Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-8(5-113)-60/2026 04.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-1507 nömrəli xx.xx.2026-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu2 məxsus nəqliyyat üzərinə həbs qoyulması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu2 məxsus olan “NİSSAN X-TRAİL” minik markalı **-DG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beylaqan rayon 1 saylı notariat ofisinin 8İ- 1507 nömrəli, xx.xx.2026-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1, Borclu2, Borclu3 17610 manat 18 qəpik pul tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İcra sənədi xx.xx.2026-ci il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu2 məxsus olan NİSSAN X-TRAİL minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2- ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu2 məxsus olan NİSSAN X-TRAİL minik markalı, **-DG- ***dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, təqdimata tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılaraq, təmin edilməsini xahiş etmişdir. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-1507 nömrəli xx.xx.2026-cı il tarixli icra sənədindən görünür ki, borclular Borclu1, Borclu2, Borclu3 17610 manat 18 qəpik pul tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-1507 nömrəli xx.xx.2026-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “Elektron-icra” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu2 mülkiyyətində “NİSSAN X-TRAİL” minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. -44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. -50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu2 məxsus “NİSSAN X-TRAİL” minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-1507 nömrəli xx.xx.2026-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu2 məxsus “NİSSAN X-TRAİL” minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası öz səlahiyyətləri daxilində Beyləqan rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №e-8(5-113)-60/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-8(5-113)-60/2026
04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver