QanunvericilikAzərbaycan Respublikasının Ailə Məcəlləsi › Maddə 115

Maddə 115. Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması

Azərbaycan Respublikasının Ailə Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

115.1. Bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri, məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

115.3. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdiyi sosial xidmət müəssisələrinin rəhbərləri həmin uşaqların tərbiyə olunmaq üçün ailəyə verilməsinin mümkün olduğunu bildikdə 7 gün müddətində müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verməyə borcludurlar.

115.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valideyn himayəsindən məhrum olmuş uşaqları aşkar etdikdən və bu Məcəllənin 114.1-ci maddəsində göstərilmiş məlumatları aldıqdan sonra həmin uşaq haqqında bu Məcəllənin 119.2.1-ci və 119.2.3-cü maddələrində göstərilən məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanının Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – elektron informasiya sistemi) daxil edir.

115.5.

115.7. Bu Məcəllənin 115.1-ci, 115.3-cü və 115.4-cü maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməməyinə və bilərəkdən yanlış məlumatlar verməyə görə, eləcə də uşağı ailə tərbiyəsinə verməməyə yönəldilmiş digər hərəkətlərə görə bu Məcəllənin 115.3-cü maddəsində göstərilmiş müəssisə rəhbərləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ı n (qurumun) vəzifəli şəxsləri Maddə … n 115.3-cü maddəsində göstərilmiş müəssisə rəhbərləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ı n (qurumun) vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver