Məhkəmə qərarları › İş №e-2(3-9)-852/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-852/2026

28.07.2026 · Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-852/2026 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, İmişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ## #### 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 1690 manat gecikdirilmiş borcun, 270.40 manat cərimə borcunun və 40.01 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Lətafət Ağakişiyeva) iddianın qismən təmin edilməsi; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## #### 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 1690 manat əsas, 27,40 manat cərimə borcu olmaqla, ümumilikdə 1717.40 manat məbləğdə pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,80 manatın Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki iş materialları # #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərardadla apellyasiya mümkün hesab edilmişdir. İşin apellyasiya məhkəmə baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinə ## #### 2026-cı il tarixdə İmişli Rayon Məhkəməsi tərəfindən məktub daxil olmuşdur. Adıçəkilən məktubla qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması məsələsinə baxılması üçün mülki işin baxışdan çıxarılıb İmişli Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda mülki işin göndərilməsi ilə bağlı İmişli Rayon Məhkəməsi tərəfindən müvafiq müraciət olduğundan, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə ## #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apellyasiya baxışından çıxarılmaqla İmişli Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 13.4-cü maddəsinin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 384, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)- ***/**** saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılsın. İmişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması məsələsinə baxılması üçün mülki iş materialları İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver