Məhkəmə qərarları › İş №e-3(3-6)-2936/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-3(3-6)-2936/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-3(3-6)-2936/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kazımov İbniamin Hilal oğlunun iştirakı ilə, Kazımov İbniamin Hilal oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Kazımov İbniamin Hilal oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kazımov İbniamin Hilal oğlu ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə Nərimanov Rayon Polis İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə (hakim Tural Musayev) Kazımov İbniamin Hilal oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kazımov İbniamin Hilal oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən iş materialları kifayət qədər araşdırılmamış, nəticə etibarilə də əsassız və qanunsuz qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin sözügedən qərarı qanunsuz, əsassızdır və işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmaması nəticəsində çıxarılmışdır. Məhkəmə qərarından görünür ki, işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada, vaxtında və rəsmi xəbərdarlıq edilməmiş, nəticədə İXM-in 76.1-ci və 84.1-ci maddələrində nəzərdə tutulmuş özünü müdafiə etmək, izahatlar və sübutlar təqdim etmək, hüquqi yardım almaq imkanından məhrum olunmuşdur. Bundan başqa, məhkəmə tərəfindən İXM-in 9.1, 12, 21 və 31.2-ci maddələrinin tələbləri formallıq naminə sadalanmış, lakin faktiki olaraq nəzərə alınmamışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin məhkəmə nə ilk dəfə barəsində belə bir halın baş verməsini, nə şəxsiyyətini, nə də digər mühüm obyektiv səbəbləri nəzərə almamışdır. Məsuliyyətini ağırlaşdıran heç bir hal olmadığı halda birbaşa ən ağır tənbeh növü olan sürücülük hüququnun məhdudlaşdırılması cəzasının seçilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. Aprel ayında tərtib edilmiş cərimə protokolu üzrə müvafiq bildirişin tam və vaxtında çatdırılıb-çatdınlmaması, eləcə də ödənişlə bağlı yarana biləcək çətinliklər araşdırılmadan birbaşa sürücülük hüququndan məhrumetmə tənbehinin tətbiq edilməsi yenə də məhkəmənin işə ədalətlə yanaşması prinsipinə cavab vermir. Məhkəmə baxışı zamanı Kazımov İbniamin Hilal oğlu apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Hazırkı məhkəmədə baxılan məsələnin mahiyyəti şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirinin olub-olmaması məsələsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Apellyasiya icraatı zamanı təqdim edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, “EQ” seriyalı “35306794” nömrəli protokol üzrə dəbbə pulu ilə birlikdə 64 manat məbləğində cərimə ##.##.2026-cı il tarixdə İbniamin Kazımov tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi şəxsin İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olmuş Nərimanov Rayon Polis İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Kazımov İbniamin Hilal oğlu barəsində tətbiq edilmiş cərimə və dəbbə pullu onun tərəfindən ödənilmişdir. Belə olan halda X1 barəsində İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilsin. Kazımov İbniamin Hilal oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10cu maddəsinə əsasən xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar