Məhkəmə qərarları › İş №e-8(019)-135/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-135/2022

23.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-135/2022 23.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, tələbkarlar Tələbkar1 və Tələbkar2 iştirakları ilə, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli icra sənədi üzrə Borclu məxsus olan “VAZ-21011” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 300/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 2440 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkarlar Tələbkar1, Tələbkar2 xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2021-ci il tarixdə Balakən Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başİamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə EMF elektron informasiya sistemi vasitəsilə sorğu zamanı borclunun adında VAZ 21011 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tələbkar1 məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 300/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 2440 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq ona və Tələbkar2 verilməlidir. Lakin Borclu borcunu ödəmir.Borclu mülkiyyətində VAZ 21011 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır,onların borcu həmin avtomobilin hesabına ödənməlidir. Təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Tələbkar2 məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 300/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 2440 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq ona və Tələbkar1 verilməlidir. Lakin Borclu borcunu ödəmir.Borclu mülkiyyətində VAZ 21011 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır.Onların borcu həmin avtomobilin hesabına ödənməlidir. Təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təqdimat vermiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli icra sənədindən görünür ki, Borclu 2440 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar1, Tələbkar2 xeyrinə ödənilməlidir İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərarla icra sənədinə aid olan tələblər “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olduğu üçün icra sənədinin icraatına başlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Borclu ünvanlanmış xx.xx.2021-ci il tarixli e262460/2021-46-1-003 nömrəli bildirişdən görünür ki, həmin bildirişlə xx.xx.2021-ci il tarixli qərarla icraata başlanmış Balakən Rayon Məhkəməsinin 2(019)-300/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra etməsi xahiş edilmişdir. Məhkəmə tələbkarları dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-300/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 2440 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar1, Tələbkar2 xeyrinə ödənilməlidir.xx.xx.2021-ci il tarixli 2(019)- 300/2021 nömrəli icra sənədi xx.xx.2021-ci il tarixdə Balakən Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğu göndərilmişdir. Müəyyən edilmişdir ki, Borclu mülkiyyətində “VAZ-21011” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Borclu borcunu ödəmədiyindən Balakən Rayon İcra və Probasiya Şöbəsi hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). “İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi ; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdir. Həmin Qanunun 44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 50.1-50.2-ci maddələrinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini,zədələnməsini,korlanmasını,gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə işin hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Borclu mülkiyyətində olan “VAZ-21011” minik markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ-21011” minik markalı,**-BK-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar