Məhkəmə qərarları › İş №e-8(005)-765/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-8(005)-765/2025

14.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-8(005)-765/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Münasib Muradov təqdimatla müraciət edərək, borclu xx.xx.1982-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 saylı xx.xx.2022-cü il tarixli icra sənədinə əasən Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcraata başlamaq haqqında qərar borclu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Borclu barəsində məhkəmə qərarının olması, tələbkara olan borcunun ödənilməsindən yayınması onun ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əasən Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. - İcra məmurunun icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək könüllü icra barədə bildirişlə birlikdə icra olunması üçün borcluya göndərilmişdir. - Borclu ünvanlanmış xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan tələbin dərhal ödənilməsi xahiş edilmiş, tələb icra edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. Borclu bildirişi xx.xx.2023-cü il tarixdə imza etməklə almışdır. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-102/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001 )-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin MN ******* nömrəli, 19 07.2022-ci il tarixli və Binəqədi Rayon Məhkəməsinin 2(001 )-6358/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin və Nərimanov Rayon icra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli "icra ödənişinin alınması barədə” qərarlarının icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Vaz 21074 minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. - Borclunun əmlakının axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Vaz 21074 minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə axtarış elan edilmiş və həmin nəqliyyat vasitəsi saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli №2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir və məhkəmə qətnamələri ağlabatan müddətdə icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Təqdimata əlavə edilmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair prosessual hərəkətlər yerinə yetirilmiş (icraata başlanılmış, dərhal könüllü icra barədə bildiriş göndərilmiş, bildiriş rəsmi qaydada borcluya təqdim edilmiş, borclunun əmlakları üzərinə həbs qoyulmuş və s.), bununla belə borclu icra sənədinin icrasını təmin etməkdən yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan «İcra haqqında» Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. «İcra haqqında» Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Borclunun ölkədən getməsi icra sənədinin icrasına maneələr yaratmaqla, onun icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da tələbkarın hüquqlarının pozulmasına səbəb olacaqdır. Bu səbəbdən xx.xx.1982-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6358/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar