Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-3(3-6)-2541/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntizar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntizar oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Mercedes Benz C300 Minik» markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntizar oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarına (hakim Fuad Axundov) əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntizar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntizar oğlu tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. Daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntizar oğlu ərizə ilə məhkəməyə müraciət edərək, verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. 390.4-cü maddəsinə əsasən bu məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntizar oğlu tərəfindən məhkəməyə təqdim edilmiş şikayətin geri qaytarılması haqqında ərizəni nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından verilmiş şikayətə baxılmasına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 132 və CPM-in 390- 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İntizar oğlu tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin. Qərardad qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-3(3-6)-2541/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-3(3-6)-2541/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver