Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № e-8(055)-144/2025 30.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı Rayon Məhkəməsinin 2(055)-30/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 2(055)-30/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 28 dekabr 2007-ci il təvəllüdlü Aynur və xx.xx.2009-cu il təvəllüdlü Elvin adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 28 avqust 2023-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 150 manat , cəmi 300 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan “Mercedess Benz 240” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-30/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 28 dekabr 2007-ci il təvəllüdlü Aynur və xx.xx.2009-cu il təvəllüdlü Elvin adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 28 avqust 2023-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvana göndərilmişdir. İcra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “Mercedess Benz 240” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 2(055)-30/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 28 dekabr 2007-ci il təvəllüdlü Aynur və xx.xx.2009-cu il təvəllüdlü Elvin adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 28 avqust 2023-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Borclu borcundan 200 manat ödəniş etmişdir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına “Mercedess Benz 240” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının nümayəndəsi isə məhkəmə iclasında iştirak etməyərək icra işini və təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyula bilər, hazırkı təqdimatda isə borclunun ödəməli olduğu məbləğə mütənasib əmlakının olub-olmadığının aydınlaşdırıldığı göstərilməmiş, bunu təsdiq edən sübutlar təqdimata əlavə edilməmiş, cəmi 700 manat təşkil edən borc məbləğinə görə dəyəri yüksən olan avtomobilin üzərinə həbs qoyulması xahişinin zəruriliyi izah olunmamışdır. Bu baxımdan hazırkı təqdimat əsaslandırılmamış, icra məmurunun kifayət qədər araşdırma aparmış olduğu və borclunun üzərinə həbs qoyula biləcək mütanasib əmlakının olmadığını müəyyən etdiyi sübuta yetməmişdir. Bundan başqa, əmlak üzərinə həbs qoyulması həmin əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasını da özündə əks etdirdiyindən hazırki iş üzrə avtomobilin üzərinə həbs qoyulması mülkiyyətçinin öz mülkiyyətində olan avtomobildən istifadə etməsinin də qadağan edilməsini özündə ehtiva etməkdədir. Yeganə qazanc yeri olan avtomobildən istifadənin də qadağan edilməsi mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüququnun tam məhdudlaşmasına səbəb olur ki, bu da məqsədəmüvafiq hesab oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, Borclu adına qeydiyyata alınmış “Mercedess Benz 240” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək hüququ (avtomobilin özgəninkiləşdirilməsi) Borclu qadağan edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Borclu adına qeydiyyata alınmış “Mercedess Benz 240” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək hüququ (avtomobilin özgəninkiləşdirilməsi) Borclu qadağan edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-8(055)-144/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №e-8(055)-144/2025
30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver