Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4377/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X9 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı iddiaçı2 cavabdeh “xxxx” X2rşı “X3 iddiaçının təqdim etdiyi təhsil sənədlərinə və diplom məlumatlarına lazımi hüquqi qiymət verməməsinin, müraciətlər üzrə əsassız imtina edilməsinin qanunsuz hesab edilməsi, sənədlərin yenidən və tam araşdırılması və müvafiq inzibati hərəkətlərin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Iddiaçı iddiaçı2 cavabdeh “xxxx” X2rşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, X3 imtina cavablarının qanuniliyi və əsaslılığının yoxlanılması, diplom və digər təhsil sənədlərinin tam və obyektiv araşdırılmamasının və yalnız texniki səbəblərə əsasən imtina edilməsinin qanunsuz hesab edilməsi, təqdim edilmiş bütün diplom və təhsil sənədlərinin yenidən və hərtərəfli araşdırılması, diplomların həqiqiliyinin və təhsil məlumatlarının müvafiq məlumat bazaları və digər qanuni mənbələr əsasında yoxlanılması, zərurət olduqda müvafiq təhsil müəssisələrindən və digər aidiyyəti dövlət orqanlarından məlumatların tələb edilməsi, sənədlərin qanuni tələblərə uyğun olduğu müəyyən edildikdə onların müvafiq müraciət, imtahan və müsabiqələrdə iştirak hüququ baxımından nəzərə alınması, müraciətlərə formal və texniki əsaslarla deyil, sənədlərin mahiyyəti və hüquqi qüvvəsi nəzərə alınmaqla yenidən baxılması, əvvəlki elektron və yazılı müraciətlərin, cavabların və sistemdə yüklənmiş sənədlərə dair məlumatların məhkəməyə təqdim edilməsi, sənədlər tam araşdırılmadan və həqiqiliyi yoxlanılmadan yalnız texniki səbəblərlə mənfi qərar qəbul edilməsinin qanunsuz və əsassız hesab edilməsi, iddiaçının qanunla qorunan hüquq və maraqlarının bərpa edilməsi üçün müvafiq inzibati hərəkətlərin həyata keçirilməsi və məhkəmə xərclərinin qanunvericiliyə uyğun həll edilməsini xahiş etmişdir. Iddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı2 uzun müddətdir X3 müxtəlif müraciətlər edərək öz təhsil sənədlərini, diplomlarını və müvafiq kvalifikasiyasını təqdim etmişdir. Müraciətlərinin əsas məqsədi təqdim etdiyi rəsmi təhsil sənədlərinin və diplomların X3 tərəfindən tam, obyektiv və qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması, həmin sənədlərdə əks olunan məlumatların düzgün qiymətləndirilməsi və onun müvafiq imtahanlarda, müsabiqələrdə və qanunvericiliklə nəzərdə tutulmuş digər prosedurlarda iştirak etmək hüququnun əsassız şəkildə məhdudlaşdırılmaması olmuşdur. Onun tərəfindən cavabdeh X3 təqdim edilmiş diplomların və digər təhsil sənədlərinin elektron surətləri sistemə yüklənmiş, lakin həmin sənədlərin arxa tərəfinin sistemdə görünməməsi və ya texniki formada tam əks olunmaması səbəbindən müraciətlərinə mənfi cavablar verilmişdir. Halbuki təqdim etdiyi sənədlərin əsli mövcud olmuş və həmin sənədlərin həqiqiliyinin, verilmə tarixinin, təhsil müəssisəsinin, ixtisasın, kvalifikasiyanın və digər məlumatların müvafiq qaydada yoxlanılması mümkün olmuşdur. Onun fikrincə, yalnız elektron sistemə yüklənmiş sənədin müəyyən hissəsinin texniki baxımdan görünməməsi həmin sənədin hüquqi qüvvəsini və onun araşdırılması imkanını avtomatik olaraq aradan qaldırmamalıdır. X3 publik hüquqi şəxs olaraq dövlət əhəmiyyətli funksiyaları həyata keçirir və dövlət qulluğu üçün kadrların seçilməsi, müxtəlif qəbul və imtahan proseslərinin təşkilində səlahiyyətlərə malikdir. X3 yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin ## ##### 2016-cı il tarixli *** nömrəli Fərmanı ilə Mərkəz publik hüquqi şəxs kimi yaradılmışdır. Hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim etdiyi sənədlərin tam və obyektiv araşdırılmaması, sənədlərin həqiqiliyinin digər qanuni üsullarla yoxlanılmasının təmin edilməməsi və nəticədə ona əsassız imtina verilməsi hüquqlarını və qanunla qorunan maraqlarını pozur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iddia ərizəsini qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olduğunun iddiaçıya izah edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası “Inzibati icraat haqqında” Qanununun 2.0.1 və 3.1-ci; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1, 153.2.1, 153.3-153.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, ərizəni nəzərdən keçirərək, hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, mübahisələrin məhkəməyə aidiyyətini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizənin məzmunundan görünür ki, iddiaçı X3 X4 müraciətlərinə verdiyi imtina cavablarını mübahisələndirir. Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “Inzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, hazırkı iş üzrə iddiaçı iddiaçı2 ilə onun cavabdeh qismində göstərdiyi X3 publik hüquqi şəxsi arasındakı münasibətlər xüsusi hüquq sahəsinə deyil, publik hüquq sahəsinə aiddir. Belə ki, X3 publik hüquqi şəxsi dövlət əhəmiyyətli funksiyaları həyata keçirərək iddiaçının təqdim etdiyi diplom və digər təhsil sənədlərini araşdırmış, həmin sənədlərin elektron sistemdə tam əks olunmaması səbəbindən iddiaçının müraciətlərinə münasibətdə imtina cavabları vermişdir. Bununla da cavabdeh qanunla ona həvalə edilmiş səlahiyyətləri həyata keçirməklə hakimiyyət səlahiyyətlərini tətbiq etmişdir. Şərh olunanlara əsasən iddiaçı iddiaçı2 cavabdeh “xxxx” X2rşı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı müəyyən edilir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Iddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X6 tərəfindən qəbul edilmiş, onun “xxxx” X1rşı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina haqqında qərardad ləğv edilməsini; mübahisənin mülki deyil, inzibati xarakter daşıdığının nəzərə alınmasını; onun X3 müraciətləri üzrə verdiyi imtina cavablarının qanuniliyinin və əsaslılığının yoxlanılması, təqdim etdiyi diplom və digər təhsil sənədlərinin tam və obyektiv araşdırılması və cavabdehin üzərinə müvafiq inzibati hərəkətlərin həyata keçirilməsi barədə tələblərinin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunun müəyyən edilməsini, iddia ərizəsinin aidiyyəti üzrə səlahiyyətli inzibati məhkəməyə göndərilməsi və ya qanunvericiliyə uyğun olaraq inzibati məhkəmədə araşdırılmasının təmin edilməsi üçün müvafiq prosessual tədbirin görülməsini, təqdim etdiyi diplomların, təhsil sənədlərinin və onların elektron sistemdə əks olunması ilə bağlı materialların tam araşdırılmasının təmin edilməsini, X3 müraciətlərinə verdiyi imtina cavablarının qanuniliyi və əsaslılığının inzibati məhkəmə tərəfindən araşdırılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarına və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.1-2.2.3, 35.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, müvafiq qərardadla razı deyil və hesab edir ki, qərardad ləğv edilməli, mübahisənin inzibati məhkəmə icraatı qaydasında həll edilməsinin mümkünlüyü təmin olunmalıdır. Məhkəmə qərardadında özü müəyyən etmişdir ki, o X3 X4 müraciətlərinə verdiyi imtina cavablarını mübahisələndirir. Bu hall özü göstərir ki, mübahisə onunla publik hüquq sahəsində fəaliyyət göstərən inzibati orqan arasında yaranmışdır. Onun tələbləri xüsusi hüquq münasibətindən irəli gəlmir. O X3 ilə müqavilə bağlayıb və onunla bərabər hüquqi vəziyyətdə olan xüsusi hüquq subyekti kimi münasibətdə deyil. Əksinə, X3 publik hüquqi şəxs kimi dövlət əhəmiyyətli funksiyaları həyata keçirərək onun təqdim etdiyi təhsil sənədlərinə və diplom məlumatlarına münasibətdə qərar qəbul etmiş, müraciətlərinə cavab vermiş və onun həmin hüquqlardan istifadə etməsinə təsir edən imtina qərarları vermişdir. Onun iddiasında məhz X3 müraciətləri üzrə verdiyi imtinaların qanunsuz hesab edilməsi, təqdim etdiyi təhsil sənədlərinin və diplomların tam və obyektiv araşdırılması və cavabdehin üzərinə müvafiq inzibati hərəkətlərin həyata keçirilməsi öhdəliyinin qoyulması tələb edilir. Bu səbəbdən iddia tələbləri Inzibati Prosessual Məcəllənin 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrində nəzərdə tutulmuş iddia növlərinə tam uyğun gəlir. Hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X6 tərəfindən qəbul edilmiş qərardadla onun işinin məhkəmə aidiyyəti və inzibati məhkəmə müdafiəsi hüququ ilə bağlı prosessual hüquqlarım düzgün təmin edilməmişdir. Onun iddiası da məhz bu hallar əsaslandırılmışdır. Belə ki, X3 təqdim etdiyi diplom və digər təhsil sənədlərinin əsli mövcud olduğu halda, sənədlərin elektron sistemə yüklənməsi zamanı arxa tərəfin tam görünməməsi və ya texniki səbəblər əsas gətirilərək müraciətlərinə mənfi cavab verilmişdir. O məhkəmədən həmin imtinaların qanuniliyinin və əsaslılığının yoxlanılmasını, təhsil sənədlərinin tam və obyektiv araşdırılmasını və qanunvericiliyə uyğun inzibati hərəkətlərin həyata keçirilməsini tələb edirəm. Bu tələblər öz mahiyyətinə görə mülki hüquq mübahisəsi deyil, publik hüquq münasibətlərindən irəli gələn inzibati mübahisədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015ci il tarixli * nömrəli Qərarında da göstərilmişdir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olub-olmaması müəyyən edilməlidir. Həmin hüquqi mövqeyə əsasən, inzibati orqan hakimiyyət səlahiyyətlərini həyata keçirərək fiziki şəxsin publik hüquq sahəsində hüquq və maraqlarına təsir edən qərar qəbul etdikdə, həmin münasibətdən yaranan mübahisə inzibati xarakter daşıyır. Hazırkı işdə də X3 təqdim etdiyi təhsil sənədlərini araşdırmaq və müraciətlərinə münasibət bildirmək səlahiyyətini publik hüquq subyekti kimi həyata keçirmişdir. Ona görə də mübahisənin inzibati məhkəməyə aid olması üçün qanuni əsaslar mövcuddur. Qərardadın nəticə hissəsində ona “aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ” izah edilmişdir. Bu hal faktiki olaraq mübahisənin inzibati xarakter daşıdığının məhkəmə tərəfindən də qəbul edildiyini göstərir. Lakin hesab edir ki, işin mülki məhkəmədə qəbul edilməsindən imtina edilməklə yanaşı, iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu nəzərə alınaraq onun hüququnun effektiv müdafiəsini təmin edən prosessual qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini təmin etmək dövlətin borcudur. Bu səbəbdən mənim X3 qərar və imtinalarından məhkəmə qaydasında müdafiə hüququm təmin edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “Inzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.1. IPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.15.2. Bu zaman nəzərə alınmalıdır ki, IPM-in 8.2ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə IPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi IPM-də nəzərdə tutulmamışdır15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.16.1. Inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. 16.2. Inzibati məhkəməyə verilmiş iddia ərizəsindəki tələblərdən birinə inzibati məhkəmə icraatı, digərinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iddianın mülki tələbə dair hissəsi mümkün sayılmamalı, iddiaçıya mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.16.3. Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 16.4. Bir-biri ilə əlaqədar olan və bir iddiada birləşdirilən mülki və kommersiya mübahisələri üzrə tələblərin aidiyyəti MPM-in 30-cu maddəsinə əsasən həll edilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki şikayətin dəlilləri əsassızdır. Qərardad maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Şikayətçinin xxxx X1rşı irəli sürdüyü tələblər publik hüquq münasibətindən irəli gəldiyindən və həmin tələb üzrə cavabdeh inzibati orqan kimi xxxx çıxış etdiyindən mübahisəyə mülki məhkəmə icaatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Şikayətin dəlilləri ilə bu qənaət mübahisələndirilməsə də işin müvafiq inzibati məhkəməsinə göndərilməsi istəyinin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, iddia ərizəsi icraata qəbul edilmədiyindən işin müqəddəratı ilə bağlı prosessual hərəkətlərin aparılması yolverilməzdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-2(3-6)-4377/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4377/2026
21.09.2026 · Digər - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver