Məhkəmə qərarları › İş №e-8(053)-19/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-8(053)-19/2025

07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-8(053)-19/2025 07.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Nəsimi Rayon Məhkəməsinin e-2(053)-798/2024 nömrəli iş üzrə 29 oktyabr 2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Neftçala rayon İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru təqdimatla məhkəməyə müraciət edərək borclu xx xxxxxx 1993-cü ildə anadan olmuş, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin rəisi Elvin İskəndərov məhkəməyə məktub göndərərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmənin elektron sisteminə təkrarən daxil olmasını, həmin təqdimatın bir nüsxəsinin geri qaytarılmasını xahiş edib. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən «iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Nəsimi Rayon Məhkəməsinin e-2(053)-798/2024 nömrəli iş üzrə 29 oktyabr 2024cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Neftçala rayon İcra və probasiya şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar