Məhkəmə qərarları › İş №e-8(019)-53/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-53/2022

13.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-53/2022 13.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 iştirakı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-101/202 nömrəli,28 yanvar 2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(019)-101/202 nömrəli, 28 yanvar 2022-ci il il tarixli icra sənədinin icrası ilə bağlı həmin icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 03 fevral 2022-ci i! tarixi qərarla icraata başladığı Balakən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(019)-101/2022-013 nömrəli, 28 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən ərizənin verildiyi 20 oktyabr 2021-ci il tarixdən başlayaraq - 05 avqust 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir.Yuxarıda qeyd olunan icra sənədi 03 fevral 2022-ci il tarixində Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün sorğular göndərilmişdir. EMF Elektron icra İnformasiya sistemi ilə sorğu zamanı borclunun adında heç bir əmlak və ya digər gəlir aşkar edilməmişdir.Bu vaxta kimi borclu tərəfindən iş üzrə tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Hesab edirlər ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X9 təqdimatı müdafiə edərək, təqdimatda göstərilənlərə uyğun izahat vermis və təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Borclu və Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 231.2-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İşdə olan Balakən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(019)-101/202 nömrəli, 28 yanvar 2022-ci il il tarixli icra sənədinə əsasən ərizənin verildiyi 20 oktyabr 2021-ci il tarixdən başlayaraq 05 avqust 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq tələbkar, Tələbkar verilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin Borclu ünvanladığı xx.xx.2022-ci il tarixli, e-24939/2022-46-5-005 nömrəli xəbərdarlıqdan görünür ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-101/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi təmin etmədiyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsinə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarından həmçinin görünür ki, icra sənədi üzrə Borclu aliment borcu 1225 manat təşkil edir. Məhkəmə Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, onlara hüquqi qiymət verərək, hesab edir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun (Avropa Məhkəməsinin Burdov Rusiyaya qarşı, Tarverdiyev Azərbaycana qarşı iş üzrə qərarları və sair qərarlar). Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X3 X2 dair 4 nömrəli protokolun 2-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə görə Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Xlyustov Rusiya Federasiyasına qarşı iş üzrə 11 iyul 2013-cü il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsi istənilən ölkədən istənilən şəxsin seçimi ilə hər hansı ölkəyə getmək hüququ daxil olmaqla, həmin şəxsin sərbəst hərəkət etmək hüququna təminat verir (Avropa Məhkəməsinin “Bauman Fransaya qarşı” işi üzrə qərarı, şikayət No. 33592/96, §61, ECHR 2001-V). Bu hüququ məhdudlaşdıran istənilən tədbir qanunla nəzərdə tutulmalıdır, bu maddənin 3-cü bəndində göstərilən bir və ya bir neçə qanuni məqsədi olmalıdır, demokratik cəmiyyət üçün zəruri olmalıdır. (Avropa Məhkəməsinin “Raymondo İtaliyaya qarşı” işi üzrə 22 fevral 1994-cü il tarixli qərarı, §39, Seriya A, No. 281-A və Böyük Palatanın “Labita İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 26772/95, §§194 və 195, ECHR 2000-İV). Avropa Məhkəməsi sözügedən qərarında həmçinin göstərmişdir ki, ölkədən çıxış hüququnun məhdudlaşdırılması yalnız o zaman tətbiq olunur ki, həmin tədbirin həyata keçirilməsinin işin hallarına görə zəruri olması müəyyən olunsun və bu məhdudiyyətlər məhkəmə qərarı ilə müəyyən edilmiş borcun ödənilməməsi ilə bağlı avtomatik tətbiq oluna bilməz. X11 (X14) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1, 2.2, 2.2.1-2.2.3-cü maddələrinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: -könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqdayerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra haqqında Qanunun sözügedən 84-1.1-ci maddəsinin məzmunundan da görünür ki, borclunun ölkədən getmək hüququ yalnız məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(019)- 101/202 nömrəli, 28 yanvar 2022-ci il il tarixli icra sənədinə əsasən ərizənin verildiyi 20 oktyabr 2021-ci il tarixdən başlayaraq 05 avqust 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir.Yuxarıda qeyd olunan icra sənədi Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi dərhal təmin edilməsi müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədində olan tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hal-hazıra borclu X6 Tələbkar həmin icra sənədi üzrə 1225 manat aliment borcu vardır. Şübhələr əsaslıdır ki,Borclu icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayınmaq üçün ölkədən qaçıb gizlənə bilər. İş materialları ilə müəyyən olunur ki, Borclu icra sənədinin könüllü icrası ilə bağlı bildiriş göndərilmiş, lakin icra sənədi onun tərəfindən könüllü icra edilməmişdir. Həmçinin borclunun tələb yönəldilə biləcək heç bir pul vəsaiti və əmlakı müəyyən edilməmişdir. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Tələbkar 1225 manat aliment borcunun və hər ay ödənilməli olan aliment məblğinin alınmasında və məhkəmə uduşundan yararlanmasında ifadə olunan hüququnun müdafiəsi üçün tətbiq olunur və demokratik cəmiyyətdə zəruridir. Belə ki, borclu, tələbkarın Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyəti sayılan həmin aliment pulu məbləğini ödəməməklə tələbkarın mülkiyyət hüququnu və Avropa Konvensiyasının 6-cı maddəsində müəyyən olunmuş ədalətli məhkəmə araşdırması hüququnu pozur. Borclu ümumiyyətlə tələbkara heç bir ödəniş etməməklə məhkəmə qərarının icrasından qəsdən yayınır və onun ölkədən getməsi həmin məhkəmə qərarının icrasına və bununla da tələbkarın hüquqlarının təmin edilməsinə maneələr yaradacaqdır. Həm də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması müvəqqəti xarakter daşıyır və məhkəmə qətnaməsi icra olunduğu təqdirdə götürüləcəkdir.Bu xüsusda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun əməlinə adekvatdır və demokratik cəmiyyətdə zəruridir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti-Balakən Rayon Məhkəməsinin 2(019)- 101/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu- Balakən rayonu Şambul kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti-Balakən Rayon Məhkəməsinin 2(019)-101/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aliment borcu ödənilənədək məhdudlaşdırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar