Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-8(5-113)-66/2026 11.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, Beyləqan rayon 1 saylı notariat ofisinin 8i-1731 nömrəli, 12 fevral 2026-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu2 məxsus nəqliyyat üzərinə həbs qoyulması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu2 adına qeydiyyatdan keçən “VAZ 21063” markalı, ** BA *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan rayon 1 saylı notariat ofisinin 8i- 1731 nömrəli, 12 fevral 2026-cı il tarixli icra sənədinə əsasən Borclu2, X3 və Borclu3 8215.20 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 25 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi 13 fevral 2026-cı il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmiş və onun mülkiyyətində “VAZ 21063” markalı, ** BA *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Borclu icra sənədi üzrə tələbkara olan borcu ödəmədiyinə görə borclunun adına dövlət qeydiyyatına alınmaqla, mülkiyyətində olan həmin avtomobilin üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan rayon 1 saylı notariat ofisinin 8i-1731 nömrəli, 12 fevral 2026-cı il tarixli icra sənədindən görünür ki, borclular Borclu2, X3 və Borclu3 8215.20 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 25 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Tələbkar ASC-yə ödənilməlidir. 17 fevral 2026-cı il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan rayon 1 saylı notariat ofisinin 8i-1731 nömrəli, 12 fevral 2026-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “Elektron-icra” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu2 mülkiyyətində “VAZ 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. - 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə yuxarıda göstərilən iş materiallarına əlavə edilmiş sənədlərə və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, borclular həmin icra sənədinin icrasını könüllü qaydada təmin etmədiyinə və icra sənədinin icrasının “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş məcburi icra tədbiri tətbiq edilməklə təmin edilməsinə zərurət yarandığına görə təqdimat təmin edilməli, Borclu2 adına dövlət qeydiyyatına alınmaqla, mülkiyyətində olan “VAZ 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan rayon 1 saylı notariat ofisinin 8i-1731 nömrəli, 12 fevral 2026-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu2 məxsus “VAZ 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası öz səlahiyyətləri daxilində Beyləqan rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №e-8(5-113)-66/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-8(5-113)-66/2026
11.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver