Məhkəmə qərarları › İş №e-2(3-10)-922/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-922/2026

11.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Valideynlik hüquqlarından məhrum etmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № e-2(3-10)-922/2026 11.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin hakimlәri Sadiqov Zülfüqar Əhmәd oğlu (sәdrlik edәn vә mәruzәçi), Musayev Taleh Valeh oğlu vә X1 ibarәt tәrkibdә, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “valideynlik hüququndan mәhrum edilmә, uşağın himayәyә verilmәsi vә ailә başçısını itirmәyә görә pensiya kartının cavabdehdәn alınması” tәlәbi barәdә iddia әrizәsinin qaytarılması haqqında qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Şәki Apellyasiya Mәhkәmәsinin inzibati binasında (Şәki Mәhkәmә Kompleksindә) apellyasiya qaydasında yazılı icraatda baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN ETDİ: Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı ilә iddiaçı İddiaçı tәrәfindәn ## #### 2026-cı ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә cavabdeh Cavabdeh qarşı verilmiş “valideynlik hüququndan mәhrum edilmә, uşağın himayәyә verilmәsi vә ailә başçısını itirmәyә görә pensiya kartının cavabdehdәnalınması” tәlәbi barәdә iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 149.2.2-ci maddәsinә istinad olunmaqla, hәmin Mәcәllәnin 152.1.1-ci maddәsinә әsasәn geri qaytarılmışdır (hakim Xәyal Bәdәlov). Hәmin qәrardaddan iddiaçı İddiaçı tәrәfindәn “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә şikayәt verilәrәk, Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsi vә iddia әrizәsinin mәhkәmәnin icraatına qәbul edilmәsi barәdә yeni qәrardad qәbul olunması xahiş edilmişdir. Hәmin şikayәt üzrә qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli qәrardadı ilә Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş vә hәmin şikayәt Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269.3-cü maddәsinin tәlәblәrinә uyğun olaraq işlә birlikdә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir (hakim Nәrgiz Babayeva). Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269-cu maddәsinin tәlәblәrinә әsasәn, qәrardadan verilmiş şikayәtә - qәrardadı qәbul etmiş birinci instansiya mәhkәmәsi tәrәfindәn 3 gün müddәtindә yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayәt әsaslıdırsa, hakim qәrardadı dәyişdirir vә ya lәğv edir vә mübahisәyә baxılması üçün tәrәflәrlә birlikdә sonrakı prosessual hәrәkәtlәri yerinә yetirir (maddə 269.2) vә әks tәqdirdә bu şikayәt baxıldıqdan sonra 7 gün müddәtindә işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә, bu Mәcәllәnin 32.5-ci maddәsindә nәzәrdә tutulmuş qaydada aidiyyәt haqqında qәrardaddan şikayәt verildikdә isә hәmin şikayәt bu Mәcәllәnin 403-1.5-ci maddәsinin tәlәblәri izah edilmәklә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verilir vә iş kasasiya instansiyası mәhkәmәsinә göndәrilir (maddə 269.3). Hәmin Mәcәllәnin 397.1-ci maddәsinә әsasәn, Mülki-Prosessual Mәcәllәnin 269.3-cü maddәsindә nәzәrdә tutulmuş әsaslar olduqda mәhkәmәnin qәrardadından verilәn ilkin şikayәt işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәblәrinә görә, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası - Azәrbaycan Respublikası Mülki- Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qәrardaddan verilәn şikayәtә qarşı yazılı etiraz verilmәmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 398-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә, aşağıdakıları etmәk hüququ vardır: - mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk (maddə 398.0.1); qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk (maddə 398.0.2); qәrardadı tam vә ya qismәn lәğv edib, qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk (maddə 398.0.3); qәrardaddan verilmiş şikayәtdәn imtina olunduqda, apellyasiya icraatına xitam vermәk (maddə 398.0.4). Mәhkәmә kollegiyası, şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmәli vә aşağıda tәsvir olunanlara әsasәn iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “valideynlik hüququndan mәhrum edilmә, uşağın himayәyә verilmәsi vә ailә başçısını itirmәyә görә pensiya kartının cavabdehdәn alınması” tәlәbi barәdә iddia әrizәsinin geri qaytarılmasına dair qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e- *(*-***)-***/**** nömrәli qәrardadı tam lәğv edilәrәk, hәmin iddia әrizәsinin icraata qәbulu mәsәlәsinin birinci instansiya mәhkәmәsindә yenidәn müzakirәsi mәqsәdilә e-*(*-***)- ***/**** nömrәli mülki iş materialları Ucar Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Belə ki, iş materialları və iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, iddiaçı İddiaçı ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh qarşı “valideynlik hüququndan məhrum edilmə, uşağın himayəyə verilməsi və ailə başçısını itirməyə görə pensiya kartının cavabdehdən alınması” tələbinə dair iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ## ### 2019-cu il təvəllüdlü X2 münasibətdə valideynlik hüququndan məhrum edilməsi, ## ### 2019-cu il təvəllüdlü nəvəsi X2 onun himayəsinə verilməsi, ## ### 2019-cu il təvəllüdlü X2 verilən ailə başçısını itirməyə görə pensiya kartının cavabdeh Cavabdeh alınaraq ona verilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının və 50 manat ilkin mediasiya sessiyası xərcinin cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı ilә iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “valideynlik hüququndan mәhrum edilmә, uşağın himayәyә verilmәsi vә ailә başçısını itirmәyә görә pensiya kartının cavabdehdәn alınması” tәlәbinә dair hәmin iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 149.2.2-ci maddәsinә istinad olunmaqla, hәmin Mәcәllәnin 152.1.1-ci maddәsinә әsasәn geri qaytarılmış vә birinci instansiya mәhkәmәsi hәmin qәrardadında iddia әrizәsinin qaytarılmasını onunla әsaslandırmışdır ki, “... Iddiaçının mәhkәmәyә göndәrdiyi iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr tәdqiq olunarkәn müәyyәn olunmuşdur ki, iddiaçı özünün eynilәşdirmә mәlumatlarını (şәxsiyyәt vәsiqәsinin seriya nömrәsi) iddia әrizәsindә sәhv göstәrmişdir. Belә ki, “Elektron mәhkәmә” informasiya sistemindәn edilmiş çıxarışla müәyyәn olunur ki, İddiaçı şәxsiyyәt vәsiqәsinin seriya nömrәsi 9152539 olduğu halda, iddia әrizәsindә isә 09152539 kimi yazılmışdır.” Lakin, iş materialları vә iş üzrә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetdә olan sәnәd vә mәlumatlarla müәyyәn olunur ki, birinci instansiya mәhkәmәsi “... iddiaçı özünün eynilәşdirmә mәlumatlarını (şәxsiyyәt vәsiqәsinin seriya nömrәsi) iddia әrizәsindә sәhv göstәrmişdir. Belә ki, “Elektron mәhkәmә” informasiya sistemindәn edilmiş çıxarışla müәyyәn olunur ki, İddiaçı şәxsiyyәt vәsiqәsinin seriya nömrәsi 9152539 olduğu halda, iddia әrizәsindә isә 09152539 kimi yazılmışdır” kimi әsaslarla mәlum iddia әrizәsini geri qaytarmaqda tamamilә haqsız olmuşdur. Çünki, “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetdә yerlәşdirilmiş hәmin iddia әrizәsinin Giriş hissәsindә (“Tәrәflәr” bölmәsindә) Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 149.2.2-ci maddәsindә nәzәrdә tutulan iddiaçı İddiaçı vә cavabdehә aid mәlumatlar, o cümlәdәn dә ünvanı vә s. düzgün qeyd olunmaqla yanaşı, iddia әrizәsinin mәzmununda da proses iştirakçılarının hәmin maddә ilә nәzәrdә tutulan mәlumatları tәkrarәn göstәrilmişdir. Lakin, elektron qaydada tәrtib edilmiş iddia әrizәsinin Giriş hissәsindә (“Tәrәflәr” bölmәsindә) iddiaçı İddiaçı şәxsiyyәt vәsiqәsinin seriya nömrәsinin “AZE 9152539” kimi, mәzmununda isә “AZE 09152539” kimi qeyd olunması – heç bir halda Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 149.2.2-ci maddәsinin tәlәblәrinin pozulması kimi qiymәtlәndirilәrәk, hәmin maddәyә istinad olunamaqla iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “valideynlik hüququndan mәhrum edilmә, uşağın himayәyә verilmәsi vә ailә başçısını itirmәyә görә pensiya kartının alınması” tәlәbi barәdә iddia әrizәsinin geri qaytarılması әsası ola bilmәzdi. Eyni zamanda, mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, elektron qaydada "AZEMIS" Elektron Mәhkәmә Informasiya Sistemindәki mәlumatlar әsasında hazırlanmış mәlum iddia әrizәsinin Giriş hissәsindә (“Tәrәflәr” bölmәsindә) iddiaçı İddiaçı şәxsiyyәt vәsiqәsinin seriya nömrәsinin “AZE 9152539” kimi qeyd olunmasına baxmayaraq, iddia әrizәsinә әlavә edilәrәk mәhkәmәyә tәqdim edilәn hәmin şәxsә mәxsus ##.##.2011-ci il tarixindә Ucar RPŞ tәrәfindәn verilmiş şәxsiyyәt vәsiqәsindә isә hәmin sәnәdin nömrәsi “AZE № ********” kimi qeyd olunmuşdur. Halbuki, iddia әrizәsinin "AZEMIS" Elektron Mәhkәmә Informasiya Sistemindәki mәlumatlar әsasında elektron qaydada hazırlanan Giriş hissәsindә (“Tәrәflәr” bölmәsindә) şәxsiyyәt vәsiqәsinin qeyd olunan nömrәsi ilә iş materiallarına әlavә etdiyi şәxsiyyәt vәsiqәsinin nömrәsinә uyğun olaraq iddiaçının iddia әrizәsinin mәzmununda qeyd olunan nömrә arasında “bir rәqәm fәrqi” ilә müәyyәn olunan xüsusatın sәbәblәrinin mәhkәmәnin özü tәrәfindәn araşdırılmasının mümkünlüyü ilә yanaşı, bu fәrqә görә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 149.2.2-ci maddәsinә istinad olunmaqla iddia әrizәsinin qaytarılması tamamilә әsassız olmuşdur. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 149.2.2-ci maddәsinә әsasәn, iddiaçının, onun nümayәndәsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin vә işdә iştirak edәn digәr şәxslәrin, şahidin vә mәhkәmә iclasına dәvәt etmәk istәdiyi digәr şәxslәrin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şәxsiyyәti eynilәşdirmәyә imkan verәn digәr mәlumatlar, yaşayış yeri vә ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istәnildiyi digәr ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrәlәri, o cümlәdәn mobil telefon nömrәlәri, elektron poçt ünvanı, cavabdehin vә işdә iştirak edәn digәr şәxslәrin eynilәşdirmә mәlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstәrilmәlidir. Hәmin Mәcәllәnin 152.1.1-ci maddәsinә әsasәn, iddia әrizәsinin Mülki-Prosessual Mәcәllәnin 149-cu maddәsi ilә müәyyәn olunmuş formasına vә mәzmununa riayәt edilmәdikdә vә ya bu Mәcәllәnin 150.1.1-ci maddәsindә göstәrilәn sәnәdlәr iddia әrizәsinә әlavә edilmәdikdә - iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılır. Göründüyü kimi, işin yuxarıda qeyd olunan konkret hallarına və qanunvericiliyin tələblərinə əsasən müəyyən olunur ki, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadında qeyd olunan əsaslarla – birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması əsaslı olmamışdır. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 2-ci maddәsinin tәlәblәrinә görә, mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının vәzifәlәri hәr bir fiziki vә yaxud hüquqi şәxsin Azәrbaycan Respublikasının Konstitusiyasından, qanunlarından vә digәr normativ hüquqi aktlarından irәli gәlәn hüquq vә mәnafelәrinin mәhkәmәdә tәsdiq olunmasıdır (maddə 2.1) vә mülki mәhkәmә icraatı qanunçuluğun vә ictimai qaydanın bәrqәrar edilmәsinә, vәtәndaşların qanunlara dönmәdәn hörmәt ruhunda tәrbiyә edilmәsinә rәvac verir (maddə 2.2). Hәmin Mәcәllәnin 4.1-ci maddәsinә әsasәn, bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda təsvir olunanlara əsasən belə nəticəyə gəlir ki, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli və Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadı tam ləğv edilərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “valideynlik hüququndan məhrum edilmə, uşağın himayəyə verilməsi və ailə başçısını itirməyə görə pensiya kartının cavabdehdən alınması” tələbi barədə iddia ərizəsinin icraata qəbulu məsələsinə birinci instansiya məhkəməsində yenidən baxılmalıdır. Azәrbаycаn Respublikаsı Mülki-Prosessuаl Mәcәllәsinin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 149-152, 263, 264, 395-399, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDİ: Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “valideynlik hüququndan mәhrum edilmә, uşağın himayәyә verilmәsi vә ailә başçısını itirmәyә görә pensiya kartının cavabdehdәn alınması” tәlәbi barәdә iddia әrizәsinin geri qaytarılmasına dair qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrәli qәrardadı tam lәğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “valideynlik hüququndan mәhrum edilmә, uşağın himayәyә verilmәsi vә ailә başçısını itirmәyә görә pensiya kartının cavabdehdәn alınması” tәlәbi barәdә iddia әrizәsinin icraata qәbulu mәsәlәsinin birinci instansiya mәhkәmәsindә yenidәn müzakirәsi mәqsәdilә e-*(*-***)-***/**** nömrәli mülki iş materialları Ucar Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrаrdаd çıxarıldığı andan qаnuni qüvvәyә minir vә qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver