Məhkəmə qərarları › İş №e-8(019)-7/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-7/2022

04.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-7/2022 04.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1099/2021 nömrəli 27 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsindən elektron qaydada daxil olmuş iş materiallarını nəzərdən keçirərək müəyyən etdim : Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinin 2(033)-1099/2021 nömrəli 27 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iş materialları baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1099/2021 nömrəli 27 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iş materialları geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hesab edirəm ki, Azərbaycan Respublikası MPM-də bu xüsusda ərizənin geri qaytarılması barədə müddəa olmadığından, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən hazırki məsələ ilə bağlı analoji hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrinə istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri… «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göründüyü kimi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məsələsinə baxılması və müvafiq qərarın qəbul edilməsi icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəməyə müraciəti ilə şərtləndirilir. İcra məmurunun bu məsələ ilə bağlı bağlı təqdimatı olmadıqda məhkəmə həmin məsələyə baxa bilməz. Lakin Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-1099/2021 nömrəli 27 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iş materiallarına bu məsələ ilə bağlı icra məmurunun təqdimat əlavə edilməmiş, yəni icra məmuru Zaqatala Rayon Məhkəməsinin 2(033)-1099/2021 nömrəli 27 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla məhkəməyə müraciət etməmişdir. Ona görə də hesab edirəm ki, Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-1099/2021 nömrəli 27 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iş materialları geri qaytarılmalı və Balakən rayon İcra və Probasiya Şöbəsinə nöqsanlar aradan qaldırıldıqdan sonra həmin məsələ ilə bağlı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263- 264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-1099/2021 nömrəli 27 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iş materialları geri qaytarılsın. Balakən rayon İcra və Probasiya Şöbəsinə izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar