Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-3(3-6)-2683/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X2, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında tərtib edilmiş ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 529.3-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ilə inzibati xətanın törədilmə yerinin şəxsin yaşayış ünvanı hesab edilməli olması səbəbilə baxılması üçün aidiyyəti üzrə ünvan 1əhkəməsinə göndərilməsi qərara alınmışdır. ünvan 1əhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ilə isə Nizami Rayon Məhkəməsinin qeyd olunan qərardadında göstərilən əsasların məhkəmə aidiyyətini qəti müəyyən etməyə kifayət etmədiyi, iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nizami rayonunda yaşayış ünvanının olması barədə məlumatların mövcud olduğu, 529.3-cü maddədə nəzərdə tutulan inzibati xətanın törədilmə yerinin avtomatik olaraq şəxsin qeydiyyat ünvanı ilə eyniləşdirilməsinin düzgün olmadığı qeyd edilərək, məhkəmələr arasında yaranmış fikir ayrılığının həlli üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Materialı nəzərdən keçirərək hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair materiala ərazi aidiyyəti üzrə ünvan 1əhkəməsində baxılmalıdır. Belə ki, inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə EQ ******** nömrəli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Nəticədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. IXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Baxılan material üzrə törədilməsi ehtimal olunan IXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizlik formasında həyata keçirildiyi üçün onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab olunur. Bu baxımdan, hazırkı inzibati xətanın törədildiyi yerin müəyyən edilməsində həmin inzibati xətanın törədildiyi vaxt barəsində icraat aparılan şəxsin yaşayış yeri əsas götürülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsilə əldə olunmuş məlumatlara əsasən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeydiyyat ünvanı ünvan 2 11, mənzil 2 ünvanıdır. Belə olan halda, IXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətsizliyin baş verdiyi vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşayış yerinin Bakı şəhəri Qaradağ rayonu ərazisində olması nəzərə alınaraq, hazırkı inzibati xəta haqqında materiala ünvan 1əhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edirəm ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə ünvan 1əhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №e-3(3-6)-2683/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-3(3-6)-2683/2026
18.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver