Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-3(5-98)-1347/2026 26.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2026-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Protokola görə Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında EQ 30559871 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cərimə pulunu ödəməmişdir. İş materiallarından görünür ki, Şəxs tərəfindən AR İXM-nin 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair xx.xx.2025-ci il tarixli, EQ 30559871 saylı qərar üzrə cəriməni ödəmədiyi üçün onun barəsində Nəsimi RPİ DYPŞ tərəfindən AR İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli, 3(5-98)-1347/2026 saylı qərardadı ilə həmin protokol və ona əlavə edilmiş sənədlər üzrə icraata qəbul edilmişdir. İş materiallarından həmçinin görünür ki, hazırki iş üzrə Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol Şəxs xx.xx.2025-ci il tarixli, EQ 30559871 saylı qərar üzrə cəriməni ödəmədiyi üçün tərtib edilmişdir. Göründüyü kimi Şəxs tərəfindən ödənilməmiş eyni cəriməyə görə AR İXM-nin 529.3-cü maddəsi ilə iki ayrı-ayrı protokol tərtib edilmiş, həmin protkollardan biri üzrə material artıq məhkəmənin icraatəna qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki protokola mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə müvafiq olaraq bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2026-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-3(5-98)-1347/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-3(5-98)-1347/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver