.1-ci bəndi aşağıdakı yeni redaksiyada bəndlər əlavə olunur. Müqavilə ##.##.2024cü il tarixədək qüvvədədir. Tərəflərin heç biri müqavilənin müddətinin bitməsinə 10 (on) iş günü qalmış digər tərəfə xitam barədə bildiriş göndərməzsə, müqavilənin müddəti eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab edilir. 14.1-ci bəndinə aşağıdakı yeni redaksiyada bəndlər əlavə olunur. - İcraçı hər hansı filialının fəaliyyətini sifarişçinin razılı olmadan dayandırmayacaqdır. İcraçı özünün və ya ortaqlıq etdiyi başqa şirkətin yeni açacağı filiallarının istifadəsini sifarişçinin sərəncamına verməyi öhdəsinə götürür. - İcraçı 2025-ci ilin mart ayından etibarən evə çatdırılma xidmətlərini həyata keçirəcəkdir. Evə və Gəl-Al nöqtələrinə çatdırılma xidmətləri üzrə icraçı əsassız şəkildə sifarişçinin sifarişlərini yerinə yetirməkdən imtina etməyəcəkdir. - Xidmətlərin icrası zamanı icraçı müştərilər qarşısında icraçı müştərilər qarşısında daşıyacağı hər hansı maddi və ya digər öhdəliklərə görə birbaşa özü cavabdehdir və Sifarişçiyə hər hansı tələb yönəltməyəcəkdir. - Sifarişçinin xidmət göstərdiyi əsas müştərilər (Trendyol, Temu və s) . İcraçının bir başa təqsiri səbəbi ilə Sifarişçiyə cəza tətbiq edərlərsə, bu cəza Sifarişçi tərəfindən eyni şəkildə icraçıya tətbiq ediləcəkdir.
5. “X1” MMC-nin ##.##.2026-cı il tarixli arayışından görünür ki, Cavabdeh QSC-ilə İddiaçı MMC arasında olan pul mübahisəsinə dair iddianın hazırlanması, sübutların toplanması və sair xidmətlər üçün 1726,20 manat ƏDV olmaqla, 9590 manat təşkil etmiş və ödəniş nağdsız formada həyata keçirilmişdir.
6. “xxxx” ASC-nin 7 ədəd ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) hesabına, - ##.##.2024-cü il tarixdə 23155,93 manat, - ##.##.2024-cü il tarixdə 118644,07 manat, - ##.##.2025-ci il tarixdə 23872,88 manat, - ##.##.2025-ci il tarixdə 132627,12 manat, - ##.##.2025-ci il tarixdə 5338,98 manat, - ##.##.2025-ci il tarixdə 29661,02 manat və - ##.##.2025-ci il tarixdə 118644,07 manat məbləğində vəsait ödənilmişdir.
7. İşə əlavə edilmiş ##.##.2025-ci il tarixli pretenziyadan görünür ki, ilk iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İlk iddiaçı İddiaçı ilkin cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilədən əmələ gələn öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli DH-****/**-X nömrəli xidmət müqaviləsi üzrə ##.##.2024-cü il tarixli ** nömrəli Razılaşmaya əsasən ödənilmiş avansdan qalan 158.859 ABŞ dollarının (270.060 manatın) 2025-ci ildə yük daşıma xidmətlərinin haqqı qismində istifadə edilməli olmasının nəzərə alınması və müdafiəçisi olduğu iddiaçı İddiaçı MMC-dən həmin məbləğdə avansın qaytarılmasına dair cavabdeh Cavabdeh QSC-nin tələbinin əsassız və qanunsuz sayılması, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 561 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Sifarişçi” adlanan cavabdeh Cavabdeh QSC ilə “İcraçı” adlanan müdafiəçisi olduğu iddiaçı İddiaçı MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli DH-****/**-X nömrəli xidmət müqaviləsinə əsasən, İcraçı Sifarişçiyə hər bir sifariş üzrə ümumi tərkib hissəsi, dəyəri, icra müddəti və digər xüsusiyyətləri bu Müqavilənin tərkib hissəsi hesab edilərək, qiymət razılaşdırılması protokolları və ya hesab fakturlarla müəyyən ediləcək müxtəlif növ malların qəbulu, toplanılması, yüklənməsi, çeşidlənməsi, təhvil verilməsi və digər xidmətləri göstərməyi, Sifarişçi isə tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində təqdim edilmiş xidmətlər qarşılığında icraçıya bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək qiymət razılaşdırılması protokolları və ya hesab fakturalar ilə müəyyən ediləcək xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırkı müqavilə bağlananadək iddiaçı İddiaçı MMC 2021-ci ildən (2023-cü ilin mart ayında yeni şirkət olmaqla) fəaliyyətə başlayaraq, qısa müddətdə sürətli poçt daşınması sahəsində ciddi uğurlar əldə edərək, 100-ə qədər şirkət arasında 10-cu sıraya daxil ola bilmiş, onun 45000 müştərisi olmuşdur. Həmin vaxtlar tərəflər arasında olan danışıqlar zamanı cavabdeh Cavabdeh QSC ilə birgə iş fəaliyyətinə başlayacaqları halda, iddiaçı İddiaçı MMC-nə karqo xidməti göstərməsi üçün hər gün 5000-10000 arası bağlama veriləcəyi bildirilmişdir. Bu danışıqlar baş verənədək, iddiaçı İddiaçı MMC-nin 4 filialı var idi. Cavabdeh “xxxx” QSC-nin ona perspektiv üçün verdiyi şifahi təminatlardan sonra isə iddiaçı İddiaçı MMC iş fəaliyyətini uğurlu təşkil etməsi üçün Respublikanın müxtəlif ərazilərində 36 yeni filialını yaratmış, öz vəsaiti hesabına icarəyə götürmək üçün məkanlar tapıb onlar barədə müqavilələr bağlamış, çoxsaylı şəxsləri işə qəbul etmiş, müvafiq lisenziyalar almış, pulunu ödəməklə nəqliyyat vasitələrindən müqavilə əsasında istifadə etmiş, malların və xidmətlərin reklamlarını təşkil etmiş, lazım olan avadanlıqlar və ləvazimatlar əldə etmiş və digər işləri yerinə yetirmişdir. Xidmət müqaviləsinin 4.2-ci bəndində Müqavilənin hər hansı bir razılaşdırılmış ümumi dəyərinin mövcud olmadığı və sifarşçinin hər hansı bir minimum sifariş miqdarı üzrə öhdəliyinin olmadığı göstərilsə də, tərəflər arasındakı telefon danışıqlarında və e-mail yazışmalarında iddiaçı İddiaçı MMC-nə yönəlmiş iş həcminin getdikcə artacağı və işlərin daha yaxşı olacağı barədə inandırıcı vədlər verilərək, ona işlərini davam etdirməsi bildirilmişdir. Ona görə də iddiaçı İddiaçı MMC birgə fəaliyyətin öz üzərinə götürdüyü şərtlərinə fasiləsiz və vicdanla əməl edərək, işlərini bu istiqamətdə uğurla təşkil edərək, cavabdeh “xxxx” QSC ilə birgə fəaliyyətə başlamazdan əvvəl 4 filialı olduğu halda, sonradan daha 37 filial yaratmışdır. Yeni yaratdığı 37 filialdan biri də onun Xətai filialı idi ki, cavabdeh “xxxx” QSC onu zəruri miqdarda malla təmin etmədiyinə görə iddiaçı İddiaçı MMC fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Qeyd edilməlidir ki, cavabdeh Cavabdeh QSC ilə danışıqlarında birgə fəaliyyətin genişləndirilməsi perspektivləri daim müzakirə edilimişdir. Lakin, 2024-cü il yanvar ayından etibarən iddiaçı İddiaçı MMC-nə yüklərin daxil olmaları azalmağa, nəticədə isə onun maliyyə çətinlikləri yaranmağa başlamışdır. Bu barədə cavabdeh Cavabdeh QSC-yə mütəmadi məlumat verilmişdir. Bununla yanaşı, iddiaçı İddiaçı MMC Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrası zamanı işlərin keyfiyyətinin aşağı düşməməsindən ötrü bankdan yüksək faizə kredit, həmçinin yüksək faizlə borc almağa məcbur olmuşdur. Ona görə də 2024-cü ilin ortalarından maliyyə çətinlikləri ucbatından iddiaçı İddiaçı MMC fəaliyyətini davam edə bilməməsi barədə cavabdeh Cavabdeh QSC-nə mütəmadi olaraq, məlumatlar çatdırmışdır. İddiaçı İddiaçı MMC-nin maliyyə sıxıntıları o həddə qədər artmışdır ki, 2024-cü ilin sonuna qədər 8 filialını bağlamağa məcbur olmuşdur. Həmçinin qeyd edilməlidir ki, maliyyə çatımamazlığına görə 2025-ci ilin aprel ayında iddiaçı İddiaçı MMC-nin 18 filialının da bağlanılacağı barədə cavabdeh Cavabdeh QSC-nə məlumat verilmiş, heç bir tədbir görülmədiyinə görə bundan 3 ay sonra yəni, iyul ayında həmin filiallar bağlanmışdır. Yaranmış ciddi maliyyə çətinlikləri ilə bağlı iddiaçı İddiaçı MMC-nin səlahiyyətli şəxsi 2025-ci ilin iyul ayının sonları Türkiyəyə gedib cavabdeh Cavabdeh QSCnin rəhbərliyi ilə görüşmüş, bundan sonra sifarişlər üzrə işlərini necə təşkil etmələri ilə və verilən təminatlarla maraqlanmışdır. Lakin işlərin sonrakı gedişatları barədə iddiaçı İddiaçı MMC-nin səlahiyyətli şəxsinə qeyri-müəyyən cavab verilmişdir. Ona görə də səlahiyyətli şəxsin Bakıya qayıtmasından sonra iddiaçı İddiaçı MMC 10 filialını bağlamağa məcbur olmuş və fəaliyyətdə olan cəmi 5 filialı qalmışdır. Qalan 5 filialın sonrakı müqəddaratı ilə bağlı cavabdeh Cavabdeh QSC-dən cavab gözlənilmişdir. Cavabdeh Cavabdeh QSC artıq trendyolda və temuda həmin yerləri bağlayıb, mal verməyəcəyini bildirmişdir. Əlbəttə, belə vəziyyətdə iddiaçı İddiaçı MMC yəqin ki, qalan 5 filialı da bağlamağa məcbur olacaqdır. Eyni zamanda qeyd edir ki, “İcraçı” adlanan iddiaçı İddiaçı MMC ilə “Sifarişçi” adlanan cavabdeh “xxxx” QSC arasında bağlanmış ##.##.2023-cü il tarixli DH-****/**-X nömrəli xidmət müqaviləsi üzrə ##.##.2024-cü il tarixdə Razılaşma imzalanmış və Razılaşmaya əsasən cavabdeh “xxxx” QSC tərəfindən iddiaçı İddiaçı MMC-nə 195.000 ABŞ dolları (331.500 AZN) avans məbləği ödənilmişdir. Hazırda cavabdeh iddiaçıya yazılı xəbərdarlıq göndərərək orada göstərmişdir ki, iddiaçıya avans olaraq ödənilmiş 195.000 ABŞ dolları (331.500 AZN) məbləğin 2025-ci ilin yanvar-iyun ayları müddətində iddiaçı tərəfindən göndəriləcək bütün hesab-fakturalarda qeyd edilən xidmət haqqı məbləğindən 50% avans məbləği çıxılmaqla, iddiaçıya ödəniş ediləcək, yerdə qalan avans məbləğinin ödənişi növbəti 6 aya mütənasib qaydada hesablanacağı ** saylı Razılaşmada öz əksini tapmışdır. Bu günədək, yəni ##.##.2025-ci il tarixədək yalnız 36.141 ABŞ dolları (61.440 AZN) geri ödəniş həyata keçirilmişdir. Hazırda ödənilməmiş borc məbləği 158.859 ABŞ dolları (270.060 AZN) təşkil edir və həmin borcun ödənilməsi iddiaçıdan tələb edilir. İddiaçı 2024 noyabr ayının sonlarında maliyyə çətinliyi ucbatından artıq fəaliyyətini dayandıracağını cavabdehə bildirmiş, bu hal isə cavabdeh tərəfindən iddiaçıya avansın verilməsinə səbəb olmuşdur. İddiaçının rəhbərliyi həmin tarixə qədər ona vurulan zərərin əvəzinin cavabdeh tərəfindən ödəniləcəyi təqdirdə fəaliyyətini davam etdirəcəyini qeyd etmiş, cavabdeh isə 2025-ci ildə hədəflərinin böyük olacağını, qısa müddətdə temu ilə başlayacağını, dəymiş zərəri qısa müddətdə ödəməyə çalışacağını bildirmişdir. Cavabdeh əlavə olaraq, zərərin ödənilməsi deyil (təzminatın ödənilməsi), iddiaçıya avans verərək, bu avansı verəcəyi böyük miqdarda işlər üzrə kəsilən qaimələrdən tutaraq bitirəcəyini bildirmişdir. Belə şifahi vədlərin təminatı ilə iddiaçının rəhbərliyi birgə fəaliyyətini davam etdirməyə razılaşmış və cavabdehin avans verməsi yolu ilə dəymiş zərərin bir hissəsi ödənilərək, birgə fəaliyyət davam etdirilmişdir. Ancaq 2025 yanvar ayından cavabdeh şifahi taminat vədlərinin şərtlərinə əməl etməyib, temu ilə əməkdaşlığa başlamamış, trendyol isə cavabdehin bacarıqsızlığı ucbatından iddiaçının filiallarını bağlı tutaraq iş həcmini 2024-cü illə müqayisədə 70% aşağı salmışdır. Cavabdeh isə avans verməzdən öncə 1 ay içində temu ilə işə başlayacağını bildirmiş, ancaq temu ilə 2025-ci ilin may ayında əməkdaşlığa başlamışdır ki, bu da onun avans verdiyi tarixdən 5 ay sonra olmuşdur. Bu müddət ərzində müqaviləyə əsasən kəsilən qaimələrdən avansın 50 faizi tutulmuşdur. Cavabdehin yazılı xəbərdarlıqda əksini tapan bu mövqeyi ilə müdafiəçisi olduğu iddiaçıİddiaçı MMC razılaşmır. Belə ki, 2025-ci ildə 195.000 ABŞ dolları (331.500 manat) məbləğində avans veriləndə Bakıdan kənar tariflərdə iddiaçı 20 % endirim etmiş və cavabdehə dəstək olmağa çalışmışdır. Ödənilən 195.000 ABŞ dolları avansın qarşılığında iddiaçı çətinliklə də olsa, hazırki günə qədər fəaliyyətini davam etdirmişdir. Məlum olduğu kimi iddiaçı həmişə birgə fəaliyyətin şərtlərinə sadıq qalmışdır. Ancaq mövcud ciddi maliyyə çətinlikləri vəziyyətində cavabdeh tərəfindən 2025-ci ilin yanvar ayından bəri gələn iş həcmi ciddi surətdə azaldığına görə iddiaçının fəaliyyətində əhəmiyyətli dərəcədə maliyyə sıxıntıları yaranmışdır. Belə vəziyyətdə cavabdehə işlərinin daha da böyüməsi və trendyol üçün endirim verib məsrəflərini azaltması üçün Azərbaycan tərəfinə aid əməliyyatların bütünlüklə iddiaçı tərəfindən uygun rəqəmlərlə yerinə yetirilməsi barədə təklif göndərilmiş, lakin bu məsələ ilə bağlı cavabdeh tərəfin müsbət bir geri dönüşü olmamışdır. İddiaçı işlərin həcminin ciddi azalması və yaranmış maliyyə çətinlikləri ilə əlaqədar yenidən yüksək faizə borçlar və bankdan kredit almağa məcbur olmuşdur. Yuxarıda istinad edilən Razılaşmanın 3-cü bəndində Müqavilənin 14.1-ci bəndində edilən dəyişiklikdə bildirilir ki, icraçı hər hansı filialının fəaliyyətini Sifarişçinin razılığı olmadan dayandırmayacaqdır. Bildirir ki, iddiaçı 2025-ci ilin aprel ayında xərclərini qarşılaya bilməmiş və nəticədə 18 filialını bağlamağa məcbur olacağı barədə cavabdehin səlahiyyətli şəxsinə (Sinan bəyə) məlumat göndərmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən, müvafiq xidmətlər tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində təqdim edilmədiyi və ya xidmətlər ümumiyyətlə, sifariş edilmədiyi təqdirdə sifarişçi əvvəlcədən ödənilmiş ödənişi (əgər mövcuddursa) geri tələb edə bilər. Müqavilənin bu bəndi ilə bağlı qeyd edir ki, icraçı olan iddiaçı İddiaçı MMC tərəfindən bütün növ xidmətlər yüksək keyfiyyətlə, qüsursuz və vaxtında yerinə yetirilmiş, sifarişçi olan cavabdeh “xxxx” QSC tərəfindən hər hansı məzmunda narazılıq və ya irad bildirilməmişdir. (Maliyyə sıxıntıları səbəbindən bəzən sifarişlərdə gecikmələr olmuş,ancaq bununla bağlı qarşı tərəfin tələbinə əsasən, təzminat ödənmişdir.) Halhazırda sifarişlərin verilməsi dayandırılsa da, İcraçı olaraq, iddiaçının fəaliyyəti bütünlüklə Sifarişçi olaraq, cavabdeh tərəfindən göndərilən xidmətlərin yerinə yetirilməsi istiqamətində təşkil edilmiş və həyata keçirilmişdir. Məhz sifarişçi olan cavabdehin göndərdiyi xidmətlərin həcmindən birbaşa asılı olan icraçı olan iddiaçı hazırda sifarişlərin verilməsi dayandırıldığına görə çox əlverişsiz vəziyyyətlə və maliyyə çətinlikləri ilə üzləşmişdir. Müqavilənin 4.5-ci bəndinin məzmununa görə icraçı olan iddiaçıya əvvəlcədən ödədiyi ödənişi geri tələb etmək və ya bunu etməmək sifarişçi olan cavabdehin seçimindən asılıdır. Yəni sifarişçi icraçıya əvvəlcədən ödədiyi ödənişi geri tələb etməmək səlahiyyətinə və imkanına malikdir. Diqqət edilməlidir ki, tərəflər arasında bağlanmış Müqavilədə Sifarişçi olan cavabdeh Cavabdeh QSC-nin hüquq və səlahiyyətlərinin xüsusilə üstünlüyü təmin edilmiş, lakin İcraçı olan iddiaçı İddiaçı MMCnin düşdüyü hazırkı maliyyə çətinliyi vəziyyətində sifarişçinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Belə vəziyyətlə bağlı münasibətləri təmzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsində göstərilir ki, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə,etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlımaraqları və sair nəzərə alınmalıdır. Hazırkı vəziyyətdə sifarişçi olaraq, cavabdeh tərəfindən icraçı olaraq, iddiaçının maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan hallar qismində xidmətlərin həcminin getdikcə daha da azalması nəzərə alınmalıdır.
10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 270060 manat geri qaytarılmamış avansın, ona hesablanmış 48610,80 (manat ƏDV-nin, qaytarılmamış avans məbləğinə hesablanmış 36892,63 manat dəbbə pulunun, hüquqi xidmətin göstərilməsi üzrə “X2” MMC-yə ödənilmiş 9590 manatın, ona hesablanmış 1726,20 manat ƏDV-nin, iddianın qaldırılması üçün ödənilmiş 656,88 manat dövlət rüsumunun alınaraq, qarşılıqlı iddiaçı Cavabdeh QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə Cavabdeh QSC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında № DH-****/**-X saylı xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə İcraçı, Sifarişçiyə hər bir sifariş üzrə ümumi tərkib hissəsi, dəyəri, icra müddəti və digər xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək qiymət razılaşdırılması protokolları və ya hesab fakturalar ilə müəyyən ediləcək müxtəlif növ malların qəbulu, toplanılması, yüklənilməsi, çeşidlənməsi, təhvil verilməsi və digər xidmətləri (bundan sonra ˝Xidmətlər˝ adlandırılacaq) göstərməyi, Sifarişçi isə tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində təqdim edilmiş Xidmətlər qarşılığında İcraçıya bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək qiymət razılaşması protokolları və ya hesab fakturalar ilə müəyyən ediləcək xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə görə bu Müqavilə üzrə hər bir sifariş əsasında təqdim ediləcək Xidmətlərin tərkib hissəsi və dəyəri Müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək qiymət razılaşdırıması protokolları və ya təhvil-təslim aktları ilə müəyyən ediləcəkdir. Tərəflər arasında bağlanılmış ##.##.2024-cü il tarixli, ** saylı Razılaşma müqaviləsinin 1-ci bəndinə görə ##.##.2023-cü il tarixli, DH- ****/**-X saylı müqavilənin 4.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir - Sifarişçi İcraçıya bu Razılaşma imzalandığı həftə ərzində 100000 ABŞ dolları (ƏDV xaric) növbəti, həftə ərzində 95000 ABŞ dolları (ƏDV xaric) məbləğində avans ödəməyi öhdəsinə götürür və müqavilənin qüvvədə olduğu müddət ərzində İcraçı Sifariçidən əlavə avans məbləği tələb edə bilməz. Avans məbləği dolların manata olan məzənnəsinə uyğun olaraq manatla ödəniləcəkdir. - İcraçıya ödənilmiş avans məbləğinin qarşılığında İcraçı Sifarişçiyə müqavilə üzrə nəzərdə tutulmuş xidmətləri həyata keçirməyi və ödənilməsini gecikdirilən avans məbləğini gecikmə faizi ilə birlikdə sifarişçiyə geri ödəməyi öhdəsinə götürür. İcraçı hər gecikdirilmiş gün üçün gecikmiş avans məbləğinin 0,1%-i (sıfır tam onda bir faiz) həcmində dəbbə pulu ödəyir. - 2025-ci ilin yanvar-iyun ayları müddətində icraçı tərəfindən göndəriləcək bütün hesab-fakturalarda qeyd olunan xidmət haqqı məbləğindən 50% avans məbləği çıxılmaqla icraçıya ödəniş ediləcəkdir. Yerdə qalan avans məbləğinin ödənişi növbəti 6 aya mütənasib qaydada hesablanacaqdır. - İcraçı avans ödənişi ilə bağlı öhdəliyini müqavilənin icra müddəti ərzində iki dəfədən çox yerinə yetirmədiyi təqdirdə balansında olan əmlakı ilə məsuliyyət daşıyır. İcraçı Müqaviləyə vaxtından əvvəl xitam verdiyi təqdirdə 3 ay əvvəlcədən Sifarişçiyə yazılı bildiriş göndərməli və avans məbləğinin ödənilməmiş hissəsini birdəfəlik ödəməlidir. İddiaçı Cavabdeh QSC göstərilən ##.##.2024-cü il tarixli Razılaşma müqaviləsinin tələbindən irəli gələrək cavabdehə 195000 ABŞ dolları (331500 manat) məbləğində avans məbləği ödəmişdir. Bundan sonra verilmiş elektron qaimlərdən irəli gələrək görülən xidmətlərin bir qisminin dəyəri köçürmə yolu ilə ödənilmiş, bir qisminin dəyəri isə avansla əvəzləşdirilmişdir. Xidmətlərin görülməsi 2025-ci ilin iyul-avqust aylarından tamamilə dayandırımış və bundan sonra yerdə qalmış – 158.859 ABŞ dolları (270.060 manat) avansın geri qaytarılmasına dair danışıqlar aparılmış və pretenziya məktubu göndərilmişdir. Lakin qarşılıqlı iddia üzrə cavabdeh ˝xxxx˝ MMC həmin məbləği pretenziyaya cavab məktubunda qaytarmaq istəmədiyini və həmin məbləği göstərilməməsinə rəğmən, xidmət göstərilmiş kimi xidmət haqqına hesablanmasını xahiş etmişdir. Daha sonra buna dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə eyni zamanda hesab edir ki, tərəflər arasında imzalanmış Razılaşmanın 4.2-ci bəndinin tələbindən irəli gələrək “xxxx” QSC-nin İddiaçı MMC-yə Pretenziya göndərildiyi gündən qarşılıqlı iddia ərizəsinin hazırlandığı ##.##.2026-cı il tarixədək ödənilməmiş 270060 manat (158859 ABŞ dolları) avansın gündəlik 0,1% olmaqla dəbbə pulu 36892,63 manat məbləğində hesablanmaqla, qarşılıqlı cavabdehdən tələb edilməlidir. Hesab edir ki, ilkin iddia tamamilə əsassızdır. Qarşılıqlı cavabdeh sahibkarlıq fəaliyyəti uğursuzluğundan irəli gələn maddi ziyanlarını qarşılıqlı iddiaçının ödəmiş olduğu avans məbləği hesabına, özü də hər hansı xidmət göstərmədiyini etiraf edərək, bunun xidmət haqqı kimi rəsmiləşdirilməsi adı altında həll etmək istəyir ki, bu qanunvericiliyin, o cümlədən sağlam məntiqin belə ziddinədir. Bu mənada ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilədən əmələ gələn öhdəliyin icra edilməsi” tələbi barədə ilk iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı MMC-dən ## ####### 2023-cü il tarixli, DH-****/**-X nömrəli Xidmət müqaviləsi üzrə ## ###### 2024-cü il tarixli ** nömrəli Razılaşmaya əsasən 270060 manat geri qaytarılmamış avans, ona hesablanmış 48610,80 manat ƏDV, 13503 manat dəbbə pulu və 622,17 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 332795,97 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh QSC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə tərəflərin istinad etdikləri faktiki halların müvafiq hüquq normasının dispozisiya şərtlərinə uyğun olub-olmamasının müəyyən edilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ümumilikdə 355.372,88 manat məbləğində avansın ödənildiyi müəyyən edilir. Həmin avans məbləğinin göstərilən xidmətlərlə əvəzləşdirilməsindən sonra yerdə 158.859 ABŞ dolları (270.060 manat) məbləğində qalıq avansın qalması işin mübahisəsiz halıdır. Tərəflər işin qeyd edilən halını mübahisələndirməmişlər. İlk iddia üzrə iddiaçı İddiaçı MMC həmin qalıq avansın 2025-ci ildə yük daşıma xidmətlərinin haqqı qismində istifadə edilməli olmasının nəzərə alınmasını və Cavabdeh QSC-nin həmin avansı geri tələb etməsinin əsassız sayılmasını istəyir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC isə əksinə, həmin 270.060 manat məbləğində geri qaytarılmamış avansın və ona hesablanmış ƏDVnin İddiaçı MMC-dən tutulmasını tələb edir. Məhkəmə qeyd edib ki, hər iki tərəfin (istər ilk iddiaçı, istərsə də qarşılıqlı iddiaçı) irəli sürdüyü tələblər məzmunca fərqli görünsə də, mahiyyət etibarilə eyni bir hüquqi faktın — Cavabdeh QSC tərəfindən ödənilmiş avansın hüquqi müqəddəratının — müəyyən edilməsinə yönəlmişdir. Belə ki, avansın xidmət haqqı kimi istifadə edilməli olduğu təsdiqini tapsa, Cavabdeh QSC-nin onu geri tələb etməsi əsassız hesab ediləcək, yaxud əksinə, avansın qaytarılmalı olduğu qənaətinə gəlinərsə, İddiaçı MMCnin iddiası birmənalı şəkildə əsassız sayılacaqdır. Bu mənada məhkəmə, işin obyektiv, hərtərəfli və düzgün həlli üçün sözügedən tələblərə ayrı-ayrılıqda deyil, bir-biri ilə sıx bağlılıq təşkil etdiklərindən birlikdə (məcmu halda) hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edib. Məhkəmə ilk olaraq qeyd edib ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə 195.000 ABŞ dolları (331.500 manat) məbləğində avans ödənilməsi faktı hər iki tərəfin istinad etdiyi və heç bir mübahisə doğurmayan işin mübahisəsiz halıdır. Əsas mübahisə isə həmin avansın xərclənməyən (və ya əvəzində xidmət göstərilməyən) hissəsinin aqibəti ilə bağlıdır. Yuxarıda da qeyd edildiyi kimi, avansın xərclənməyən hissəsinin 270.060 manat məbləğində olması hazırki işin mübahisəsiz halıdır. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli ** nömrəli Razılaşmanın 1- ci bəndinə əsasən, "İcraçıya ödənilmiş avans məbləğinin qarşılığında icraçı sifarişçiyə müqavilə üzrə nəzərdə tutulmuş xidmətləri həyata keçirməyi və ödənilməsi gecikdirilən avans məbləğini... sifarişçiyə geri ödəməyi öhdəsinə götürür." Məhkəmə hesab edib ki, tərəflərin azad iradəsi ilə müəyyən etdiyi bu şərtə görə, avans məhz gələcəkdə göstəriləcək xidmətlərin dəyərini qarşılamaq məqsədi daşıyır. Yəni İddiaçı MMC tərəfindən nə qədər həcmdə xidmət göstərilibsə, həmin xidmətlərin dəyəri müəyyən edilməli və avans kimi ödənilən puldan o məbləğ çıxılmalıdır. Yerdə qalan (əvəzində hər hansı iş və ya xidmət görülməyən) məbləğ isə istifadə edilməyən avans hesab edilir və qeyd olunan müqavilə şərtinə əsasən sifarişçiyə (Cavabdeh QSC-yə) qaytarılmalıdır. Cavabdeh QSC məhz bu müqavilə şərtinə və avansın əvəzində xidmət göstərilməməsi faktına əsaslanaraq 270.060 manat məbləğində geri qaytarılmamış avansın tutulmasını tələb edir. İddiaçı MMC isə avans kimi aldığı məbləğin əvəzində 270.060 manatlıq real xidmət göstərdiyini (yük daşıdığını) təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə, qarşılıqlı iddiaçı Cavabdeh QSC-nin istifadə olunmamış 270.060 manat avansın, habelə ona hesablanmış 48.610,80 manat ƏDV-nin qaytarılması tələbini irəli sürməkdə haqlı olduğu qənaətinə gəlib. Məhkəmə gəldiyi bu qənaətə uyğun olaraq ilk iddia tələbinin əsassız olduğunu vurğulayıb və bununla bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Qarşılıqlı iddia tələbinin dəbbə pulu (cərimə) hissəsinə gəldikdə isə məhkəmə qeyd edib ki, tərəflər arasında bağlanmış Razılaşmaya əsasən avansın qaytarılmasının gecikdirilməsinə görə hər gün üçün 0,1% həcmində cərimənin ödənilməsi nəzərdə tutulmuş və bu məbləğ qarşılıqlı iddiaçı tərəfindən 36.892,63 manat olaraq hesablanmışdır. Məhkəmə işin hallarını, xidmətlərin dayanmasına gətirib çıxaran səbəbləri, tərəflərin qarşılıqlı biznes münasibətlərini və tələb edilən dəbbə pulunun həddindən artıq yüksək olmasını nəzərə alaraq hesab edib ki, 36.892,63 manat məbləğində dəbbə pulu açıq surətdə tənasübsüzdür. Bu səbəbdən məhkəmə dəbbə pulunu azaldaraq 13.503 manat miqdarında (əsas borcun 5 faizi həcmində) müəyyən edilməsini ağlabatan və ədalətli hesab edib. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi kimi 9590 manat məbləğində pulun və ona hesablanmış 1726,20 manat məbləğində ƏDV-nin tutulması hissəsi ilə bağlı qeyd edib ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bu məbləğ mübahisənin mürəkkəbliyi, işə sərf edilən vaxt, vəkilin göstərdiyi xidmətin həcmi və məhkəmə təcrübəsi (ağlabatanlıq prinsipi) nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyənləşdirilir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müvafiq vəkil qurumu ilə hüquqi yardımın göstərilməsi haqqında və s. sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə əlavə əsaslandırma aparmadan bu tələbin təmin edilməməli olması qənaətinə gəlir. Məhkəmə xüsusilə vurğulayıb ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia tələbi təmin olunmamalı, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, İddiaçı MMC-dən 270.060 manat məbləğində pul vəsaiti, ona hesablanmış 48.610,80 manat ƏDV, o cümlədən 13.503 manat dəbbə pulu tutularaq Cavabdeh QSC-yə ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edib ki, ilk iddia tələbi təmin olunmadığından, ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 656,88 manat məbləğində olan dövlət rüsumunun 622,17 manat hissəsi İddiaçı MMC-dən (qarşılıqlı cavabdehdən) tutularaq qarşılıqlı iddiaçı Cavabdeh QSC-nin xeyrinə ödənilməlidir.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 390.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən yəni, ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissələrində ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqavilədən əmələ gələn öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsinin tamamilə təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilmiş hissədə tamamilə ləğv edilməsi və həmin hissənin də təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə qeyd edir ki, tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli DH-****/**-X nömrəli xidmət müqaviləsi avans ödəndiyi ilin sonunadək qüvvədə olmuşdur və tərəflərdən heç biri onun vaxtından əvvəl ləğv barədə digərinə müraciət etməmişdir. (Mülki Məcəllə 421.1, 421.2, 399.1, 399.4) Bildirir ki, məhkəmə araşdırılmasında işin bu halı nəzərə alınmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə bağlananadək iddiaçı İddiaçı MMC 2021-ci ildən (2023- cü ilin mart ayında yeni şirkət olmaqla) fəaliyyətə başlayaraq, qısa müddətdə sürətli poçt daşınması sahəsində ciddi uğurlar əldə edərək, 100-ə qədər şirkət arasında 10-cu sıraya daxil ola bilmiş, onun 45000 müştərisi olmuşdur. Həmin vaxtlar tərəflər arasında olan danışıqlar zamanı cavabdeh Cavabdeh QSC ilə birgə iş fəaliyyətinə başlayacaqları halda, iddiaçı İddiaçı MMC-yə karqo xidməti göstərməsi üçün hər gün 5000- 10000 arası bağlama veriləcəyi bildirilmişdir. Bu danışıqlar baş verənədək, iddiaçı İddiaçı MMC-nin 4 filialı var idi. Cavabdeh “xxxx” QSC-nin ona perspektiv üçün verdiyi şifahi təminatlardan sonra isə iddiaçı İddiaçı MMC iş fəaliyyətini uğurlu təşkil etməsi üçün Respublikanın müxtəlif ərazilərində 36 yeni filialını yaratmış, öz vəsaiti hesabına icarəyə götürmək üçün məkanlar tapıb onlar barədə müqavilələr bağlamış, çoxsaylı şəxsləri işə qəbul etmiş, müvafiq lisenziyalar almış, pulunu ödəməklə nəqliyyat vasitələrindən müqavilə əsasında istifadə etmiş, malların və xidmətlərin reklamlarını təşkil etmiş, lazım olan avadanlıqlar və ləvazimatlar əldə etmiş və digər işləri yerinə yetirmişdir. Xidmət müqaviləsinin 4.2-ci bəndində müqavilənin hər hansı bir razılaşdırılmış ümumi dəyərinin mövcud olmadığı və sifarişçinin hər hansı bir minimum sifariş miqdarı üzrə öhdəliyinin olmadığı göstərilsə də, tərəflər arasındakı telefon danışıqlarında və e-mail yazışmalarında iddiaçı İddiaçı MMC-nə yönəlmiş iş həcminin getdikcə artacağı və işlərin daha yaxşı olacağı barədə inandırıcı vədlər verilərək, ona işlərini davam etdirməsi bildirilmişdir. Ona görə də iddiaçı İddiaçı MMC birgə fəaliyyətin öz üzərinə götürdüyü şərtlərinə fasiləsiz və vicdanla əməl edərək, işlərini bu istiqamətdə uğurla təşkil edərək, cavabdeh “xxxx” QSC ilə birgə fəaliyyətə başlamazdan əvvəl 4 filialı olduğu halda, sonradan daha 37 filial yaratmışdır. Yeni yaratdığı 37 filialdan biri də onun Xətai filialı idi ki, cavabdeh “xxxx” QSC onu zəruri miqdarda malla təmin etmədiyinə görə iddiaçı İddiaçı MMC fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Məhz belə vəziyyətlə bağlı Mülki Məcəllənin 404.1-ci maddəsində müəyyən edilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsində isə bildirilir ki, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd edir ki, mübahisəyə hüquqi qiymət verilərkən mahkəmə Qanunun bu tələbini də nəzərə almamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh Cavabdeh QSC ilə danışıqlarında birgə fəaliyyətin genişləndirilməsi perspekivləri daim müzakirə edilimişdir. Lakin 2024-cü il yanvar ayından etibarən iddiaçı İddiaçı MMC-nə yüklərin daxil olmaları azalmağa, nəticədə isə onun maliyyə çətinlikləri yaranmağa başlamışdır. Bu barədə cavabdeh Cavabdeh QSC-yə mütəmadi məlumat verilmişdir. Bununla yanaşı, iddiaçı İddiaçı MMC Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrası zamanı işlərin keyfiyyətinin aşağı düşməməsindən ötrü bankdan yüksək faizə kredit, həmçinin yüksək faizlə əl borcları almağa məcbur olmuşdur. Ona görə də 2024-cü ilin ortalarından maliyyə çətinlikləri ucbatından iddiaçı İddiaçı MMC fəaliyyətini davam edə bilməməsi barədə cavabdeh Cavabdeh QSC-nə mütəmadi olaraq, məlumatlar çatdırmışdır. İddiaçı İddiaçı MMC-nin maliyyə sıxıntıları o həddə qədər artmışdır ki, 2024-cü ilin sonuna qədər 8 filialını bağlamağa məcbur olmuşdur. Həmçinin qeyd edilir ki, maliyyə çatımamazlığına görə 2025-ci ilin aprel ayında iddiaçı İddiaçı MMC-nin 18 filialının da bağlanılacağı barədə cavabdeh Cavabdeh QSC-yə məlumat verilmiş, heç bir tədbir görülmədiyinə görə bundan 3 ay sonra yəni, iyul ayında həmin filiallar bağlanmışdır. Yaranmış ciddi maliyyə çətinlikləri ilə bağlı iddiaçı İddiaçı MMC-nin səlahiyyətli şəxsi 2025-ci ilin iyul ayının sonları Türkiyəyə gedib cavabdeh Cavabdeh QSCnin rəhbərliyi ilə görüşmüş, bundan sonra sifarişlər üzrə işlərini necə təşkil etmələri ilə və verilən təminatlarla maraqlanmışdır. Lakin işlərin sonrakı gedişatları barədə iddiaçı İddiaçı MMC-nin səlahiyyətli şəxsinə qeyri-müəyyən cavab verilmişdir. Ona görə də səlahiyyətli şəxsin Bakıya qayıtmasından sonra iddiaçı İddiaçı MMC 10 filialını bağlamağa məcbur olmuş və fəaliyyətdə olan cəmi 5 filialı qalmışdır. Qalan 5 filialın sonrakı müqəddaratı ilə bağlı cavabdeh Cavabdeh QSC-dən cavab gözlənilmişdir. Cavabdeh Cavabdeh QSC artıq trendyolda və temuda həmin yerləri bağlayıb, mal verməyəcəyini bildirmişdir. Əlbəttə, belə vəziyyətdə iddiaçı İddiaçı MMC yəqin ki, qalan 5 filialı da bağlamağa məcbur olacaqdır. (Mülki Məcəllə 425.1, 441.1, 420.2) Həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli DH-****/**-X nömrəli xidmət müqaviləsi üzrə ##.##.2024-cü il tarixdə Razılaşma imzalanmış və Razılaşmaya əsasən cavabdeh “xxxx” QSC tərəfindən iddiaçı İddiaçı MMC-nə 195.000 ABŞ dolları (331.500 AZN) avans məbləği ödənilnişdir. Cavabdeh iddiaçıya yazılı xəbərdarlıq göndərərək orada göstərmişdir ki, iddiaçıya avans olaraq ödənilmiş 195.000 ABŞ dolları (331.500 AZN) məbləğin 2025-ci ilin yanvar-iyun ayları müddətində iddiaçı tərəfindən göndəriləcək bütün hesab-fakturalarda qeyd edilən xidmət haqqı məbləğindən 50% avans məbləği çıxılmaqla, iddiaçıya ödəniş ediləcək, yerdə qalan avans məbləğinin ödənişi növbəti 6 aya mütənasib qaydada hesablanacağı ** saylı Razılaşmada öz əksini tapmışdır. Bu günədək yəni, ##.##.2025-ci il tarixədək yalnız 36.141 ABŞ dolları (61.440 AZN) geri ödəniş həyata keçirilmişdir. Hazırda ödənilməmiş borc məbləği 158.859 ABŞ dolları (270.060 AZN) təşkil edir və həmin borcun ödənilməsi iddiaçıdan tələb edilir. İddiaçı 2024 noyabr ayının sonlarında maliyyə çətinliyi ucbatından artıq fəaliyyətini dayandıracağımı cavabdehə bildirmiş, bu hal isə cavabdeh tərəfindən iddiaçıya avansın verilməsinə səbəb olmuşdur. İddiaçının rəhbərliyi həmin tarixə qədər ona vurulan zərərin əvəzinin cavabdeh tərəfindən ödəniləcəyi təqdirdə fəaliyyətini davam etdirəcəyini qeyd etmiş, cavabdeh isə 2025-ci ildə hədəflərinin böyük olacağını, qısa müddətdə temu ilə başlayacağını, dəymiş zərəri qısa müddətdə ödəməyə çalışacağını bildirmişdir. Cavabdeh əlavə olaraq, zərərin ödənilməsi deyil (təzminatın ödənilməsi), iddiaçıya avans verərək, bu avansı verəcəyi böyük miqdarda işlər üzrə kəsilən qaimələrdən tutaraq bitirəcəyini bildirmişdir. Belə şifahi vədlərin təminatı ilə iddiaçının rəhbərliyi birgə fəaliyyətini davam etdirməyə razılaşmış və cavabdehin avans verməsi yolu ilə dəymiş zərərin bir hissəsi ödənilərək, birgə fəaliyyət davam etdirilmişdir. Ancaq 2025 yanvar ayından cavabdeh şifahi taminat vədlərinin şərtlərinə əməl etməyib, temu ilə əməkdaşlığa başlamamış, trendyol isə cavabdehin bacarıqsızlığı ucbatından iddiaçının filiallarını bağlı tutaraq iş həcmini 2024-cü illə müqayisədə 70% aşağı salmışdır. Cavabdeh isə avans verməzdən öncə 1 ay içində temu ilə işə başlayacağını bildirmiş, ancaq temu ilə 2025-ci ilin may ayında əməkdaşlığa başlamışdır ki, bu da onun avans verdiyi tarixdən 5 ay sonra olmuşdur. Bu müddət ərzində müqaviləyə əsasən kəsilən qaimələrdən avansın 50 faizi tutulmuşdur. Lakin, cavabdehin yazılı xəbərdarlıda əksini tapan bu mövqeyi ilə müdafiəçisi olduğum iddiaçı İddiaçı MMC haqlı olaraq razılaşmamışdır. Belə ki, 2025-ci ildə 195.000 ABŞ dolları (331.500 AZN) məbləğində avans veriləndə Bakıdan kənar tariflərdə iddiaçı 20 % endirim etmiş və cavabdehə dəstək olmağa çalışmışdır. Ödənilən 195.000 ABŞ dolları avansın qarşılığında iddiaçı çətinliklə də olsa, bu günə qədər fəaliyyətini davam etdirmişdir. Müdafiəçisi olduğu iddiaçı həmişə birgə fəaliyyətin şərtlərinə sadıq qalmışdır. Ancaq mövcud ciddi maliyyə çətinlikləri vəziyyətində cavabdeh tərəfindən 2025-ci ilin yanvar ayından bəri gələn iş həcmi ciddi surətdə azaldığına görə iddiaçının fəaliyyətində əhəmiyyətli dərəcədə maliyyə sıxıntıları yaranmışdır. Belə vəziyyətdə cavabdehə işlərinin daha da böyüməsi və trendyol üçün endirim verib məsrəflərini azaltması üçün Azərbaycan tərəfinə aid əməliyyatların bütünlüklə iddiaçı tərəfindən uygun rəqəmlərlə yerinə yetirilməsi barədə təklif göndərilmiş, lakin bu məsələ ilə bağlı cavabdeh tərəfin müsbət bir geri dönüşü olmamışdır. İddiaçı işlərin həcminin ciddi azalması və yaranmış maliyyə çətinlikləri ilə əlaqədar yenidən yüksək faizə borçlar və bankdan kredit almağa məcbur olmuşdur. Yuxarıda istinad edilən Razılaşmanın 3-cü bəndində Müqavilənin 14.1-ci bəndində edilən dəyişiklikdə bildirilir ki, İcraçı hər hansı filialının fəaliyyətini Sifarişçinin razılığı olmadan dayandırmayacaqdır. Bildirir ki, iddiaçı 2025-ci ilin aprel ayında xərclərini qarşılaya bilməmiş və nəticədə 18 filialını bağlamağa məcbur olacağı barədə cavabdehin səlahiyyətli şəxsinə (Sinan bəyə) məlumat göndərmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən, müvafiq xidmətlər tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində təqdim edilmədiyi və ya xidmətlər ümumiyyətlə, sifariş edilmədiyi təqdirdə Sifarişçi əvvəlcədən ödənilmiş ödənişi (əgər mövcuddursa) geri tələb edə bilər. Müqavilənin bu bəndi ilə bağlı qeyd edir ki, icraçı olan iddiaçı İddiaçı MMC tərəfindən bütün növ xidmətlər yüksək keyfiyyətlə, qüsursuz və vaxtında yerinə yetirilmiş, Sifarişçi olan cavabdeh “xxxx” QSC tərəfindən hər hansı məzmunda narazılıq və ya irad bildirilməmişdir. (Maliyyə sıxıntıları səbəbindən bəzən sifarişlərdə gecikmələr olmuş, ancaq bununla bağlı qarşı tərəfin tələbinə əsasən, təzminat ödənmişdir.) Sifarişlərin verilməsi dayandırılsa da, iddiaçının fəaliyyəti bütünlüklə cavabdeh tərəfindən göndərilən xidmətlərin yerinə yetirilməsi istiqamətində təşkil edilmiş və həyata keçirilmişdir. İşin bu halları da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə bağlananadək iddiaçı İddiaçı MMC 2021ci ildən (2023-cü ilin mart ayında yeni şirkət olmaqla) fəaliyyətə başlayaraq, qısa müddətdə surətli poçt daşınması sahəsində ciddi uğurlar əldə edərək, 100-ə qədər şirkət arasında 10cu sıraya daxil ola bilmiş, onun 45000 müştərisi olmuşdur. Həmin vaxtlar tərəflər arasında olan danışıqlar zamanı cavabdeh Cavabdeh QSC ilə birgə iş fəaliyyətinə başlayacaqları halda, iddiaçıİddiaçı MMC-nə karqo xidməti göstərməsi üçün hər gün 5000- 10000 arası bağlama veriləcəyi bildirilmişdir. Bu danışıqlar baş verənədək, iddiaçı İddiaçı MMC-nin 4 filialı var idi. Cavabdeh “xxxx” QSC-nin ona perspektiv üçün verdiyi şifahi təminatlardan sonra isə iddiaçı İddiaçı MMC iş fəaliyyətini uğurlu təşkil etməsi üçün Respublikamızın müxtəlif ərazilərində 36 yeni filialını yaratmış, öz vəsaiti hesabına icarəyə götürmək üçün məkanlar tapıb onlar barədə müqavilələr bağlamış, çoxsaylı şəxsləri işə qəbul etmiş, müvafiq lisenziyalar almış, pulunu ödəməklə nəqliyyat vasitələrindən müqavilə əsasında istifadə etmiş, malların və xidmətlərin reklamlarını təşkil etmiş, lazım olan avadanlıqlar və ləvazimatlar əldə etmiş və digər işləri yerinə yetirmişdir. Xidmət müqaviləsinin 4.2-ci bəndində Müqavilənin hər hansı bir razılaşdırılmış ümumi dəyərinin mövcud olmadığı və Sifarşçinin hər hansı bir minimum sifariş miqdarı üzrə öhdəliyinin olmadığı göstərilsə də, tərəflər arasındakı telefon danışıqlarında və e-mail yazışmalarında iddiaçı İddiaçı MMC-nə yönəlmiş iş həcminin getdikcə artacağı və işlərin daha yaxşı olacağı barədə inandırıcı vədlər verilərək, ona işlərini davam etdirməsi bildirilmişdir. Ona görə də iddiaçı İddiaçı MMC birgə fəaliyyətin öz üzərinə götürdüyü şərtlərinə fasiləsiz və vicdanla əməl edərək, işlərini bu istiqamətdə uğurla təşkil edərək, cavabdeh “xxxx” QSC ilə birgə fəaliyyətə başlamazdan əvvəl 4 filialı olduğu halda, sonradan daha 37 filial yaratmışdır. Yeni yaratdığı 37 filialdan biri də onun Xətai filialı idi ki, cavabdeh “xxxx” QSC onu zəruri miqdarda malla təmin etmədiyinə görə iddiaçı İddiaçı MMC fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Qeyd edirəm ki, mübahisəyə hüquqi qiymət verilərkən mahkəmə Qanunun bu tələbini də nəzərə almamışdır. Bundan əlavə, qeyd edilir ki, cavabdeh Cavabdeh QSC ilə danışıqlarında birgə fəaliyyətin genişləndirilməsi perspekivləri daim müzakirə edilimişdir. Lakin, 2024-cü il yanvar ayından etibarən iddiaçı İddiaçı MMC-nə yüklərin daxil olmaları azalmağa, nəticədə isə onun maliyyə çətinlikləri yaranmağa başlamışdır. Bu barədə cavabdeh Cavabdeh QSC-nə mütəmadi məlumat verilmişdir. Bununla yanaşı, iddiaçı İddiaçı MMC Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrası zamanı işlərin keyfiyyətinin aşağı düşməməsindən ötrü bankdan yüksək faizə kredit, həmçinin yüksək faizlə əl borcları almağa məcbur olmuşdur. Ona görə də 2024-cü ilin ortalarından maliyyə çətinlikləri ucbatından iddiaçı İddiaçı MMC fəaliyyətini davam edə bilməməsi barədə cavabdeh Cavabdeh QSC-nə mütəmadi Sadalananlara görə hesab edirəm ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində çıxarıldığına görə qanuni, əsaslı və ədalətli sayıla bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. İlkin iddiaçı, qarşılıqlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin və qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi.
19. İlkin cavabdeh, qarşılıqlı iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. -850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia rədd edilmişdir, qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən ilkin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qətnamənin ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin əsaslılığı həmin hissələrdə şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC (icraçı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh QSC (sifarişçi) ilə icraçı arasında imzalanmış ##.##.2023-cü il tarixli, DH-****/**-X nömrəli xidmət müqaviləsinə əsasən ilkin iddiaçı ilkin cavabdehə sifariş əsasında müxtəlif növ malların qəbulu, toplanması, yüklənməsi, çeşidlənməsi, təhvil verilməsi və digər xidmətləri göstərməyi, ilkin cavabdeh isə isə tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində təqdim edilmiş xidmətlər qarşılığında xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında ilkin cavabdeh tərəfindən ilkin iddiaçıya ümumilikdə 355.372,88 manat məbləğində avans ödənilmişdir. Həmin avans müqabilində müqavilə üzrə ilkin cavabdeh tərəfindən müəyyən xidmətlər göstərilmiş, lakin göstərilmiş xidmətlərə görə xidmət haqqı avansdan çıxıldıqdan sonra 158.859 ABŞ dolları (270.060 manat) məbləğində işlənməmiş avans qalmışdır. Hazırda ilk iddiaçı İddiaçı MMC həmin qalıq avansın 2025-ci ildə yük daşıma xidmətlərinin haqqı qismində istifadə edilməli olmasının nəzərə alınmasını və Cavabdeh QSC-nin həmin avansı geri tələb etməsinin əsassız sayılmasını, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC isə əksinə, həmin 270.060 manat məbləğində geri qaytarılmamış avansın və ona hesablanmış ƏDV-nin və dəbbə pulunun İddiaçı MMC-dən tutulmasını tələb edir.
27. Kollegiya əvvəla qeyd edir ki, tərəflər arasında müqavilə yükdaşınma və xidmət müqavilələrinin elementlərini birləşdirilən qarışıq müqavilədir. Odur ki, mübahisəyə müvafiq hissələrdə yükdaşınma və analogiya üzrə xidmət müqaviləsi yaxın olan podrat müqavilələrini tənzimləyən normalar tətbiq edilməlidir.
28. Kollegiya həmçinin vurğulayır ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.2-ci bəndlərində müqavilənin müddəti ##.##.2024-cü il tarixədək müəyyən edilməklə və tərəflərin heç biri müqavilənin müddətinin bitməsinə 10 iş günü qalmış digər tərəfə xitam barədə bildiriş göndərmədikdə müqavilənin müddətinin eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab edilməsi nəzərdə tutulmaqla bərabər, sifarişçinin 30 gün əvvəl yazılı bildiriş verməklə əsaslandırmadan müqaviləyə birtərəfli qaydada xitam verilmək hüququna malik olduğu barədə şərt də yer almışdır.
29. Odur ki, tərəflər arasında Cavabdeh QSC müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş hüququndan istifadə edərək 2025-ci il ######## ##-da ilkin iddiaçıya avansın qaytarılması barədə xəbərdarlıq məktubu göndərməklə müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə iradəsini qarşı tərəfə çatdırmış, bununla da mübahisəli müqaviləyə birtərəfli qaydada xitam verilmişdir.
30. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 850.1 və 759.1-ci maddələrinə əsasən podrat və yükdaşıma müqavilələrinə əsasən podratçı (daşıyıcı) yerinə yetirilmiş işin (yükdaşıma xidmətinin) haqqını tələb etmək hüququna malikdir. Həmin normaların əksinə şərh etdikdə belə qənaətə gəlmək olar ki, podratçı (daşıyıcı) müqavilə üzrə icra edilməmiş və ümumiyyətlə sifariş edilməmiş xidmətlərə (işlərin) görə haqq almaqda və ya müqabilində xidmət göstərilməmiş ( iş görülməmiş) avansı özündə saxlamaqda haqlı deyildir.
31. Bununla bağı müqavilə bağlanarkən ilkin cavabdehin müəyyən miqdarda sifarişlərin veriləcəyini vəd etməsi, lakin vədlərinə əməl etməməsi, nəticədə ona madi zərər vurulması, açdığı filialları bağlamalı olması barədə ilkin iddiaçı, qarşılıqlı iddiaçının istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, ilkin iddiaçı tərəflər arasında müqavilə üzrə sifariş ediləcək xidmətlərin həcminə dair razılaşmanın mövcudluğunu sübuta yetirə bilməmişdir. Odur ki, həmin dəlillər əsassız hesab edilir.
32. Belə olan halda kollegiya hesab edir ki, tərəflər arasında müqaviləyə xitam verilməklə İddiaçı MMC-nin mübahisəli avans məbləğini əldə etməsinin müqavilə əsası aradan qalxdığından Cavabdeh QSC Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələblərinə əsasən avansın qaytarılmasını tələb etmək hüququ yaranmışdır, İddiaçı MMC-nin ilkin iddiasında həmin avansı xidmət haqqı kimi nəzərə alınmasını tələb etməsi isə əsassızdır. Odur ki, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə ƏDV daxil olmaqla avansın qaytarılması hissəsində təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
33. İddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, mübahisəli müqavilənin 4.2-ci bəndində avans məbləğinin qaytarılmasının gecikdirilməsinə görə icraçıdan (qarşılıqlı cavabdeh) hər gecikdirilmiş gün üçün gecikmiş avans məbləğinin 0,1 % həcmdə dəbbə pulu tutulmalı olması nəzərdə tutulmuşdur. Odur ki, iddiaçı cavabdehdən avans məbləği ilə yanaşı Mülki Məcəllənin 462-ci maddəsinə əsasən həmin məbləğin ödənilməsinin gecikdirilməsinə hesablanmış dəbbə pulunun tutulmasını tələb etmək hüququna malikdir.
34. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdəyüksək olmadığından qarşılıqlı cavabdehdən 13503 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.
35. Beləliklə, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Eyni zamanda kollegiya qeyd edir ki, qətnamə dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinə dair hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. Apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçı, qarşılıqlı cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i :
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum ilkin iddiaçı, qarşılıqlı cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov