Məhkəmə qərarları › İş №e-8(019)-7/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-7/2023

27.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-7/2023 27.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 və Tələbkar iştirakı ilə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 məhkəməyə təqdimat verərək, Balakən Rayon Məhkəməsinin 2(019)-247/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 20 avqust 2021-ci il tarixli qərarla icraata başlanmış Balakən Rayon Məhkəməsinin 2(019)-247/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədinə əsasən 23 dekabr 2020-ci il tarixdən başlayaraq 21 iyul 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi 20 avqust 2021-ci il tarixində Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq və ya digər rəsmi gəlirinin olub -olmaması ilə bağlı EMF elektron icra sistemi vasitəsilə sorğu zamanı borclunun adında heç bir əmlak və ya digər rəsmi gəlirinin olmadığı məlum olmuşdur. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hal-hazıra icra sənədi üzrə Borclu aliment borcu 3905 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında təqdimat verən Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatı müdafiə edərək, təqdimatda yazılanlara uyğun izahat vermiş və təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 247/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədinə əsasən 23 dekabr 2020-ci il tarixdən başlayaraq 21 iyul 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Qeyd olunan icra sənədi 20 avqust 2021-ci il tarixində Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Hal-hazıra icra sənədi üzrə Borclu aliment borcu 3905 manat təşkil edir. Borclunun aliment ödəmək imkanının olmasına baxmayaraq, aliment borcunu ödəmir. Borclu xarici ölkəyə getdiyi təqdirdə aliment borcunu ödəməyəcəkdir. Bu da uşağın saxlanması üçün ciddi çətinlik törədəcəkdir. Belə ki, o, uşağı təkbaşına saxlaya bilmir. Təqdimatın təmin olunmasını xahiş edir. İş üzrə Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 231.2-cü maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-247/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədindən görünür ki, 23 dekabr 2020-ci il tarixdən başlayaraq 21 iyul 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-247/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədi 20 avqust 2021-ci il tarixində Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclu aliment borcu 3905 manat təşkil edir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 13 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, onlara hüquqi qiymət verərək, hesab edir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun (Avropa Məhkəməsinin Burdov Rusiyaya qarşı, Tarverdiyev Azərbaycana qarşı iş üzrə qərarları və sair qərarlar). Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) dair 4 nömrəli protokolun 2-ci maddəsinin 2ci və 3-cü bəndlərinə görə Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Xlyustov Rusiya Federasiyasına qarşı iş üzrə 11 iyul 2013-cü il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsi istənilən ölkədən istənilən şəxsin seçimi ilə hər hansı ölkəyə getmək hüququ daxil olmaqla, həmin şəxsin sərbəst hərəkət etmək hüququna təminat verir (Avropa Məhkəməsinin “Bauman Fransaya qarşı” işi üzrə qərarı, şikayət No. 33592/96, §61, ECHR 2001-V). Bu hüququ məhdudlaşdıran istənilən tədbir qanunla nəzərdə tutulmalıdır, bu maddənin 3-cü bəndində göstərilən bir və ya bir neçə qanuni məqsədi olmalıdır, demokratik cəmiyyət üçün zəruri olmalıdır (Avropa Məhkəməsinin “Raymondo İtaliyaya qarşı” işi üzrə 22 fevral 1994-cü il tarixli qərarı, §39, Seriya A, No. 281-A və Böyük Palatanın “Labita İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 26772/95, §§194 və 195, ECHR 2000-İV). Avropa Məhkəməsi sözügedən qərarında həmçinin göstərmişdir ki, ölkədən çıxış hüququnun məhdudlaşdırılması yalnız o zaman tətbiq olunur ki, həmin tədbirin həyata keçirilməsinin işin hallarına görə zəruri olması müəyyən olunsun və bu məhdudiyyətlər məhkəmə qərarı ilə müəyyən edilmiş borcun ödənilməməsi ilə bağlı avtomatik tətbiq oluna bilməz. X6 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1, 2.2, 2.2.1-2.2.3-cü maddələrinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: -könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İcra haqqında Qanunun sözügedən 84-1.1-ci maddəsinin məzmunundan da görünür ki, borclunun ölkədən getmək hüququ yalnız məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-247/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədinə əsasən 23 dekabr 2020-ci il tarixdən başlayaraq 21 iyul 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi 20 avqust 2021-ci il tarixində Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədində olan tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin borclunun adında tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak, bank rezvizitləri və digər gəlirlər aşkar edilməmişdir. Şübhələr əsaslıdır ki, Borclu icra sənədi üzrə borcunun ödənilməsindən yayınmaq üçün ölkədən qaçıb gizlənə bilər. Borclunun barəsində 13 dekabr 2022-ci il tarixli qərarla axtarışın elan edilməsi bu şübhələri daha gücləndirir. Qanunvericiliyin tələbinə əsasən aliment yetkinlik yaşına çatmayan uşağın üstün maraqları təmin edilməklə onun saxlanması üçün tutulan məbləğdir və vaxtaşırı ödəmələrə aid edilir. Uşağın fiziki və psixi sağlamlığının və inkişafının təmin edilməsi birbaşa aliment ödənişinin vaxtında həyata keçirilib-keçirilməməsindən asılıdır. Aliment ödənişin təmin edilməməsi şübhəsizdir ki, uşağın fiziki və psixi ağlamlığını təhlükədə qoymaqla onun mənafeyinə uyğun deyildir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li qərarında ifadə etdiyi hüquqi mövqeyə görə aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu xüsusda şübhələr əsaslıdır ki, Borclu icra sənədi üzrə yaranmış 3905 manat aliment borcunun və bundan sonrakı alimentin ödənilməsindən yayınmaq üçün ölkədən qaçıb gizlənə bilər. Bu da uşağın üstün mənafeyinin təmin edilməsinə yönəlmiş Balakən Rayon Məhkəməsinin 2(019)-247/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədinin icrasını mümkünsüz edər, tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirərdi. İş materialları ilə müəyyən olunur ki, Borclu icra sənədinin könüllü icrası ilə bağlı bildiriş göndərilmiş, lakin icra sənədi onun tərəfindən könüllü icra edilməmişdir. Həmçinin borclunun tələb yönəldilə biləcək heç bir pul vəsaiti və əmlakı müəyyən edilməmişdir. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Tələbkar ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının müdafiəsi üçün tətbiq olunur və demokratik cəmiyyətdə zəruridir. Belə ki, borclu, tələbkarın Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyəti sayılan həmin məbləği ödəməməklə tələbkarın mülkiyyət hüququnu və Avropa Konvensiyasının 6-cı maddəsində müəyyən olunmuş ədalətli məhkəmə araşdırması hüququnu pozur. Borclu ümumiyyətlə tələbkara aliment borcundan ödəniş etməməklə məhkəmə qərarının icrasından qəsdən yayınır və onun ölkədən getməsi həmin məhkəmə qərarının icrasına və bununla da tələbkarın hüquqlarının təmin edilməsinə maneələr yaradacaqdır. Həm də Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması müvəqqəti xarakter daşıyır və məhkəmə qətnaməsi icra olunduğu təqdirdə götürüləcəkdir. Bu xüsusda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun əməlinə adekvatdır və demokratik cəmiyyətdə zəruridir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, borclu Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti- Balakən Rayon Məhkəməsinin 2(019)-247/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədi üzrə borcu ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti- Balakən Rayon Məhkəməsinin 2(019)-247/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli icra sənədi üzrə borcu ödənilənədək məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar