Məhkəmə qərarları › İş №e-8(019)-14/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-14/2023

10.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-14/2023 10.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə Daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatla Balakən Rayon Məhkəməsinə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan VAZ 21011 markalı, 10BV127 dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki,Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-69/2022 nömrəli icra sənədinə əsasən Tələbkar ilə cavabdeh Borclu ümumi birgə mülkiyyətində olan, yeşikləri ilə birlikdə 32 ədəd arı ailəsinin 1/2 hissəsinə iddiaçı Tələbkar payı müəyyən edilmiş;arı ailələrinin yarısı-16 ədəd arı ailəsi yeşikləri ilə birgə, qətnamə icra edilərkən naturada alınması mümkün olmadıqda onların dəyəri 1600 manat, həmçinin birgə nikah dövründə alınmış və sonradan cavabdeh Borclu tərəfindən satılmış «Mersedes Benz-240» markalı, **-BJ-*** nömrpəli avtomobilin dəyəri olan 11500 manat pulun yarısı-5750 manat və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 21,30 manatı cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunmüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular göndərilmişdir. Belə ki, «Elektron icra» informasiya ststemindən əldə edilmiş sorğu məlumatına əsasən Borclu məxsus VAZ 21011 markalı, 10BV127 dövlət qeydiyyat nişanlı minik avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbiri tətbiq edilməlidir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatı müdafiə edərək, təqdimatda göstərilənlərə uyğun izahat vermiş və təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Tələbkar və borcu Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 231.2-ci maddəsinə əsasən tələbkarın və borclunun iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-69/2022 nömrəli icra sənədindən görünür ki, Tələbkar ilə cavabdeh Borclu ümumi birgə mülkiyyətində olan, yeşikləri ilə birlikdə 32 ədəd arı ailəsinin 1/2 hissəsinə iddiaçı Tələbkar payı müəyyən edilmiş; arı ailələrinin yarısı-16 ədəd arı ailəsi yeşikləri ilə birgə, qətnamə icra edilərkən naturada alınması mümkün olmadıqda onların dəyəri 1600 manat, həmçinin birgə nikah dövründə alınmış və sonradan cavabdeh Borclu tərəfindən satılmış «Mersedes Benz-240» markalı, **-BJ-*** nömrəli avtomobilin dəyəri olan 11500 manat pulun yarısı-5750 manat və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 21,30 manatı cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-69/2022 nömrəli icra sənədi icraya yönəldilmiş və Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin icra sənədinin icrası ilə bağlı qanunamüvafiq tədbirlər həyata keçirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş «Elektron icra» informasiya ststemindən çıxarışdan görünür ki, Borclu məxsus VAZ 21011 markalı, 10BV127 dövlət qeydiyyat nişanlı minik avtomobil vardır. Məhkəmə Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunu dinləyib, işdə olan sənədlərə baxıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-69/2022 nömrəli icra sənədinə əsasən Tələbkar ilə cavabdeh Borclu ümumi birgə mülkiyyətində olan, yeşikləri ilə birlikdə 32 ədəd arı ailəsinin 1/2 hissəsinə iddiaçı Tələbkar payı müəyyən edilmiş;arı ailələrinin yarısı-16 ədəd arı ailəsi yeşikləri ilə birgə, qətnamə icra edilərkən naturada alınması mümkün olmadıqda onların dəyəri 1600 manat, həmçinin birgə nikah dövründə alınmış və sonradan cavabdeh Borclu tərəfindən satılmış «Mersedes Benz-240» markalı, **-BJ-*** nömrəli avtomobilin dəyəri olan 11500 manat pulun yarısı-5750 manat və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 21,30 manatı cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunmüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular göndərilmişdir. «Elektron icra» informasiya ststemindən əldə edilmiş sorğu məlumatına əsasən Borclu məxsus VAZ 21011 markalı, 10BV127 dövlət qeydiyyat nişanlı minik avtomobilin olması müəyyən edilmişdir. Ona görə sözügedən icra sənədinin icrasını təmin etmək məqsədilə Balakən rayon İcra və Probasiya Şöbəsi hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdir. Həmin Qanunun 44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 50.1-50.2-ci maddələrinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə işin hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-69/2022 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-69/2022 nömrəli icra sənədi üzrə Borclu məxsus olan VAZ 21011 markalı, 10BV127 dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231,263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-69/2022 nömrəli icra sənədi üzrə Borclu məxsus olan VAZ 21011 markalı, 10BV127 dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar