Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-8(019)-85/2022 23.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, təqdimat vermiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə iştirakı ilə Balakən Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(019)-761/2021 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin təqdimatına iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə məhkəməyə təqdimat verərək Balakən Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(019)-761/2021 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 11 oktyabr 2021-ci il tarixdə qərarla icraata başladığı Balakən Rayon Məhkəməsinin 2(019)-761/2021-011 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən ərizənin verildiyi 21 iyun 2021-ci il tarixdən başlayaraq 18 yanvar 2017-ci ildə anadan olmuş X2 və 21 dekabr 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay hər bir uşaq uçun 130 (bir yüz otuz) manat olmaqla hər ay cəmi -260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub tələbkar, Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 11 oktyabr 2021-cı il tarixində Balakən rayon İcra və Probasiya şöbəsinə daxıl olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün EMF elektron icra sistemi vasitəsilə sorğu zamanı borclunun adında heç bir əmlak və ya digər rəsmi gəlir aşkar edilməmişdir. Borclu 05 sentyabr 2022-ci il tarixdə aliment borcu ödənilmədiyi halda ölkədən giriş-çıxışa müvəqqəti məhdudiyyətin qoyulması barədə xəbərdarlıq məktubu göndərilmişdir. 07 sentyabr 2022-ci il tarixdə icra sənədi üzrə borclu Tələbkar icra və probasiya şöbəsinə gələrək aliment borcunun ödətdirilməsi üçün zəruri icra tədbirlərin görülməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hal-hazırda icra sənədi üzrə Borclu aliment borcu 3380 (üç min üç yüz səksən) manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə məhkəmə iclasında təqdimatı müdafiə edərək onun məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(019)-761/2021 nömrəli icra sənədində görünür ki, həmin icra sənədinə əsasən ərizənin verildiyi 21 iyun 2021-ci il tarixdən başlayaraq -18 yanvar 2017-ci ildə anadan olmuş X2 və 21 dekabr 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu ədan hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla hər ay cəmi -260 (iki yüz altmış ) manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməlidir. Məhkəmə təqdimat vermiş şəxsi dinləyib, təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra haqqında Qanunun sözügedən maddəsinin məzmunundan da görünür ki, borclunun ölkədən getmək hüququ yalnız məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(019)-761/2021 nömrəli icra sənədinə əsasən 21 iyun 2021-ci il tarixdən başlayaraq -18 yanvar 2017-ci ildə anadan olmuş X2 və 21 dekabr 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla hər ay cəmi -260 (iki yüz altmış ) manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməlidir. İcra sənədi 11 oktyabr 2021ci il tarixində Balakən Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Borclu tərəfindən icra sənədində olan tələb təmin edilməmişdir. Hal-hazıra Borclu Tələbkar 3380 (üç min üç yüz səksən) manat aliment borcu vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti-Tələbkar olan aliment borcu ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı : Balakən rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilsin. Balakən Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(019)-761/2021 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti-Tələbkar olan aliment borcu ödənilənədək məhdudlaşdırılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-8(019)-85/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-8(019)-85/2022
23.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver