Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-8(025)-64/2025 21.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Təqdimat müəllifi Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin e-2(025)-350/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ülvi Həmidli təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan “Kia Optima” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ülvi Həmidli təqdimatı onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-350/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 399,96 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 31,04 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh BorcluSədrəddin oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Kia Optima” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ülvi Həmidli təqdimatı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu və tələbkar xəbərdar edilsə də, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata borclunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və onunla əlaqədar icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin e-2(025)-350/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 399,96 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 31,04 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh Borclu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Təqdimata əlavə olunmuş “Elektron icra” informasiya sistemindən Çıxarışdan görünür ki, Borclu məxsus “Kia Optima” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən olunmuşdur. İcra işindəki sənədlərlə müəyyən olunur ki, borcluya könüllü icra üçün verilmiş vaxt ərzində, nə də ondan sonra edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Yuxarıda qeyd olunan icra sənədi üzrə borclunun əmlak vəziyyəti yoxlanılmış və müəyyən olunmuşdur ki, Borclu adına “Kia Optima” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsin və satılmasından ibarətdir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməklə, Borclu məxsus “Kia Optima” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-45-ci maddələri və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-350/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu məxsus “Kia Optima” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-8(025)-64/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-8(025)-64/2025
21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver