Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-8/2023 27.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və Tələbkar nümayəndəsi X6 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 2(019)-1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 təqdimatla məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı həmin icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 28 oktyabr 2021-ci il tarixdə qərarla icraata başladığı Balakən Rayon Məhkəməsi tərəfindən verilmiş 2(019)-1035/2021 -006 nömrəli icra sənədinə görə 15 sentyabr 2021-ci il tarixdən başlayaraq - 25 sentyabr 2011-ci ildə anadan olmuş X2 və 15 may 2014-cü ildə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 28 oktybar 2021-ci il tarixində Balakən rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini və digər rəsmi gəlirini yoxlamaq üçün EMF elektron icra sistemi üzrə sorğu zamanı borclunun adında hər- hansı bir əmlakın, digər rəsmi gəlirinin olmadığı məlum olmuşdur. İcra sənədi üzrə tələbkar X7 etibarnamə üzrə nümayəndəsi Xəmmədova Məhəbbət M/hacı qızı İcra və Probasiya şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. İcra sənədi üzrə Borclu Rusiya Federasiyasında yaşadığını bildirərək, aliment borcu ödəmlənədək ölkədən giriş-çıxışa müvəqqəti məhdudiyyətin qoyulması ilə bağlı tədbirin görülməsinə xahiş etmişdir. Hal-hazırda borclunun icra sənədi üzrə olan aliment borcu 1882 (bir min səkkiz yüz səksən iki) manat təşkil edir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X10 təqdimatı müdafiə edərək, göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 15 sentyabr 2021-ci il tarixdən başlayaraq 25 sentyabr 2011-ci ildə anadan olmuş X2 və 15 may 2014-cü ildə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Borclu hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar verilməlidir. Balakən rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədi üzrə icraat başlanmış, tələbin könüllü icrası üçün Borclu vaxt verilmişdir. Borclu 2022-ci ilin oktyabr ayında 450 manat, noyabr ayında 200 manat, dekabr ayında 250 manat, 2023-cü ilin yanvar ayında 200 manat olmaqla cəmi 1100 manat ödəmişdir və aliment ödənişini davam etdirir. Hazırda borclunun aliment borcu 782 manatdır. Borclu bu məbləği də qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Təqdimatın təmin edilibedilməməsini məhkəmənin öhdəsinə buraxır. Məhkəmə iclasında Tələbkar nümayəndəsi X12 izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 15 sentyabr 2021-ci il tarixdən başlayaraq 25 sentyabr 2011-ci ildə anadan olmuş X2 və 15 may 2014-cü ildə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Borclu hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar verilməlidir. Borclu 2022-ci ilin oktyabr ayında 450 manat, noyabr ayında 200 manat, dekabr ayında 250 manat, 2023-cü ilin yanvar ayında 200 manat olmaqla cəmi 1100 manat ödəmişdir və aliment ödənişini davam etdirir. Hazırda borclunun aliment borcu 782 manatdır. İcra məmurunun bildirdiyinə görə borclu bu məbləği də qısa zaman ərzində ödəyəcəyinə söz vermişdir. İş üzrə qanuni qərarın qəbul olunmasını xahiş edir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 231.2-cü maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Balakən Rayon Məhkəməsinin icra sənədinə əsasən 15 sentyabr 2021-ci il tarixdən başlayaraq 25 sentyabr 2011-ci ildə anadan olmuş X2 və 15 may 2014-cü ildə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Borclu hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar verilməlidir. Məhkəmə təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Balakən Rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyaya (Avropa Konvensiyası) dair 4 nömrəli protokolun 2-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə görə Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Xlyustov Rusiya Federasiyasına qarşı 11 iyul 2013-cü il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsi istənilən ölkədən istənilən şəxsin seçimi ilə hər hansı ölkəyə getmək hüququ daxil olmaqla, həmin şəxsin sərbəst hərəkət etmək hüququna təminat verir (Avropa Məhkəməsinin “Bauman Fransaya qarşı” işi üzrə qərarı, şikayət No. 33592/96, §61, ECHR 2001-V). Bu hüququ məhdudlaşdıran istənilən tədbir qanunla nəzərdə tutulmalıdır, bu maddənin 3-cü bəndində göstərilən bir və ya bir neçə qanuni məqsədi olmalıdır, demokratik cəmiyyət üçün zəruri olmalıdır (Avropa Məhkəməsinin “Raymondo İtaliyaya qarşı” işi üzrə 22 fevral 1994-cü il tarixli qərarı, §39, Seriya A, No. 281-A və Böyük Palatanın “Labit İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 26772/95, §§194 və 195, ECHR 2000-İV). Avropa Məhkəməsi sözügedən qərarında həmçinin göstərmişdir ki, ölkədən çıxış hüququnun məhdudlaşdırılması yalnız o zaman tətbiq olunur ki, həmin tədbirin həyata keçirilməsinin işin hallarına görə zəruri olması müəyyən olunsun və bu məhdudiyyətlər məhkəmə qərarı ilə müəyyən edilmiş borcun ödənilməməsi ilə bağlı avtomatik tətbiq oluna bilməz. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1, 2.2, 2.2.1-2.2.3-cü maddələrinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. X15 (X19) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. İş materiallarından müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 15 sentyabr 2021-ci il tarixdən başlayaraq 25 sentyabr 2011-ci ildə anadan olmuş X2 və 15 may 2014-cü ildə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Borclu hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata yönəldilmişdir. Lakin həmin icra sənədinin könüllü icrası ilə bağlı bildirişin borclya rəsmən təqdim olunması haqqında iş materiallarında və icra işinin materiallarında heç bir sübut yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədr icra tədbirləri 2021-ci il dövründə həyata keçirilmişdir. Belə ki, 2021-ci il ərzində Borclu banklarda əmanətlərinin və pul vəsaitlərinin, həmçinin tələb yönəldilə biləcək daşınmaz və daşınar əmlakının olub-olmaması ilə bağlı aidiyyəti təşkilatlara sorğular verilmiş, həmin sorğulara cavablar nəticəsində Borclu bank hesabının qeydə alınmaması, avtomotonəqliyyat vasitələrinin qeydə alınmaması, Borclu heç bir növ pensiya almaması, heç bir növ sosial müavinət, ÜSY və əmək haqqı almaması, adında heç bir kənd təsərrüfatı texnikasının olmaması, tələb yönəldilə biləcək əmlakının olmaması müəyyən edilmişdir. İcra işinin materiallarından görünür ki, 2021-ci ildən sonra da Balakən Rayon Məhkəməsinin 2(019)-1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, Borclu tərəfindən 2022-ci ilin oktyabr ayında 450 manat, 2022-ci ilin noyabr ayında 200 manat, 2022-ci ilin dekabr ayında 250 manat və 2023-cü ilin yanvar ayında 200 manat, cəmi 1100 manat aliment ödənişi həyata keçirilmişdir. İş materialları ilə müəyyən olunur ki, icra məmuru qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın tələblərinə əməl etmədən, yəni könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etmədən (bu bildirişin borcluya rəsmən təqdim olunması barədə icra işində heç bir sənəd yoxdur), aylıq qazancının (gəlirlərinin) olması və əmlakının axtarılması üçün bütün tədbirlər həyata keçirilmədən hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə, Avropa Konvensiyasına dair 4 nömrəli protokolun 2-ci maddəsinin 2-ci və 3-cü bəndləri, Avropa Məhkəməsinin Xlyustov Rusiyaya qarşı, Bauman Fransaya qarşı, Raymondo İtliyaya qarşı, Labita İtaliyaya qarşı və sair presedentlərinin tələbləri əsasında hazırki işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, borclunun ölkədən getmək hüququna müdaxilə qanunda, İcra haqqında Azərbaycan Respublikasının Qanununda (84-1.1-ci maddə) nəzərdə tutulmuşdur və tələbkarın hüquq və azadlıqlarının (ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının) müdafiəsi ilə bağlı qanuni məqsəd daşıyır. Yəni bu xüsusda Avropa Məhkəməsinin müəyyən etdiyi qiymətləndirmə testinin 2 şərti; bu məhdudlaşdırmanın qanunda nəzərdə tutulması və qanuni məqsəd daşıması mövcuddur. Burada qiymətləndirmə testinin 3-cü şərtinin-müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmaması halının aydınlaşdırılması hazırki işin qanuni və ədalətli həlli üçün xüsusi əhəmiyyət daşyır. Məhdudiyyətin demokratik cəmiyyətdə zəruri olması istifadə olunan vasitələrin məqsədəmüvafiq olması, yəni qoyulan məqsədlərə mütənasib olmasını əsaslı olaraq özündə ehtiva edir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə müdaxilə “təkidli ictimai ehtiyaca” cavab verdikdə, qanuni məqsədə uyğun olduqda və ölkə hökumətinin dəlilləri kifayət etdikdə, o, “demokratik cəmiyyət üçün zəruri” hesab ediləcəkdir. Ölkə hökuməti göstərilən bütün aspektlərin ilkin qiymətləndirilməsini aparmılıdır, lakin Konvensiyanın tələblərinə müvafiq olaraq yekun qiymətlərndirmə Avropa Məhkəməsinin yoxlama predmetinə aiddir (Avropa Məhkəməsinin “X1rşı” işi üzrə 7 dekabr 1976-cı il tarixli qərarı, §§ 48-50, Seriya A, No. 24 və Böyük Palatanın “Nada İsveçrəyə qarşı” işi üzrə qərarı, şikayət No. 10593/08, § 181, ECHR 2012). Bu xüsusda Avropa Məhkəməsi müxtəlif hallarda azad hərəkətə tətbiq olunan məhduduiyyətlərin mütənasibliyi haqqında məsələlərə baxmışdır: 1) mafiya ilə əlaqədə olmaqda şübhəli bilinən şəxsə polis nəzarəti tətbiri qismində tətbiq edilən ölkədən çıxışa qadağa (Böyük palatanın “Labit İtaliyaya qarşı” işi üzrə qərarı, §§ 193-197), 2) təxirəsalınmaz istintaq hərəkətləri çərçivəsində cinayət işi zamanı təqib olunmayan və şahid kimi qiymətləndirilməyən şəxsin pasportunun götürülməsi və gələcək müsadirəsi (Avropa Məhkəməsinin “Bauman Fransaya qarşı” işi üzrə qərarı, §§ 65 – 67), 3) bankrotluq üzrə işə baxılması zamanı müflis olmuş şəxsin yaşayış yerinin tərk etməsinə qadağa (Avropa Məhkəməsinin “Luordo İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 32190/96, §§ 96-97, ECHR 2003-İX), 4) gömrük qanun pozuntusuna görə cərimənin ödənilməsindən imtina ilə bağlı ərizəçinin pasportunun götürülməsi (Avropa Məhkəməsinin “Napiyalo Xorvatiyaya qarşı” işi üzrə 13 noyabr 2003-cü il tarixli qərarı, şikayət No. 66485/01, §§ 78- 82), 5) cinayət işi üzrə icraat çərçivəsində təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barəsində iltizam (Avropa Məhkəməsinin “Fyodorov və Fyodorova Rusiya Federasiyasına qarşı” işi üzrə 13 oktyabr 2005-ci il tarixli qərarı, şikayət No. 31008/02, §§ 39-47, Avropa Məhkəməsinin “Antonenkov və başqaları Ukraynaya qarşı” işi üzrə 22 noyabr 2005-ci il tarixli qərarı, şikayət No. 14183/02, §§ 59-67, Avropa Məhkəməsinin “İvanov Ukraynaya qarşı” işi üzrə 7 dekabr 2006-cı il tarixli qərarı, şikayət No. 15007/02, §§ 90- 97, Avropa Məhkəməsinin “Hacıbəyli Azərbaycana qarşı” işi üzrə 10 iyul 2008-ci il tarixli qərarı, şikayət No. 16528/05, §§ 60-69, Avropa Məhkəməsinin “Makedonskiy Bolqarıstana qarşı” işi üzrə 20 yanvar 2011-ci il tarixli qərarı, şikayət No. 36036/04, §§ 39-46, Avropa Məhkəmsinin “Pfeyfer Bolqarıstana qarşı” işi üzrə 17 fevral 2011-ci il tarixli qərarı, şikayət No. 24733/04, §§ 55-58, Avropa Məhkəməsinin “Preşer Bolqarıstana qarşı” işi üzrə 7 iyun 2011-ci il tarixli qərarı, şikayət No. 6767/04, §§ 47-52, Avropa Məhkəməsinin “Myajcik Polşaya qarşı” işi üzrə 24 yanvar 2012-ci il tarixli qərarı, şikayət No. 23592/07, §§33-42), 6) vergilər üzrə borcun ödənilməsindən imtina ilə bağlı müəyyən edilən ölkədən çıxışa məhdudiyyətlər (Avropa Məhkəməsinin “Riner Bolqarıstana qarşı” işi üzrə 23 may 2006-cı il tarixli qərarı, şikayət No. 46343/99, §§ 118- 130), 7) şəxsin dövlət sirrini təşkil edən məlumatlardan xəbərdar olması ilə əlaqədar olaraq müəyyən edilən ölkədən çıxışa məhdudiyyətlər (Avropa Məhkəməsinin “Bartik Rusiya Federasiyasına qarşı” işi üzrə qərarı, şikayət No. 55565/00, §§ 44-52, ECHR 2006- XV və Avropa Məhkəməsinin “Soltısyak Rusiya Federasiyasına qarşı” işi üzrə qərarı, şikayət No. 4663/05, §§ 46-54), 7) yetkinlik yaşına çatmayan uşaqların xarici ölkələrə aparılması qadağası haqqında məhkəmə qərarları (Avropa Məhkəməsinin “Diamante və Pelliçoni San-Marinoya qarşı” işi üzrə 27 sentyabr 2011-ci il tarixli qərarı, şikayət No. 32250/08, §§ 214-215), 8) digər ölkənin immiqrasiya qaydalarının pozulması ilə bağlı müəyyən edilən ölkədən çıxışa məhdudiyyətlər (Avropa Məhkəməsinin “Stamose Bolqarıstana qarşı” işi üzrə 27 noyabr 2012- ci il tarixli qərarı, şikayət No. 29713/05, §§ 33- 37). Avropa Məhkəməsi həmçinin məhkəmə qərarı ilə fərdi şəxsə borcun ödənilməməsi ilə bağlı ölkədən çıxışa məhdudiyyətlərə baxmış (Avropa Məhkəməsinin “İqnatov Bolqarıstana qarşı” işi üzrə qərarı, §§ 36-41 və Avropa Məhkəməsinin “Qoçev Bolqarıstana qarşı” işi üzrə qərarı, §§ 49-57) və bu işlərdə ərizəçilərə qarşı tətbiq olunan məhdudiyyətlərin mütanasibliyini qiymətləndirərkən müxtəlif amilləri nəzərə almışdır. Məsələn İtaliyaya qarşı bir sıra işlərdə Avropa Məhkəməsi qərara almışdır ki, bankrotluq haqqında işlər üzrə bitən istintaq prosesi müddətində etibarlı olan avtomatik olaraq müəyyən edilən və 13 ildən 24 ilə qədər dövrü əhatə edən kifayət qədər uzun müddət ərzində qüvvədə olan məhdudiyyətlər mütənasib deyildi, baxmayaraq ki, ərizəçi tərəfindən öz yaşayış yerinin tərk edilməsi və ya belə razılığın verilməsindən imtina edilməsi barədə göstərişlər yox idi (Avropa Məhkəməsinin “Luordo İtaliyaya qarşı” işi üzrə qərarı, § 96, Avropa Məhkəməsinin “Basani İtaliyaya qarşı” işi üzrə 11 dekabr 2003-cü il tarixli qərarı, şikayət No. 47778/99, §§23-25, Avropa Məhkəməsinin “Neroni İtaliyaya qarşı” işi üzrə 22 aprel 2004-cü il tarixli qərarı, şikayət No. 7503/02, §§26-28, Avropa Məhkəməsinin “Qoffi İtaliyaya qarşı” işi üzrə 24 mart 2005-ci il tarixli qərarı, şikayət No. 55984/00, §§19-21). Digər tərəfdən, ölkədən çıxışa qoyulan məhdudiyyətlərin altı aylıq müddət ərzində qüvvədə olduğu işlərdə, Avropa Məhkəməsi məhdudiyyətin qısa müddətini nəzərə alaraq hesab etmişdir ki, o, məqsədəuyğundur (Avropa Məhkəməsinin “Diamante və Pelliçoni San-Marinoya qarşı” işi üzrə qərarı, şikayət No. 32250/08, § 214). Ərizəçi barəsində cinayət işi çərçivəsində müəyyən edilən, lakin icra işi dövrü ərzində avtomatik olaraq qüvvədə olmayan və Luordonun işi ilə müqayisədə müddət etibarı ilə əhəmiyyətli dərəcədə qısa olan yaşayış yerini tərk etməmək öhədəliyi olan digər qrup işlərdə, Avropa Məhkəməsi qət etmişdir ki, göstərilən işlərin hallarında məhdudiyyətin mütənasib olmamasını söyləmək üçün yalnız iş üzrə icraatın müddəti kifayət etmirdi, nəticədə, digər amillər nəzərə alınmalı idi. Fyodorov və Fyodorovanın (44-cü paraqraf), Antonenkov və digərlərinin (64-cü paraqraf) işlərində Avropa Məhkəməsi hesab etmişdir ki, məhdudiyyətin mütənasibliyini qiymətləndirərkən ərizəçilərin həqiqətəndə öz yaşayış yerlərini tərk etmək niyyətində olmaları və bu cür xahişlərlə hökumətə müraciət etmələri, əgər cavab müsbətdirsə, yaşayış yerini tərk etməkdən imtina edilməsi əhəmiyyət kəsb edirdi. Barəsində ölkədən çıxış məhdudiyyətləri tətbiq edilmiş ərizəçilərin cinayət, inzibati və ya digər işlərin iştirakçıları olmayan işlərdə Avropa Məhkəməsi məhdudiyyətlərin tətbiqi zamanı ölkə hökumətinin məhdudiyyətləri müəyyən edərkən və onların müddətini uzadarkən və ya ləğvindən imtina edərkən istinad etdikləri əsasların kifayət etməsi məsələlərinə baxmışdır (Böyük Palatanın “Labit İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 26772/95, §§196-197, Avropa Məhkəməsinin “Bauman Fransaya qarşı” işi üzrə qərarı §65- 67, Avropa Məhkəməsinin “Napiyalo Xorvatiyaya qarşı” işi üzrə qərarı, §§ 78-82). Ərizəçinin dövlət sirrini təşkil edən məlumatlara malik olması ilə bağlı onun ölkədən çıxma hüququnun məhdudlaşdırılması barədə Soltısyakın işində, Avropa Məhkəməsi bu sahədə ümumi Avropa və beynəlxalq standartlarının mövcudluğunu nəzərə almışdır. Qoçevin işində (paraqraf 49-50) Avropa Məhkəməsi sərbəst hərəkəti məhdudlaşdıran tədbirlərin zəruriliyinin qiymətləndirilməsinə aid olan prinsiplərinə aşağıdakı qaydada yekun rəy vermişdir: “49. Ödənilməmiş borclarla bağlı müəyyən edilən məhdudiyyətin mütənasibliyi ilə münasibətdə, Avropa Məhkəməsi xatırladır ki, məhdudiyyət yalnız borcların qaytarılmasına təminat verən məqsədlərə çatmağa köməklik göstərdiyindən əsaslı sayılır (Avropa Məhkəməsinin “Napiyalo Xorvatiyaya qarşı” işi üzrə 13 noyabr 2003cü il tarixli qərarı, şikayət No. 66485/01, §§ 78-82). Bundan əlavə, əgər sərbəst hərəkət hüququnu məhdudlaşdıran tədbir əvvəldən əsaslandırılmış olsa da, avtomatik olaraq uzun müddətə uzadılırsa, həmin tədbir qeyrimütənasib olmaqla şəxsin hüquqlarını poza bilər (Avropa Məhkəməsinin “Luordo İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 32190/96, §§ 96-97, ECHR 2003-İX, Avropa Məhkəməsinin “Fyoldeş və X3rşı” işi üzrə qərarı, şikayət No. 41463/02, §§ 35, ECHR 2006 və Avropa Məhkəməsinin “Riner Bolqarıstana qarşı” işi üzrə qərarı, § 121)”. İstənilən halda hökumət şəxsin ölkədən çıxma hüququnun məhdudulaşdırılmasının ilkin olaraq və bütün müddət ərzində əsaslı və mütənasib olmasına təminat verməlidir. Hökumət, şəxsin sərbəst hərəkətini məhdudlaşdıran tədbirləri müntəzəm yoxlamadan, onları uzun müddət ərzində uzatmamalıdır (Avropa Məhkəməsinin “Riner Bolqarıstana qarşı” işi üzrə qərarı, § 124 və Avropa Məhkəməsinin “Fyoldeş və X3rşı” işi üzrə qərarı, §35). Bu cür yoxlamalar bir qayda olaraq məhkəmələr tərəfindən, ən azı son instansiya məhkəmələri tərəfindən həyata keçirilməlidir, çünki onlar prosedurun müstəqilliyinin, qərəzsizliyinin və qanuniliyinin ən yaxşı zəmanətini təmin edir” (Avropa Məhkəməsinin “Sissanis Rumıniyaya qarşı” işi üzrə 25 yanvar 2007-ci il tarixli qərarı, şikayət No. 23468/02, § 70). Məhkəmə yoxlamasının əhatə dairəsi, məhdudiyyətin mütənasibliyi də daxil olmaqla, məhkəməyə işə aid olan bütün amilləri nəzərə almaq imkanını verməlidir (Avropa Məhkəməsinin “Le Kont, Van Leyven və X14rşı” işi üzrə 23 iyun 1981-ci il tarixli qərarı, Seriya A, No. 43, § 60). İşin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, Avropa Konvensiyasının 6cı maddəsi, Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinin tələblərinə riayət etmək məqsədi ilə, borclu barədə qəbul edilən məhkəmə qərarlarının icrası üçün tələbkara müvafiq yardım göstərilməlidir. Bu yardım, yəni icra sənədinin icrası icra məmurları vasitəsi ilə həyata keçirilir (Avropa Məhkəməsinin “Anoxin Rusiya Federasiyasına qarşı” işi üzrə 31 may 2007-ci il tarixli qərarı, şikayət No. 25867/02). Lakin məhkəmə onu da qeyd edir ki, bu cür yardımın təmin edilməsi üçün həyata keçirilən tədbirlər demokratik cəmiyyət üçün zəruri olmalıdır, çünki onlar Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsi ilə qorunan hüquqlara müdaxilə edilməsinə səbəb olurlar Bu xüsusda məhkəmə bildirir ki, dövlət fərdi şəxslərdən pul vəsaitlərinin, o cümlədən alimentin tutulması haqqında məhkəmə qərarlarının icrası, uşağın valideynləri tərəfindən saxlanması ilə bağlı üstün mənafeyinin və bu xüsusda iddiaçının hüquqlarının müdafiəsi məqsədi ilə effektiv mexanizmin təmin olunmasında pozitiv öhdəliyə malikdir. Bu öhdəlik Azərbaycan Respublikası Konstitusiyasının 17, 34, 125 və 129-cu maddələrində, Uşaq Hüquqları haqqında BMT-nin Konvensiyasında, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü fəslində, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununda, İcra haqqında Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilik aktlarında öz təsdiqini tapır. Bu öhdəliyin icra edilməməsi isə Avropa Konvensiyanın 6-cı maddəsi ilə nəzərdə tutulan məsuliyyətin yaranmasına səbəb ola bilər. İş matertiallarından görünür ki, borclu məhkəmə tərəfindən təyin edilmiş alimenti könüllü olaraq ödəməmiş, bununla əlaqədar olaraq məcburi icra tədbirləri həyata keçirilmiş, lakin bütün bu tədbirlər ərizəçinin müvafiq pul vəsaiti və tələb yönəldilə biləcək əmlakı olmadığından məhkəmə qərarının icrası üçün kifayət etməmişdir. Faktiki olaraq Borclu davranışı icra sənədinin icrasına maneçilik yaradan hal olmamışdır. Belə ki, icra məmurları tərəfindən borclunun aylıq qazancının, milli və xarici valyutada olan pul vəsaitlərinin və tələb yönəldilə biləcək əmlakının olması, yəni borclunun icra sənədinin icrası üçün müvafiq vəsaitə və əmlaka sahib olması müəyyən edilməmişdir. Eyni zamanda şübhəsizdir ki, icra məmuruı tutmanı borclunun ölkədə və xaricdə olan əmlakına onun fiziki iştirakı olmadan da yönəldə bilərdi. Bundan əlavə, borclunun ölkədən çıxmasının qarşısının alınması əks nəticələrə gətirib çıxara bilər, belə ki, o, digər ölkələrə iş məqsədi ilə gedib əldə olunan qazancı borcun ödəniləməsinə yönəldə bilər. Eyni zamanda məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin tələbinə görə və İcra haqqında Qanunun 84-1.1-ci maddəsinə əsasən borclunun ölkədən getmə huququna məhdudiyyət yalnız məhkəmə tərəfindən qoyulmuş öhdəliklər icra edilmədikdə tətbiq edilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən (X15 (X19) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarı) adı çəkilən müddəaların şərhinə əsasən icra məmuru borclu barəsində tətbiq olunan məhdudiyyətlərin zəruriliyini əsaslandırmalıdır, bu məhdudiyyətlər yalnız formal əsaslarla tətbiq edilməməli, lazım gələrsə ümumi yurisdiksiya məhkəməsi tərəfindən yoxlanıla bilən konkret hallar nəzərə alınmalıdır. Beləliklə, ölkədən çıxış hüququnun məhdudlaşdırılması yalnız o zaman tətbiq olunur ki, həmin tədbirin həyata keçirilməsinin işin hallarına görə zəruri olması müəyyən olunsun və bu məhdudiyyətlər məhkəmə qərarı ilə müəyyən edilmiş borcun ödənilməməsi ilə bağlı avtomatik tətbiq oluna bilməz. Hazırki işdə icra məmuru borclunun ölkədən getmək hüququnun məhdudllaşdırılması əsası kimi onun məhkəmənin qərarını könüllü olaraq icra etməməsini göstərmiş, bu tədbirin həyata keçirilməsi üçün başqa əsaslara istinad etməmişdir. Lakin iş materialları bu halın əksini təsdiq edir. Belə ki, icra məmuru tərəfindən aparılmış məcburi icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, borclu Azərbaycan Respublikasında işləmir, pensiya və sosial müavinətlər almır, onun banklarda xarici və milli valyutada pul vəsaitləri yoxdur, tələb yönəldilə biləcək heç bir daşınmaz və daşınar əmlakı yoxdur. Həmçinin yuxarıda qeyd edildiyi kimi Borclu 2022-ci ilin noyabr -2023-cü ilin yanvar ayı müddətində summar qaydada 1100 manat aliment ödəmişdir. Onun icra sənədini tam icra etməsi üçün Azərbaycan Respublikasında lazımi pul vəsaiti və əmlakı yoxdur. Bu hallar icra işinin materialları ilə tam təsdiq olunur. Belə olan halda borclunun icra sənədini icra etməsindən boyun qaçırması əsassız gəlinən bir nəticədir. Həmçinin qanununun tələbinin əksinə olaraq icra məmuru məhdudiyyətin tətbiq edilməsinin aliment borcunun ödənilməsinə necə təsir edəcəyini göstərməmiş, borclunun konkret vəziyyətini; onun gətirdiyi arqumentləri və digər mühüm halları tədqiq etməmişdir. Qeyd olunanların işığında məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması onun azadlıq hüququ və sərbəst hərəkət etmək azadlığının əsassız məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Bu da qanuni məqsədə mütənasib və demokratik cəmiyyətdə zəruri müdaxilə deyildir. Ona görə də məhkəmə təqdimatın əsassız olması nəticəsinə gəlir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən verilmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Balakən rayon İcra və Probasiya Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-8(019)-8/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-8/2023
27.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver