Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-8(005)-874/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əzizova Şəbnur Rəfail qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aygün Tərlan qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3867/19 saylı, 26 aprel 2019-cu il tarixli və 8(008)-784/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən məhkəməyə təqdimatla müraciət edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3867/19 saylı, 26 aprel 2019cu il tarixli və 8(008)-784/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Daha sonra (xx.xx.2026-cı il tarixdə), Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən məhkəməyə ərizə ünvanlanıb, zərurət aradan qalxdığı üçün verilmiş təqdimatın baxılmamış saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə iclasının icra məmuru və tələbkarın iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə olan sənədləri, təqdimatın baxılmamış saxlanılması barədə İcra şöbəsinin ərizəsini, eləcə də qeyd edilən ərizəyə borclunun münasibətini nəzərə alıb, ərizənin təmin edilməklə, təqdimatın baxılmamış saxlanılmasını mümkün hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 259.0.11, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3867/19 saylı, 26 aprel 2019-cu il tarixli və 8(008)-784/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin təqdimatı baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnur Əzizova
Məhkəmə qərarları › İş №e-8(005)-874/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-8(005)-874/2025
19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver