Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-8(051)-42/2023 11.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, e-8(051)-42/2023 №li işə əlavə edilmiş “İcraata başlamaq haqqında” qərara baxaraq Müəyyən etdim : Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərar elektron məhkəmə sistemində iş kimi qeyd edilərək Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, “İcraata başlamaq haqqında” qərara iş qaydasında baxılması mümkün olmadığına görə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268–ci maddələrini rəhbər tutub Qərara aldım : e-8(051)-42/2023 №li işə əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-8(051)-42/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-8(051)-42/2023
11.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver