Məhkəmə qərarları › İş №e-8(019)-50/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-50/2023

05.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-50/2023 05.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə və Tələbkar iştirakları ilə Balakən Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(019)-823/2021 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə məhkəməyə təqdimat verərək Balakən Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(019)-823/2021 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 12 avqust 2021-ci il tarixli qərarla icraata başladığı Balakən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(019)-823/2021-006 nömrəli, 10 avqust 2021-ci il tarixli icra sənədinə əsasən xx xxxx 1994-cü il tarixdə anadan olmuş ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu 12 iul 2021-ci il tarixdən başlayaraq 20 iyul 2018-ci il tarixdə anadan olimuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx ) manat sabit pul məbləğində aliment alınıb Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi 12 avqust 2021-ci il tarixində Balakən rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün EMF elektron icra sistemi vasitəsilə sorğu zamanı borclunun adında əmlak və ya digər rəsmi gəlir aşkar edilməmişdir.11 aprel 2023-cü il tarixdə və 19 may 2023-cü il tarixdə borcluya aliment borcu ödəmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıq məktubu göndərilmişdir, borclu İcra və Probasiya şöbəsinə gəlməmişdir. İş üzrə Tələbkar İcra və Probasiya Şöbəsinə gələrək Borclu tərəfindən aliment borcu ödəmədiyini bildirərək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Balakən Rayon Məhkəməsinə təqdimatla müraciətin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Halhazırda icra sənədi üzrə aliment borcu 2080 (iki min səksən) manat təşkil edir. Bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə məhkəmə iclasında təqdimatı müdafiə edərək təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 823/2021-006 nömrəli, 10 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 12 iyul 2021-ci il tarixdən başlayaraq 20 iyul 2018-ci il tarixdə anadan olimuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx ) manat sabit pul məbləğində aliment alınıb ona ödənilməlidir. Borclu ona olan aliment borcunu tam ödəməmiş,2080 manat borc yaranmışdır. Təqdimatın təmin olunmasını xahiş etdi . Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(019)-823/2021 nömrəli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən xx xxxx 1994-cü il tarixdə anadan olmuş ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu 12 iyul 2021-ci il tarixdən başlayaraq 20 iyul 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx ) manat sabit pul məbləğində aliment alınıb Tələbkar ödənilməlidir. Məhkəmə təqdimat vermiş şəxsi, borclunu dinləyib, təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra haqqında Qanunun sözügedən maddəsinin məzmunundan da görünür ki, borclunun ölkədən getmək hüququ yalnız məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(019)-823/2021 nömrəli icra sənədinə əsasən Borclu 12 iyul 2021-ci il tarixdən başlayaraq 20 iyul 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx ) manat sabit pul məbləğində aliment alınıb Tələbkar ödənilməlidir. İcra sənədi 12 avqust 2021-ci il tarixində Balakən Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Borclu tərəfindən icra sənədində olan tələb təmin edilməmişdir. Hal-hazıra Borclu Tələbkar 2080 manat aliment borcu vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli dövlət ədliyyə qulluqçusu Nümayəndə tərəfindən verilmiş təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti Tələbkar olan aliment borcu ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı : Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Balakən Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(019)-823/2021 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti Tələbkar olan aliment borcu ödənilənədək məhdudlaşdırılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar