Məhkəmə qərarları › İş №e-8(003)-124/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-8(003)-124/2022

04.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-8(003)-124/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, məhkəmənin icraatına elektron qaydada Xəzər rayon İcra şöbəsindən daxil olmuş 8(003)- 125/2022 saylı iş materiallarını nəzərdən keçirərək, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə Xəzər rayon İcra şöbəsindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə (elektron qaydada) müraciət daxil olmuşdur. Məhkəmə hesab edir ki, Xəzər rayon İcra şöbəsi tərəfindən göndərilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarını nəzərdən keçirdikdə müəyyən olunur ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-4104/2021 saylı icra vərəqəsi və həmin icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar göndərilsə də iş üzrə müvafiq (ərizə və ya təqdimatla) müraciət təqdim edilməməklə məhkəmədən nə barəsində qərar qəbul edilməsinin xahiş olunmasını müəyyən etmək mümkün deyil. Odur ki, məhkəmə hesab edir ki, Xəzər rayon İcra şöbəsi tərəfindən sənədlər göndərilməklə qanunla nəzərdə tutulmuş formada müraciət olunmadığından həmin materiallara (sənədlərə) baxılması mümkün deyil və həmin materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Məhkəmənin icraatına Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş materiallar geri qaytarılsın. İzah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar