Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-44/2022 26.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi ilə Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(033)-663/2021-007 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 məhkəməyə təqdimat verərək Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(033)-663/2021-007 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 05 iyul 2021-ci il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsinin 2(033)-663/2021-007 nömrəli, 29 iyun 2021-ci il tarixli icra sənədinə əsasən 30 yanvar 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment Borclu tutulub tələbkar X2 ödənilməlidir. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 26 may 2021-ci il tarixdən hesablanmalıdır. Borclu,Borclu 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.Yuxarıda qeyd olunan icra sənədi 05 iyul 2021-ci il tarixində Balakən rayon İcra və Probasiya Şöbəsinə daxıl olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək,qərarın surəti bildirişlə icra sənədi üzrə borclu, Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir.Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Nəticədə borclunun adında heç bir əmlak və ya digər gəlir aşkar edilməmişdir. Hal-hazırda İcra sənədi üzrə aliment borcu 1520 (bir min beş yüz iyirmi) manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)- 633/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən 30 yanvar 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment Borclu tutulub tələbkar X2 ödənilməlidir . İşdə olan sənədlərdən həmçinin görünür ki, Borclu xəbərdar edilməsinə baxmayaraq alimenti ödəməmiş, onun 1520 (bir min beş yüz iyirmi) manat borcu yaranmışdır. Məhkəmə təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra haqqında Qanunun sözügedən maddəsinin məzmunundan da görünür ki, borclunun ölkədən getmək hüququ yalnız məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-663/2021 nömrəli, 29.06.2021-ci il tarixli icra sənədinə əsasən 30 yanvar 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment Borclu tutulub tələbkar X2 ödənilməlidir. İcra sənədi 05 iyul 2021-ci il tarixində Balakən Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Borclu tərəfindən icra sənədində olan tələb təmin edilməmişdir.Hal-hazıra Borclu tələbkar X2 1520 (bir min beş yüz iyirmi) manat aliment borcu vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən verilmiş təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti-tələbkar X2 olan aliment borcu ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı : Balakən rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(033)-663/2021-007 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti- tələbkar X2 olan aliment borcu ödənilənədək məhdudlaşdırılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-8(019)-44/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-44/2022
26.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver