Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-51/2022 09.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, təqdimat vermiş Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru-İİİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə iştirakı ilə , Balakən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(019)-160/2021 nömrəli icra sənədi üzrə borclu X3 məcburi gətirilməsi barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru-İİİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə təqdimatla məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(019)-160/2021 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X3 məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 160/2021-024 nömrəli, 14 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən X7 X4 qarşı borclunun ona məxsus olan fərdi yaşayış evindən çıxarılması tələbinə dair qarşılıqlı iddiası təmin ediməlidir; X1 rayonu Tülü kəndi ünvanında X7 xüsusi mülkiyyətində olan 0.029950 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 98.80 kvm olan fərdi yaşayış evindən çıxarılmalıdır. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə tələbkar və qarşılıqlı iddia üzrə borclu, X2 tutularaq ilk iddia üzrə borclu və qarşılıqlı iddia üzrə tələbkar X8 ödənilməlidir.İcra sənədi 03 fevral 2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu, X7 icra sənədində göstərilən ünvan 2i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır.Buna görə də borclu X3 məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə məhkəmə iclasında təqdimatı müdafiə edərək onun məzmununa uyğun izahat verib təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-160/2021-024 nömrəli, 14 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu X5 tələbkar X8 məxsus olan,ünvan 1i ünvanında X7 xüsusi mülkiyyətində olan 0.029950 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 98.80 kvm olan fərdi yaşayış evindən çıxarılmalıdır.10 manat dövlət rüsumu xərci borclu X2 tutularaq tələbkar X8 ödənilməlidir. İcra sənədi 03 fevral 2022-ci il tarixdə Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X7 icra sənədində göstərilən ünvan 3i ünvanına göndərilmişdir.Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Odur ki, Balakən Rayon İcra və Probasiya Şöbəsi hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə görə bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən İcra məmurunun vəzifələrindən biri də icra ilə əlaqədar məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirməkdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, ünvan 1ində yaşayan borclu X5 məcburi qaydada Balakən rayon İcra və Probasiya şöbəsinə gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Balakən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(019)-160/2021 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə ünvan 1inə yaşayan borclu X5 məcburi qaydada Balakən rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-8(019)-51/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-51/2022
09.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver