Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-49/2022 01.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə Balakən Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(019)-121/2022 nömrəli icra sənədi üzrə Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəməyə təqdimat verərək Balakən Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(019)-121/2022 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 12.03.2022-ci il tarixli qərarla icraata başladığı Balakən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(019)-121/2022-008 nömrəli, 13.01.2022-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1, Borclu4, Borclu3, Borclu6, Borclu2 və Borclu5 müştərək qaydada 7181,25 manat məbləğində kredit borcu, 25,15 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 7356,40 (yeddi min üç yüz əlli altı manat 40 qəpik) manat və ödənilmiş 106.68 manat məbləğində dövlət rüsumunun 90,70 manatı alınıb Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 12.03.2022-ci il tarixində Balakən rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə İcra sənədi üzrə Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5, Borclu6 göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində Borclu1 tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün elektron informasiya sistemi vasitəsilə sorğular göndərilmişdir. Borclu1 adında hec bir əmlak aşkarlanmamışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(019)-121/2022 nömrəli icra sənədinə əsasən borclular Borclu1, Borclu4, Borclu3, Borclu6, Borclu2 və Borclu5 müştərək qaydada 7181,25 manat məbləğində kredit borcu, 25,15 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 7356,40 (yeddi min üç yüz əlli altı manat; 40 qəpik) manat və ödənilmiş 106.68 manat məbləğində dövlət rüsumunun 90,70 manatı alınıb tələbkar, Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə borclunu dinləyib, təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra haqqında Qanunun sözügedən maddəsinin məzmunundan da görünür ki, borclunun ölkədən getmək hüququ yalnız məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(019)-121/2022 nömrəli icra sənədinə əsasən borclular Borclu1, Borclu4, Borclu3, Borclu6, Borclu2 və Borclu5 müştərək qaydada 7181,25 manat məbləğində kredit borcu, 25,15 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 7356.40 (yeddi min üç yüz əlli altı manat; 40 qəpik) manat və ödənilmiş 106.68 manat məbləğində dövlət rüsumunun 90,70 manatı alınıb tələbkar Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi 12.03.2022-cı il tarixində Balakən Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5 və Borclu6 göndərilmişdir. Borclu tərəfindən icra sənədində olan tələb təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X2 tərəfindən verilmiş təqdimat təmin edilməli, Borclu1 ölkədən getmək hüququ müvəqqəti-Tələbkar QSC-nə olan borcu ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı : Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Balakən Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(019)-121/2022nömrəli icra sənədi üzrə Borclu1 ölkədən getmək hüququ müvəqqəti-Tələbkar QSC-nə olan borcu ödənilənədək məhdudlaşdırılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-8(019)-49/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-49/2022
01.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver