Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-3(3-6)-2427/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh vermə haqqında qərarla IXMin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 529.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında (IXP ******* saylı, ##.##.2026-cı il tarixli) qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə) ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verib şikayətinin təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov RPI DYPŞ əməkdaşları tərəfindən barəmdə alkaqollu sərxoşluq iddiası ilə protokollar tərtib olunmuşdur. Lakin saxlanıldıqdan dərhal sonra tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində rəsmi tibbi müayinədən keçirilmişəm. Narkoloji mərkəzin ##.##.2026 - cı il tarixli, */**** saylı X1 əsasən ( saat 16:47 - də ) nəfəs havasında alkoqolun midarı 0.000 olmuş və rəsmi olaraq "Ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur" rəyi verilmişdir. Sübuta yetirilməmiş inzibati xətaya görə cərimə və ya tənbeh tətbiq edilə bilməz. Polisin hərəkətlərindəki məntiqi və hüquqi zidiyyət: Inzibati Xətalar Məcəlləsinin tələblərinə görə, sərxoş vəziyyətdə olan sürücü dərhal nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılmalı və avtomobil mühafizə olunan duracağa yerləşdirilməlidir. Lakin polis əməkdaşları protokolu tərtib etdikdən dərhal sonra ona avtomobili idarə edərək getməyə icazə vermişlər. O, elə həmin avtombillə birbaşa Respublika Narkoloji Mərkəzinə gedərək test vermişdir. Əgər o, polis əməkdaşının iddia etdiyi kimi sərxoş idisə, hansı hüquqi və məntiqi əsasla nəqliyyat vasitəsini idarə edib getməyinə icazə verilmişdir? Bu faktın özü polisin "sərxoşluq" iddiasının yalan və qərəzli olduğunu təkzibedilməz şəkildə sübut edir. Qanunsuz cəriməyə görə tənbeh tətbiq edilməsinin yolverilməzliyi: Əsas inzibati xəta ( sərxoşluq iddiası) rəsmi tibbi rəylə tam təkzib olunduğu halda, həmin qanunsuz protokoldan irəli gələn cərimənin ödənilməməsinə görə IXM - in 529.3 cü maddəsi ilə məsuliyyətə cəlb olunmağı və sürücülük hüququnun məhdudlaşdırılması hüquqaziddir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şikayət müəllifi apellyasiya şikayətinin dəlili qismində IXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilmədiyini qeyd etmişdir. Məhkəmə nəzərə alır ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş inzibati tənbeh vermə haqqında qərar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mübahisələndirilməmişdir və qüvvədədir. Belə olan halda, onun Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan xətanı törətməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 529.3-cü maddəsi ilə tənbeh etmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növünü minimal həddə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası IXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №e-3(3-6)-2427/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-3(3-6)-2427/2026
10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver