Məhkəmə qərarları › İş №e-8(051)-41/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-8(051)-41/2023

11.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-8(051)-41/2023 11.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, e-8(051)-41/2023 №li işə əlavə edilmiş icraata başlamaq haqqında məlumata baxaraq Müəyyən etdim : Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 216184/2022- 53-26-004 №li icraata başlamaq haqqında məlumat elektron məhkəmə sisteminə iş kimi vurulmaqla Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 216184/2022-53-26-004 №-li xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında məlumata iş qaydasında baxılması mümkün olmadığına görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268–ci maddələrini rəhbər tutub Qərara aldım : Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun icraata başlamaq haqqında məlumatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar