Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-68/2023 01.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Borclunun əmlakı üzərinə həbs qoyulması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 təqdimatla Balakən Rayon Məhkəməsinə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan “QAZ 33021” yük minik markalı, 08BJ835 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 782/2021-017 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən Borclu 7250 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "ATƏŞGAH” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “QAZ 33021’’ yük markalı, 08BJ835 dövlət qeydiyyat nişanlı avtomobili müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. İcra sənədi üzrə Borclu məxsus olan “QAZ 33021” yük minik markalı, 08BJ835 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Balakən rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 231.2-ci maddəsinə əsasən Balakən rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş matertiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)- 782/2021 nömrəli icra vərəqəsindən görünür ki, həmin icra sənədinə əsasən xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsi iddiaçı TələbkarSığorta Şirkəti ASC tərəfindən həyata keçirilən X1 vurulan az ağır dərəcəli zərərə görə 1500AZN (bir min beş yüz manat), İsayeva (Həmətiyeva) Mətanət Kəmaləddin qızının sağlamlığına vurulan yüngül dərəcəli zərərə görə 750 AZN(yeddi yüz əlli manat),X3 ölümünə görə 5000 (beş min manat) AZN sığorta ödənişi, ümumilikdə isə 7250 AZN (yeddi min iki yüz əlli manat) vəsait cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-782/2021 nömrəli icra sənədi icraya yönəldilmiş və Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin icra sənədinin icrası ilə bağlı qanunamüvafiq tədbirlər həyata keçirilmişdir. İş materiallarında olan «Elektron icra» informasiya sistemindən çıxarışdan görünür ki, Borclu məxsus olan “QAZ 33021” yük minik markalı, 08BJ835 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə işdə olan sənədlərə baxıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-782/2021 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsi iddiaçı TələbkarSığorta Şirkəti ASC tərəfindən həyata keçirilən X1 vurulan az ağır dərəcəli zərərə görə 1500AZN (bir min beş yüz manat), İsayeva (Həmətiyeva) Mətanət Kəmaləddin qızının sağlamlığına vurulan yüngül dərəcəli zərərə görə 750 AZN(yeddi yüz əlli manat), X3 ölümünə görə 5000 (beş min manat) AZN sığorta ödənişi, ümumilikdə isə 7250 AZN (yeddi min iki yüz əlli manat) vəsait cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Balakən rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmiş, lakin borclu tərəfindən həmin borcun ödənilməsi təmin olunmamışdır. Borclu məxsus “QAZ 33021” yük minik markalı, 08BJ835 dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. Ona görə də Balakən rayon İcra və Probasiya Şöbəsi hazırkı təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə həmin avtomobilə həbs qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-50.2-ci maddələrinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə işin hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-782/2021 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-782/2021 nömrəli icra sənədi üzrə Borclu məxsus olan “QAZ 33021” yük minik markalı, 08BJ835 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231,263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-782/2021 nömrəli icra sənədi üzrə Borclu məxsus olan “QAZ 33021” yük minik markalı, 08BJ835 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-8(019)-68/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-68/2023
01.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver