Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-8(004)-842/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1899/2025 saylı, 20 avqust 2025-ci il tarixli icra sənədinə Borclu 4000 manat pul tutularaq Tələbkar ödənilməlidir. Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birgə icra sənədi üzrə borcluya göndərilmiş, lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü icra edilmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasından yayınan borclunun ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane ola bilər. Bu səbəbdən Yasamal rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən borclunun şəxsən qəbul etdiyi könüllü icra barədə bildirişin surətini nəzərə alaraq, belə qənaətə gəlir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-269-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-8(004)-842/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-8(004)-842/2025
26.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver