Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-8(071)-65/2025 17.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, təqdimat verən icra məmuru X1, icra sənədi üzrə Borclu1, icra sənədi üzrə tələbkarın nümayəndəsi Nümayəndə iştirakları ilə, Hacıqabul rayon Notariat Kontorunun 8i-956 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinin icrasının təmin edilməsi məqsədilə Borclu1 mülkiyyətində olan daşınar əmlak üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramil Məmmədovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Notariat Kontorunun 8i-956 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada 3238,72 manat əsas borc, 2,73 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 25 manat olmaqla, cəmi 3266,45 manat məbləğində pul Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Hacıqabul rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramil Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu1 mülkiyyətində olan “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Notariat Kontorunun 8İ-956 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada cəmi 3266,45 manat pul tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2025ci il tarixdə Hacıqabul rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu1 və Borclu2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu1 məxsus olan “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməsi zərurəti yaranmışdır. Odur ki, icra sənədi üzrə Borclu1 məxsus olan “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən təqdimat verən icra məmuru X2 təqdimatın məzmununa uyğun çıxış edib verilmiş suallara cavab olaraq bildirmişdir ki, Borclu1 məxsus olan “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri təxminən 4000 manat civarındadır. Həmin nəqliyyat vasitəsinin borclunun istifadəsində oluba-olması ilə bağlı məlumatı yoxdur. Hazırda icra sənədinin icrasını təmin etmək məqsədilə və məcburi icra tədbiri kimi tələb olunan pul vəsaiti Borclu1 əmək haqqısına yönəldilmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Borclu1 izahat verərək bildirmişdir ki, bir müddət əvvəl işdən çıxmış, hazırda yenidən işə düzəlmişdir. “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur. Həmin nəqliyyat vasitəsinin dəyəri təxminən 4000-6000 manat civarındadır. Təqdimatın təmin olunmasına, mülkiyyətində olan “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkarın nümayəndəsi Nümayəndə icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməsini, Borclu1 mülkiyyətində olan “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə icraat üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ödənilməli olan borc məbləğinin həcmini, məcburiyyət tədbirinin borc məbləğinə mütənasibliyi məsələsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu1 mülkiyyətində olan “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu1 mülkiyyətində olan “Opel Astra” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada təqdim edildiyi tarixdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-8(071)-65/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-8(071)-65/2025
17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver