Məhkəmə qərarları › İş №e-3(3-6)-2321/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-3(3-6)-2321/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-3(3-6)-2321/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına ## #### 2026-cı il tarixdə Səbail RPİ-nin DYPŞ-dən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin ## ###### 2025-ci il tarixli EQ seriyalı ******** nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay keçməsinə baxmayaraq həmin cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində Səbail rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə ## #### 2026-cı il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Azərbaycan Respublikası İXM-nin 153.2-ci maddəsinə əsasən hazırkı qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində sürücülük vəsiqəsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinə təqdim etməli olduğu, əks təqdirdə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinə əsasən nəqliyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin axımının dayandırılacağı, müddətin axımı sürücülük vəsiqəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayacağı izah edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə Azərbaycan Respublikası İXM-nin 152.2-ci maddəsinə əsasən sürücülük vəsiqəsinin alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan Şöbəsinin sürücülük hüququndan məhrum edilənlərin kartotekasında qeydə alınması təmin edilməsi qərara alınmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmçinin inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəsatəti əsasında xitam veriləcəyi, habelə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda və ya bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, alınmış sənədlərin ona qaytarılacağı izah edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət vermişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iş materiallarında mövcud olan ziddiyyətlər, rəsmi sənədlərdəki uyğunsuzluqlar, hadisə yerinin sonradan dəyişdirilməsi, sübutların əldə edilmə qaydasının göstərilməməsi, foto və video materialların qanuni mənbəyinin müəyyən edilməməsi, habelə təqdim etdiyim sübutların qiymətləndirilməməsi vəzifəli şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178; 193.1; 308-309; 313 və 320-ci maddələrində nəzərdə tutulmuş cinayət əlamətlərinin olub-olmaması barədə əsaslı şübhələr yaradır. Qanunvericilikdə nəzərdə tutulmayan hər hansı ödənişin və ya cərimənin tətbiqi isə Konstitusiyanın 71-ci maddəsinə, “Hüquqi aktlar haqqında” Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinə, eləcə də İnzibati Xətalar Məcəlləsinin 4 və 9-cu maddələrinə ziddir. “Mədəniyyət haqqında” Qanunun 39-cu maddəsi-dövlət mədəni irs obyektlərində yaşayan insanların hüquqları və sosial şəraiti qorunmalıdır. AR.İXM-n, 100-cü maddəsinə: Protokol tərtib edilmədən inzibati cərimə yazıla bilməz. Protokol yoxdursa, cəza etibarsızdır. Azərb.Respub. İXM-n, 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 4. “Saxta fotoşəkillər dövlət sisteminə yerləşdirilir” AR. İXM-n, 96 və 97-ci maddələrində İnzibati xətanın sübutu yalnız.rəsmi texniki vasitələr, qanuni radarlar, xüsusi avadanlıq ilə toplanmış materiallar ola bilər. Mobil telefonla çəkilən şəkillər sübut deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinin tələblərinə uyğun xüsusi qərardad çıxarılsın və materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti prokurorluq orqanına göndərilsin.. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə onların iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarın qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli EQ seriyalı ******** nömrəli qərarından görünür ki, İçərişəhər 3-cü M.Maqomayev döngəsində ## ###### 2025-ci il tarixində saat 17:50-də Mercedes 240 minik markalı **SP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Giriş qadağandır” yol nişanının tələblərini pozduğundan Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X1 İnternet Portalından çıxarışın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs EQ seriyalı ******** nömrəli inzibati xəta haqqında iş üzrə qərarla ona təyin edilmiş cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 60 (altmış) manat məbləğində dəbbə pulu hesablanmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödəməli olduğu ümumi məbləği 160 (yüz altmış) manat təşkil etmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş və real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. “AsanPay” internet portalından çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ###### 2025-ci il tarixli EQ seriyalı ******** nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay keçməsinə baxmayaraq həmin cəriməni ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhdudlaşdırması növündə inzibati tənbeh tətbiq edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq və özünümüdafiə xarakteri daşıyır. Odur ki, apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Təyin edilmiş inzibati tənbehlə bağlı məhkəmə qeyd edir ki, şikayətçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında inzibati tənbeh kimi yalnız bir inzibati tənbeh növü “nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması” nəzərdə tutulmuşdur və birinci instansiya məhkəməsinin hakimi şikayətçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaya görə təyin etdiyi həmin tənbeh növünü ən minimum həddində müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar