AzərbaycanѴRespublikasıѴadından Qətnamə ŞirvanѴşəhəri İşѴ№Ѵe-2-2(3-9)-130/2026 23.07.2026 ŞIRVANѴAPELLYASIYAѴMƏHKƏMƏSI İddiaçı iddiaçı2 İstehsalat Birliyinin cavabdeh iddiaçı1 MMC-nə qarşı borcun tutulması, iddiaçı iddiaçı1 MMC-nin cavabdeh iddiaçı2 İstehsalat Birliyinə qarşı borcun silinməsiѴtələblərinəѴdairѴişѴüzrə Q Ə T N A M Ə S İ AçarѴsözlər:ѴborcunѴtutulmasıѴvəѴborcunѴsilinməsi. ŞirvanѴşəhəri,Ѵ##Ѵ####Ѵ2026-cıѴil Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundanѴibarətѴtərkibdə,ѴməhkəməѴiclasѴkatibiѴƏhmədliѴMuradѴİlhamѴoğlununѴkatibliyi, İddiaçıѴiddiaçı2ѴİstehsalatѴBirliyininѴnümayəndəsiѴnümayəndə2ѴiştirakıѴilə, İddiaçı iddiaçı2 İstehsalat Birliyinin cavabdeh iddiaçı1 MMC-nə qarşı borcun tutulması, iddiaçı iddiaçı1 MMC-nin cavabdeh iddiaçı2 İstehsalat Birliyinə qarşı borcun silinməsi tələblərinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən (hakim Z.Abbasov) ilkin iddia üzrə cavabdeh iddiaçı1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəməѴiclasındaѴbaxaraq,ѴaşağıdakıѴqətnaməniѴqəbulѴetdi. İşin halları: İddiaçı iddiaçı2 İstehsalat Birliyi cavabdeh iddiaçı1 MMC-nə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Aqro Texnoser MMCdən (VÖEN: **********) təbii qazdan istifadə edilməsinə görə yaranmış 54050.58 manat debitor borcun və 252.40 manat ödənilmiş rüsumun tutularaq iddiaçı2 İstehsalat Birliyinin xeyrinəѴ(hesabına)ѴödənilməsiѴbarədəѴqətnaməѴqəbulѴedilməsiniѴxahişѴetmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR iddiaçı2 İB-nin Ağsu Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Kürdəmir rayonunda yerləşən “Aqro Texnoser MMC (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla 243311800100086saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə sonuncu dəfə AMX-**** saylı, ##.##.2018-ci il tarixdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə”xxxx“Aqro Texnoser MMC “istifadə etdiyi təbii qazdan istifadəyə görə iddiaçı2 İstehsalat Birliyinə 54050.58 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqdaѴtərəflərѴməhkəməyəѴmüraciətѴedəѴbilər. İddiaçı iddiaçı2 İstehsalat Birliyinin nümayəndəsi nümayəndə2 məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh iddiaçı1 MMC tərəfindən ##.##.2025-ci il tarixdə 9920 manat məbləğində debitor borcdan ödəniş aparıldığı nəzərə alınaraq cavabdeh iddiaçı1 MMC-dən 45869,42 manat borcun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı iddiaçı2 İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasıѴxahişѴedilmişdir. İddiaçı iddiaçı1 MMC cavabdeh iddiaçı2 İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən (Abonent kodu: 243311800100087) müəssisəyə görə hesablanmış 54050.58 (əlli dörd min əlli manat əlli səkkiz qəpik) manat pul məbləğində borcun silinməsi və 252.15 (iki yüz əlli iki manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbulѴedilməsiniѴxahişѴetmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və X1 arasında ## ###### 2023cü ildə icarə müqaviləsi bağlanmışdır. Belə ki, icarə müqaviləsi ilə icarəyə verilmiş ümumi sahəsi 25 ha olan torpaq sahəsində yerləşən 50784 kv.m istixana kompleksində ##.##.2024cü il tarixə “AZƏRİQAZ" İstehsalat Birliyinə icarəçi X1 məxsus 54050.58 manat debitor borcu yaranmışdır. İcarə müqaviləsinin 11-ci maddəsində qeyd edilir ki, kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqlar "İcarəçi” tərəfindən ödənilir. Amma icarəçi X1 qazdan istifadə etməsinə baxmayaraq istifadə haqqını ödəməmişdir. Hal-hazırda X1 ilə icarə münasibətlərinə son verilmişdir. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ümumilikdə 54050.58 manat məbləğində əsassız borc hesablanmış, sonradan əsassız borcun silinəcəyini vəd edilsə də, əksinə həmin borcu qazın dayandırılması xəbərdarlığı ilə tələb etmişdir. Fəaliyyət sahəsindən də göründüyü kimi təbii qaz olmadıqda müəssisənin müflisləşməsinə gətirib çıxara bilər. Bu səbəbdən hesablanmış borc əsassız hesab edilsə də, hissə-hissə ödəmək məcburiyyətində qalınmışdır. İllər ərzində əsassız hesablanmış borcun yaranma əsasları iddiaçı tərəfindən araşdırılsa da, bununla bağlı cavabdeh təşkilat hər hansı qanuni sənəd təqdim etməmişdir. Müəssisənin saldosundan da göründüyü kimi, sayğacın göstəricisi aylıq mütəmadi dəyişdiyini və hesabatı apardığı halda, ona sayğac göstəricisindən əlavə əsassız borclar hesablanmışdır. Hesablanmış borclarla bağlı sənədləri istədikdə cavabdeh əlavə hesabatın qanuni əsaslarla aparıldığını təsdiq edən heç bir sənəd təqdim edə bilməmiş, yalnız heç bir hüquqi qüvvəyə malik olmayan və qanunvericiliklə nəzərdə tutulmayan qaydada tərtib edilmiş saxta aktlar təqdim etmişdir. Həmin aktlarda qeyd edilir ki, sayğacın işləmədiyi üçün yuxarıda qeyd etdiyi əlavə borc məbləğləri hesablanmışdır. Saldodan da göründüyü kimi, cavabdeh təşkilat sayğac göstəricilərinə əsasən müəyyən edilmiş borcun üzərinə heç bir hüquqi əsası olmayan əlavə borclar hesablamışdır. Belə bir hesablama qaydası heç bir qanunda, normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdehѴtəşkilatѴözündənѴyeniѴhesabatѴüsuluѴmüəyyənѴedərəkѴqanunsuzѴtətbiqѴetmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı iddiaçı1 MMC-nin cavabdeh iddiaçı2 İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair e-*-*(***)-****/**** saylı iş Şirvan Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı iddiaçı2 İstehsalat Birliyinin cavabdeh iddiaçı1 MMC-nə qarşı borcun ödənilməsi təıləbinə dair e-*-*(***)-****/**** saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsiѴvəѴişinѴŞirvanѴKommersiyaѴMəhkəməsinəѴgöndərilməsiѴqəraraѴalınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. iddiaçı2 İstehsalat Birliyinin nümayəndəsi nümayəndə2 məhkəmə iclasında iddia ərizəsininѴməzmununaѴuyğunѴizahatѴvermişѴvəѴərizəninѴtəminѴolunmasınıѴxahişѴetmişdir.Ѵ iddiaçı1 MMC-nin nümayəndəsi iştirak etdiyi məhkəmə iclaslarında tərəflərindən verilmişѴiddianıѴmüdafiəѴetdikləriniѴbildirmişdirѴvəѴiddianınѴtəminѴolunmasınıѴxahişѴetmişdir.Ѵ Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı iddiaçı2 İstehsalat Birliyinin cavabdeh iddiaçı1 MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh iddiaçı1 MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 45869,42 manat məbləğində əsas borc və ödənilmiş 252,40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 46121,82 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı iddiaçı2 İstehsalat Birliyinə ödənilməsi, iddiaçı iddiaçı1 MMC-nin cavabdeh iddiaçı2 İstehsalat Birliyinə pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə cavabdeh iddiaçı1 MMC apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iş üzrə iddiaçı iddiaçı2 İB-nin iddia tələbinin rədd olunması və birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 MMC-nin iddia tələbinin təmin edilməsi barədə qətnaməѴqəbulѴedilməsiniѴxahişѴetmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Mövcud halda iddiaçı2 ilə iddiaçı1 şirkəti arasında qazın istifadəsinə dair müqavilə bağlanmış, lakin borc yaranan dövrdə sahə Bağırov Raminə icarəyə verilmiş və qazı faktiki olaraq istifadə edən şəxs məhz Bağırov Ramin olmuşdur. Bu o deməkdir ki, iddiaçı2 ilə bağlı öhdəlik faktiki istifadəçi olan Bağırov Raminin üzərinə düşür, çünki qaz onun tərəfindən istehlak edilmişdir. MM-in 385.1-ci maddəsinin mənasından göründüyü kimi, kreditor öhdəliyin icrasını məhz borcu yaradan hərəkəti edən, yəni qazı istifadə edən şəxsdən tələb etməlidir. Belə olan halda iddiaçı2 borcu iddiaçı1 MMC-dən deyil, faktiki istifadəçi kimi birbaşa Bağırov Ramindən tələb etməli idi. iddiaçı1 MMC isə həmin dövrdə sahədə fəaliyyət göstərmədiyindən və qazı istifadə etmədiyindən MM-in 385.1-ci maddəsi üzrə borclu mövqeyində çıxış edə bilməz və ona qarşı irəli sürülən tələb həmin maddənin tələblərinə ziddir. Bundan başqa, MPM-in 217-ci maddəsinin tələblərinə baxmayaraq, məhkəmə iddiaçı1 MMC tərəfindən təqdim edilmiş, borcun özünə aid olmadığını və sahənin həmin dövrdə Bağırov Raminə icarəyə verildiyini təsdiq edən icarə müqaviləsini nə qiymətləndirmiş, nə ona istinad etmiş, nə də onun rədd edilməsinin hüquqi əsaslarını göstərmişdir. Həmin sənəd tərəflərin hüquqi münasibətini birbaşa müəyyənləşdirən mühüm sübut olduğu halda nəzərə alınmamış, nəticədə qətnamə natamam və birtərəfli qiymətləndirilmiş materiallar əsasında qəbul edilmişdir. Eyni zamanda, məhkəmə MM-in 385.1-ci maddəsini faktiki vəziyyətə tətbiq etməmiş, kimin borclu olduğunu hüquqi cəhətdən düzgün müəyyənləşdirməmişdir. Bundan əlavə, məhkəmə borcun yarandığı dövrdə sahənin iddiaçı1 MMC-nin, yoxsa Bağırov Raminin istifadəsində olduğunu, qazın faktiki olaraq kim tərəfindən istehlak edildiyini, icarə müqaviləsinin qüvvədə olduğu dövrü və həmin icarə münasibətinin iddiaçı2 ilə olan öhdəliyə təsirini araşdırmamışdır. Məhkəmənin iddiaçı1 MMCni borclu hesab etməsi üçün kifayət qədər sübut mövcud olmamış, icarə müqaviləsi qiymətləndirilməmiş və borcun məhz iddiaçı1 MMC-nin fəaliyyəti nəticəsində yarandığını təsdiq edən konkret sübut təqdim edilməmişdir. Halbuki iş materiallarından göründüyü kimi, sözügedən halı sübut edən icarə müqaviləsi elektron məhkəmə sisteminə əlavə olunmuş, borc yaranan dövrdə sahə Bağırov Raminə icarəyə verilmiş və qazı faktiki istifadə edən şəxs də məhz o olmuşdur. Buna baxmayaraq, məhkəmə iddiaçı1 MMC-ni borclu kimi qəbul etmiş, buѴisəѴişinѴrealѴhallarınaѴuyğunѴgəlməyənѴnəticəѴolmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: ApellyasiyaѴşikayətinəѴqarşıѴyazılıѴetirazѴverilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı iddiaçı2 İstehsalat Birliyinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdehѴsonradanѴümumiѴborcundanѴ10000ѴmanataѴyaxınѴödənişѴdəѴetmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyəѴməlumatѴverməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesabѴetmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və yaѴdəyişdirilməsiѴdispozitivlikѴvəѴçəkişməѴprinsipininѴpozulmasıѴkimiѴqiymətləndirilməlidir.” Hazırkı iş üzrə ilkin iddia üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qətnaməsinin ləğv edilməsi, ilkin iş üzrə iddiaçı iddiaçı2 İB-nin iddia tələbinin rədd olunması və birləşdirilmiş iş üzrə iddiaçı iddiaçı1 MMC-nin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasıѴapellyasiyaѴşikayətinəѴəsasənѴqətnaməninѴəsaslılığınıѴtamѴyoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanѴvəzifəsininѴicrasınıѴtələbѴetməkѴhüququѴvardır.Ѵ 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiqѴsurətdəѴhərəkətѴetməlidir.Ѵ 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həminѴgünѴvəѴyaѴbuѴcürѴdövrѴərzindəѴistənilənѴanѴicraѴedilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimѴetməlidirѴ(göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarıѴiləѴtəsdiqѴedilmişѴ“QazdanѴistifadəѴQaydaları”ѴiləѴmüəyyənѴedilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıѴvəѴonlardanѴistifadəѴetməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyiѴhallarıѴsübutѴetməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.ѴHeçѴbirѴsübutunѴməhkəməѴüçünѴqabaqcadanѴmüəyyənѴedilmişѴqüvvəsiѴyoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessualѴhüquqѴnormalarınaѴuyğunѴçıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasındaѴtədqiqѴolunmuşѴsübutlarlaѴəsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənaraѴçıxaѴbilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsininѴqətnaməsiѴdəyişdirilmədənѴsaxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan iddiaçı2 İstehsalat Birliyi ilə iddiaçı1 MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli AMX*-**** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsiѴtəşkilѴedir. 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək PaylayıcınınѴvəzifələrinəѴaiddir. 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək PaylayıcınınѴhüquqlarınaѴaiddir. 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməkѴİstehlakçınınѴvəzifələrinəѴaidѴedilmişdir. İş materiallarında olan “Abonentin saldosu”ndan görünür ki, *************** saylı abonent iddiaçı1 MMC-nin təbii qazdan istifadəyə görə ##.##.2023-cü il tarixə yaranmış borc məbləğiѴ54050,58ѴmanatѴtəşkilѴedir. İş materiallarında olan iddiaçı iddiaçı2 İstehsalat Birliyinın cavabdeh iddiaçı1 MMC-nə ünvanladığı ##.##.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış 54050,58 manat məbləğində borcun 3 gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuşdur, əks təqdirdə borcun ödənilməsi tələbiѴiləѴməhkəməyəѴmüraciətѴolunacağıѴbarədəѴiddiaçı1ѴMMC-nəѴxəbərdarlıqѴedilmişdir. İş materiallarında olan iddiaçı1 MMC ilə X1 arasında bağlanmış ##.##.2023-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı1 MMC-nə məxsus olan ünvan 1 ünvanında ümumi sahəsi 25 ha olan torpaq sahəsində yerləşən 50784 kv.metr istixana kompleksiѴX1ѴicarəyəѴverilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı1 MMC tərəfindən iddiaçı2 İstehsalat Birliyinin hesabına 9920 manat məbləğində pul vəsaiti köçülürmüşdür.Ѵ İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*- *(***)-****/**** nömrəli sorğu məktubuna cavab olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X6 Agentliyinin Kürdəmir filialından məhkəməyə daxil olmuş filialın mütəxəssisi X2 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli “Mütəxəssis rəyi”ndəѴgöstərilmişdirѴki;
1. Abonent saldosunda göstərilən sayğacın elektron və mexaniki göstəriciləri arasındakıѴfərqinѴsəbəbiѴnədir?Ѵ Cavab: Azərbaycan Respublikası ərazisində qaz həcmlərinin hesablanması qüvvədə olan ГОСТ 2939-63 "ГАЗЫ, УСЛОВИЯ ДЛЯ ОПРЕДЕЛЕНИЯ ОБЪЕМА standartının tələblərinə əsasən standart şərait T=20°C, P=101,325 KPa qəbul edilir Bu səbəbdən sənaye qaz sayğacları elektron korrektorla təchiz edilir ki, sayğacın mexaniki hissəsindən keçən (mexaniki göstərici kimi əks olunan) qaz həcmi korrektor (Sayğacın texniki parametrlərini özündə əks etdirən Texniki Pasportun 7- ci hissəsi "Методика пересчета объема газа при рабочем состоянии к стандартным условиям") vasitəsi ilə korreksiya olunaraq (Ѵвт korereksiyaѴolunmuşѴhəcm)ѴstandartѴşəraitəѴgətirilir.Ѵ
2. **/****-***** nömrəli aktda qeyd edilən göstəricilər arasında fərqin olması sərfiyyata təsirѴedirmi?Ѵ Cavab: Göstəricilər arasında fərqin olması sərfiyyata təsir etmir. Belə ki 29/1640- ***** nömrəli aktda qeyd edilmiş "göstəricilər arasında fərq" VMT (korreksiya olunmamış göstərici) və mexaniki göstəricilər arasındakı fərq nəzərdə tutulur. Eyni zamanda, aktda göstərilən "Vr korreksiya olunmamış göstərici mexaniki göstəricidən 172 m³ coxdur" cümləsi onuѴgöstərirѴki,ѴelektronѴhissədəѴsərfiyyatdanѴkənarѴolaraqѴqazѴhəcmiѴqeydəѴalınmışdır.Ѵ
3. 29/1640-03528 nömrəlı aktda qeyd edilən pərin səslə işləməsi sayğacın qüsurlu olmasıѴdeməkdirmiѴvəѴsayğacınѴsərfiyyatınaѴtəsirѴedirmi? Cavab: IB-nin Metrologiya Departamentinin **/****-***** nömrəli aktında qeyd edilmiş yoxlama nəticələrinə əsasən "pərin səslə işləməsi yalnız minimal sərfiyyatda (Qmin=32 m³/saat) təsir edir (hesabat aparmır), lakin maksimal (Qmax=650 m³/saat) və nominal (Qnom=400Ѵm³/saat)ѴsərfiyyatlardaѴsayğacѴqüsursuzѴişləyir.Ѵ 4.ѴMübahisəliѴdövrlərdəѴqazѴsayğacıѴtexnikiѴcəhətdənѴişləkѴolubmu? Cavab: Bəli. İB tərəfindən mübahisəli dövrlərdə (sayğac istismar edildiyi müddətdə) qaz paylayıcısı tərəfindən keçirilmiş baxışlar zamanı sayğacda texniki cəhətdən qüsur və yaѴişləkѴvəziyyətdəѴolmamasıѴbarədəѴsənədѴtəqdimѴedilməmişdir.Ѵ 5.ѴFaktikiѴqazѴistehlakıѴhansıѴhəcmdəѴolmuşdur? Cavab: **/****-***** nömrəli akta əsasən ##.##.2022-ci il tarixdən ##.##.2022- ci il tarixədək (6066540m³-5553115 m³=513425 m³) 513425 m³ qaz həcmi istehlak olunduğu qeydѴolunmuşdur. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X6 Agentliyinin Kürdəmir filialının mütəxəssisi X2 ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında qaz sərfinin istixananın sərfiyyatına uyğun hesablandığını, qazın təzyiqinin sərfiyyata təsir etmədiyini, sayğacın işlək vəziyyətdə olduğunu, iddiaçı2 İstehsalat BirliyiѴtərəfindənѴborcunѴdüzgünѴhesablandığınıѴbildirmişdir.
Göründüyü kimi, ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, qətnamədən ilkinѴiddiaѴüzrəѴcavabdehѴnarazıѴqalaraqѴapellyasiyaѴşikayətiѴvermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Mövcud halda iddiaçı2 ilə iddiaçı1 şirkəti arasında qazın istifadəsinə dair müqavilə bağlanmış, lakin borc yaranan dövrdə sahə Bağırov Raminə icarəyə verilmiş və qazı faktiki olaraq istifadə edən şəxs məhz Bağırov Ramin olmuşdur. Bu o deməkdir ki, iddiaçı2 ilə bağlı öhdəlik faktiki istifadəçi olan Bağırov Raminin üzərinə düşür, çünki qaz onun tərəfindən istehlak edilmişdir. MM-in 385.1-ci maddəsinin mənasından göründüyü kimi, kreditor öhdəliyin icrasını məhz borcu yaradan hərəkəti edən, yəni qazı istifadə edən şəxsdən tələb etməlidir. Belə olan halda iddiaçı2 borcu iddiaçı1 MMC-dən deyil, faktiki istifadəçi kimi birbaşa Bağırov Ramindən tələb etməli idi. iddiaçı1 MMC isə həmin dövrdə sahədə fəaliyyət göstərmədiyindən və qazı istifadə etmədiyindən MM-in 385.1-ci maddəsi üzrə borclu mövqeyində çıxış edə bilməz və ona qarşı irəli sürülən tələb həmin maddənin tələblərinə ziddir. Bundan başqa, MPM-in 217-ci maddəsinin tələblərinə baxmayaraq, məhkəmə iddiaçı1 MMC tərəfindən təqdim edilmiş, borcun özünə aid olmadığını və sahənin həmin dövrdə Bağırov Raminə icarəyə verildiyini təsdiq edən icarə müqaviləsini nə qiymətləndirmiş, nə ona istinad etmiş, nə də onun rədd edilməsinin hüquqi əsaslarını göstərmişdir. Həmin sənəd tərəflərin hüquqi münasibətini birbaşa müəyyənləşdirən mühüm sübut olduğu halda nəzərə alınmamış, nəticədə qətnamə natamam və birtərəfli qiymətləndirilmiş materiallar əsasında qəbul edilmişdir. Eyni zamanda, məhkəmə MM-in 385.1-ci maddəsini faktiki vəziyyətə tətbiq etməmiş, kimin borclu olduğunu hüquqi cəhətdən düzgün müəyyənləşdirməmişdir. Bundan əlavə, məhkəmə borcun yarandığı dövrdə sahənin iddiaçı1 MMC-nin, yoxsa Bağırov Raminin istifadəsində olduğunu, qazın faktiki olaraq kim tərəfindən istehlak edildiyini, icarə müqaviləsinin qüvvədə olduğu dövrü və həmin icarə münasibətinin iddiaçı2 ilə olan öhdəliyə təsirini araşdırmamışdır. Məhkəmənin iddiaçı1 MMCni borclu hesab etməsi üçün kifayət qədər sübut mövcud olmamış, icarə müqaviləsi qiymətləndirilməmiş və borcun məhz iddiaçı1 MMC-nin fəaliyyəti nəticəsində yarandığını təsdiq edən konkret sübut təqdim edilməmişdir. Halbuki iş materiallarından göründüyü kimi, sözügedən halı sübut edən icarə müqaviləsi elektron məhkəmə sisteminə əlavə olunmuş, borc yaranan dövrdə sahə Bağırov Raminə icarəyə verilmiş və qazı faktiki istifadə edən şəxs də məhz o olmuşdur. Buna baxmayaraq, məhkəmə iddiaçı1 MMC-ni borclu kimi qəbul etmiş, buѴisəѴişinѴrealѴhallarınaѴuyğunѴgəlməyənѴnəticəѴolmuşdur.
Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2018-ci il tarixli AMX*-**** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı2 İstehsalat Birliyi istehlakçını təbii qazla təmin etməyi, iddiaçı1 MMC isə qaz sayğacının göstəricilərinə əsasən hesablanmış qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan abonent saldosu, pretenziya məktubu, ödəniş sənədləri və digər yazılı sübutlarla müəyyən edilir ki, müqavilə üzrə cavabdehin təbii qazdan istifadəyə görə yaranmış borcu mövcud olmuş, həmin borcun bir hissəsi ödənildikdən sonra 45.869,42 manat məbləğində əsas borc qalmışdır.Ѵ
2. Apellyasiya şikayətində əsas dəlil ondan ibarətdir ki, borcun yarandığı dövrdə istixana kompleksi X1 icarəyə verildiyindən qazın faktiki istifadəçisi həmin şəxs olmuş, buna görə də Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəlik iddiaçı1 MMC-yə deyil, faktiki istifadəçiyə aid edilməlidir. Kollegiya həmin dəlili əsaslı hesab etmir. Çünki iş materialları ilə müəyyən olunur ki, iddiaçı2 İstehsalat Birliyi ilə iddiaçı1 MMC arasında ##.##.2018-ci il tarixli qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən qaz paylayıcısı təbii qazla təchiz etmək, istehlakçı isə istehlak etdiyi qazın dəyərini müəyyən edilmiş qaydada ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin tərəfi yalnız iddiaçı1 MMC olduğundan, müqavilədən irəli gələn öhdəliklərin icrasına görə məsuliyyət də məhz həmin hüquqi şəxsin üzərinə düşür. Mübahisəli əmlakın üçüncü şəxsə icarəyə verilməsi müqavilə üzrə kreditor olan iddiaçı2 İstehsalat Birliyi qarşısında mövcud öhdəliyi aradan qaldırmır və borcun başqa şəxsə keçməsi üçün qanunla və ya müqavilə ilə müəyyən edilmiş əsaslar iş materiallarıѴiləѴtəsdiqѴedilmir.
3. Apellyasiya şikayətində Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad edilməsi də əsassızdır. Həmin norma öhdəlik münasibətlərinin ümumi anlayışını müəyyən edir və kreditorun öhdəliyin icrasını borcludan tələb etmək hüququnu təsbit edir. Hazırkı işdə borclu tərəf tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı1 MMC-dir. Faktiki istifadəçinin kim olması müqavilə üzrə öhdəlik daşıyan şəxsi dəyişdirmir. Əgər icarə münasibətlərindən irəli gələn daxili hesablaşmalar mövcuddursa, həmin münasibətlər iddiaçı2 İstehsalat Birliyi ilə müqavilə münasibətlərinə təsir göstərmir və iddiaçı1 MMC zəruri hesab etdiyi halda bu məsələlərləѴbağlıѴmüvafiqѴqaydadaѴicarəçiyəѴqarşıѴtələbѴirəliѴsürməkѴhüququnaѴmalikdir.
4. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi icarə müqaviləsinə qiymət verməmiş və MPM-in 217-ci maddəsinin tələblərini pozmuşdur. Lakin iş materiallarından görünür ki, həmin icarə müqaviləsi məhkəmə tərəfindən tədqiq edilmiş, əsaslandırıcı hissədə onun mövcudluğu ayrıca qeyd edilmişdir. Bununla belə, məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, həmin sənəd mübahisənin həlli üçün həlledici hüquqi əhəmiyyət daşımır. Çünki ##.##.2023-cü il tarixli icarə müqaviləsi yalnız iddiaçı1 MMC ilə Bağırov Ramin arasında bağlanmış mülki-hüquqi razılaşmadır və bu razılaşma iddiaçı2 İstehsalat Birliyinin müqavilədən irəli gələn tələb hüququnu aradan qaldırmır. Məhz buna görə məhkəmənin həmin sənədi tələbin rədd edilməsi üçün əsas hesabѴetməməsiѴMPM-in 88-ciѴvəѴ217-ciѴmaddələrininѴtələblərinəѴziddѴsayılaѴbilməz.
5. Kollegiya apellyasiya şikayətində irəli sürülən sərfiyyatın düzgün hesablanmaması barədə dəlili də əsaslı hesab etmir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Energetika Nazirliyinin tabeliyində X6 Agentliyinin Kürdəmir filialı tərəfindən verilmiş mütəxəssis rəyində sayğacın texniki cəhətdən işlək vəziyyətdə olduğu, elektron və mexaniki göstəricilər arasındakı fərqin sərfiyyata təsir etmədiyi, faktiki istehlak olunmuş qaz həcminin düzgün müəyyən edildiyi və hesablanmış borcun düzgün aparıldığı göstərilmişdir. Mütəxəssis məhkəmə iclasında verdiyi izahatında da qaz sərfiyyatının istixananın fəaliyyətinə uyğun hesablandığını, sayğacın işlək vəziyyətdə olduğunu və iddiaçı2 tərəfindən hesablamanın düzgün aparıldığını təsdiq etmişdir. Apellyasiya şikayətində həmin rəyin elmi və ya hüquqi baxımdan etibarsızlığını göstərən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin məhz xüsusi biliyə əsaslanan mütəxəssis rəyini digər sübutlarla birlikdə qiymətləndirməklə gəldiyi nəticə əsaslı hesab olunmalıdır.
6. Apellyasiya şikayətində borcun iddiaçı1 MMC-yə aid olmaması barədə istinad edilən Mülki Məcəllənin 385.1-ci maddəsi də hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir. Həmin norma öhdəlik münasibətlərinin ümumi anlayışını müəyyən etsə də, konkret hüquq münasibətində borclunun kim olmasını tərəflər arasında bağlanmış müqavilə müəyyən edir. Hazırkı işdə müqavilə üzrə istehlakçı və borclu iddiaçı1 MMC-dir. Müqavilə dəyişdirilməmiş, ləğv edilməmiş, yeni istehlakçı ilə bağlanmamış və abonent dəyişdirilməmişdir. Bu səbəbdən iddiaçı1 MMC-nin öz əmlakını üçüncü şəxsə icarəyə verməsi onu müqavilə üzrə kreditor qarşısındakı öhdəliklərdən azad etmir. Əks yanaşma müqavilələrin məcburiliyi prinsipiniѴpozmuşѴolardı.
7. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı1 MMC özü də ##.##.2025-ci il tarixdə borcun bir hissəsi qismində 9.920 manat məbləğində ödəniş etmişdir. Həmin ödəniş də cavabdehin müqavilədən irəli gələn öhdəliyi qəbul etdiyini təsdiq edən hallardan biri kimi birinci instansiya məhkəməsi tərəfindən düzgün nəzərə alınmışdır. Əgər borcun ümumiyyətlə cavabdehə aid olmadığı iddia edilirdisə, onun bir hissəsinin məhz cavabdeh tərəfindən ödənilməsi apellyasiya şikayətində irəli sürülən mövqenin inandırıcılığını zəiflədir.
8. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, işѴüzrəѴbirinciѴinstansiyaѴməhkəməsininѴqətnaməsiѴdəyişdirilmədənѴsaxlanılmalıdır.ѴѴ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədənѴsaxlayaѴbilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formalѴmülahizələrəѴgörəѴləğvѴediləѴbilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiyaѴşikayətiѴveriləѴbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ciѴmaddələriniѴrəhbərѴtutaraqѴməhkəməѴkollegiyası,
Qət etdi:
İlkin iddia üzrə cavabdeh iddiaçı1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.Ѵ Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsiѴmübahisələndirilənѴhissədəѴdəyişdirilmədənѴsaxlanılsın.Ѵ Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyənѴolunanѴqaydadaѴkassasiyaѴşikayətiѴveriləѴbilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ayѴkeçdikdənѴsonraѴqanuniѴqüvvəyəѴminir.