Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-8(010)-251/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 8(010)- 2721/2017 saylı qərardadı ilə Borclu mülkiyyətində olan avtomobil üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nisə İsmayılova təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 26 aprel 2016-cı il tarixli 2(010)-2580/2016 saylı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhər Suraxanı rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 8(010)-2721/2017 saylı qərardadına əsasən Borclu məxsus «BMW 540» markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin olunmalı və Bakı şəhər Suraxanı rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 8(010)-2721/2017 saylı qərardadı ilə Borclu məxsus «BMW 540» markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 26 aprel 2016-cı il tarixli 2(010)-2580/2016 saylı məhkəmə qətnaməsi ilə Borclu cəmi 1924 ABŞ dolları və 30 manat dövlət rüsumu miqdarında borc məbləği Tələbkar ASC-nin xeyrinə tutulmuşdur. Həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun təqdimatına əsasən Bakı şəhər Suraxanı rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 8(010)-2721/2017 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «BMW 540» markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin, avtomobil üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimatla müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 26 aprel 2016-cı il tarixli 2(010)-2580/2016 saylı məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi icrası üzrə borc məbləği tam olaraq ödənildiyi üçün icra məmurunun 20 iyun 2022-ci il tarixli qərarla icra sənədinə xitam verilmiş və buna görə də, icra məmuru tərəfindən həmin avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi xahiş olunur. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və Borclu məxsus «BMW 540» markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu məxsus «BMW 540» markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə Bakı şəhər Suraxanı rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 8(010)- 2721/2017 saylı qərardadı ilə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-8(010)-251/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-8(010)-251/2022
03.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver