Məhkəmə qərarları › İş №e-8(019)-12/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-12/2023

19.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-12/2023 19.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatını iş materialları ilə birlikdə nəzərdən keçirərək müəyyənetdim: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 məhkəməyə təqdimat verərək, Balakən Rayon Məhkəməsinin 2(019)-1035/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata baxaraq hesab edirəm ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-də belə məzmunlu ərizələrin qaytarılması üçün qanun normaları müəyyən olunmasa da, analoji münasibətləri tənzimləyən hüquq normaları (Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri) mövcuddur və hazırki məsələ ilə bağlı həmin normalara istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1, 13.2. 13.3 və 13.4-cü maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər; əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir; mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir; konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Hazırki iş üzrə analoji hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, həmin Məcəllənin 149.2.5ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Hazırki təqdimatdan görünür ki, təqdimat mülki qaydada baxılan və qətnamə çıxarılan tələblə bağlıdır. Təqdimatda borclu X4 və tələbkar X1 göstərilsə də, Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən “Elektron məhkəmə” informasiya sisteminə Borclu və Tələbkar kimi daxil edilmişdir. Qeyd olunanlar da hazırki ərizənin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşin hallarını, qanunun analogiyası üzrə tətbiq edilən yuxarıda göstərilən mülki prosessual qanunvericiliyinin normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılmalı və Balakən rayon İcra və Probasiya Şöbəsinə nöqsanlar aradan qaldırıldıqdan sonra həmin məsələ ilə bağlı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4, 10-1.3, 149-152, 284-3.5, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: Borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın; Balakən rayon İcra və Probasiya Şöbəsinə nöqsanlar aradan qaldırıldıqdan sonra həmin məsələ ilə bağlı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar