Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № e-8(042)-136/2023 29.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)-604/2023 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimat verərək göstərmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)-604/2023 -ci il tarixli icra sənədinə əsasən Borclu 4970.21 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq, tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 2107” minik markalı, **-BJ-*** və “UAZ 452 D “ yük markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan VAZ 2107” minik markalı, **-BJ-*** və “UAZ 452 D “ yük markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobililərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat müəllifinə, tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə təqdimat müəllifinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(042)-604/2023 saylı icra sənədindən görünür ki, Borclu 4970.21 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq, tələbkar "xxxx" ASC-ə ödənilməlidir. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədi üzrə Borclu icra sənədinin icra olunması üçün üzərinə düşən hərəkətləri yerinə yetirmir, borcunu ödəmir. Borcun yönəldilə biləcəyi Borclu adına VAZ 2107” minik markalı, **-BJ-*** və “UAZ 452 D “ yük markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobillər vardır.Borclu borcunu ödəmir. Ona görə də təqdimat təmin edilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Borclu məxsus olan “VAZ 2107” minik markalı, **-BJ-*** və “UAZ 452 D “ yük markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-8(042)-136/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №e-8(042)-136/2023
29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver